Təhsil 

Alimlərin avadanlıq axtarışını asanlaşdıran yeni platforma istifadəyə verilib

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb. Musavat.com xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən “Rəqəmsal Repozitariyaların İnkişafına Dəstək” layihəsi çərçivəsində laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal repozitariya istifadəyə verilib. Platformanın yaradılmasında əsas məqsəd ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları haqqında məlumatları vahid rəqəmsal bazada toplamaq və tədqiqatçılar üçün bu avadanlıqlara çıxışı asanlaşdırmaqdır. Bu platforma ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqlarını vahid bazada birləşdirən ilk açıq çıxışlı rəqəmsal repozitariyadır. Hazırda repozitariyada 29 müəssisəyə aid 2000-ə yaxın laboratoriya avadanlığı haqqında məlumat…

Read More
Təhsil 

Bağça müdiri olmaq istəyənlərin diqqətinə!

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanaraq namizədlərin şəxsi səhifələrinə göndərilib. Musavat.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 30 aprel tarixindən etibarən test imtahanı mərhələsindən uğurlu keçmiş namizədlər üçün müsahibə mərhələsinə başlanılması nəzərdə tutulur. Müsahibələr müvafiq regional təhsil idarələri tərəfindən keçiriləcək, müsahibənin tarixi və məkan ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Read More
Təhsil 

Repetitorluq ləğv ediləcək? -AÇIQLAMA

“Təhsilimizdə ən böyük problemlərimizdən biri repetitorluqdur. Bu istiqamətdə ciddi addımın atıldığını görmürük”. Bunu “Unikal”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, uşaqların depresiyada və gərgin olmasının səbəblərindən biri budur: “Bu yaxınlarda bir qrup məktəbli ilə görüşdüm. Onlara tövsiyə verirdim. Bir neçə gənc bildirdi ki, siz bizə tövsiyə, istiqamət verirsiz, amma bizim vaxtımız yoxdur. Yəni, günün birinci hissəsi məktəbdə, ikinci hissəsi isə müəllim yanında oluruq. Səhərdən axşama qədər təzyiq altındayıq. Bir tərəfdən də valideyn daim uşağı sıxır ki, sən oxumalısan, universitetə qəbul olmalısan.…

Read More
Təhsil 

Təhsillə bağlı bu məsələ fikir ayrılığı yaratdı: ləğv, yoxsa islahat?

Son dövrlər məktəblərdə ev tapşırıqlarının ləğv mövzusu ətrafında fərqli yanaşmalar səsləndirilir. Xüsusilə şagirdlərin yüklənməsi, onların psixoloji vəziyyəti və dərsə marağının qorunması baxımından ev tapşırıqlarının zəruriliyi vurğulanır. Bir tərəf hesab edir ki, ev tapşırıqlarının azaldılması( və ya tamamilə ləğvi) şagirdlərin daha sağlam və balanslı inkişafına şərait yarada bilər. Digər tərəf isə ev tapşırıqlarının öyrənilən biliklərin möhkəmləndirilməsi baxımından vacib olduğunu bildirirlər. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb. Ekspert deyib ki, Elm və Təhsil Nazirliyinin aşağı siniflərdə ev tapşırıqlarının məcburi şəkildə…

Read More
Təhsil 

Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub – Fotolar

Elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində olub. Elm və Təhsil Nazirliyindən Musavat.com-a verilən məlumata görə, əvvəlcə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra sözügedən təhsil müəssisəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib. Nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarında keçirilən dərs prosesini izləyib, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı tədrisin keyfiyyəti, təhsil mühitinin təşkili və şagirdlərin bilik və bacarıqlarının…

Read More
Təhsil 

Həftəsonu 21 bölgədə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 19-da bir sıra imtahanlar keçirəcək. Musavat.com DİM-ə istinadən xəbər verir ki, “İmtahana buraxılış vərəqəsi”ndə iştirakçıların hansı rayonda (şəhərdə) imtahan verməli olduqları haqqında məlumat qeyd olunub. İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan MR-də keçiriləcək. Həftəsonu aşağıdakı imtahanlar keçiriləcək: 1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən…

Read More
Təhsil 

Valideynlərin nəzərinə – MÜTDA məlumat verdi

Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır. Musavat.com xəbər verir ki, bununla bağlı MÜTDA-dan məlumat verilib. Qeyd edilib ki, 25 fevraldan 2025-2026-cı tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir. Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Read More
Təhsil 

Bu müəllimlər də sertifikasiyadan KEÇƏCƏKLƏR

Milli Məclis uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsilverənlərin nəzəri və praktiki bilikləri sertifikasiya əsasında qiymətləndirilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit…

Read More
Region Xəbərləri Təhsil 

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş intellektual yarış təşkil olundu

10 aprel tarixində məktəbin tarix müəllimi Arzu Bəbirovanın və 10-cu sinif şagirdləri Ömər Quliyev və Rəşad İsgəndərovun təşkilatçılığı ilə Aprel döyüşlərin il dönümünə həsr olunmuş intellektual yarış təşkil olundu. Tədbirin girişində Vətən uğurunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Daha 6 komandanın iştrakı ilə intellektual yarış keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin milli kimlik duyğusunu möhkəmləndirmək, azərbaycançılıq ideologiyasına sadiq, vətəninə bağlı, mənəvi dəyərlərə hörmətlə yanaşan vətəndaş kimi yetişməsini təmin etməkdir.

Read More