Bu müəllimlərin də maaşlarının artması GÖZLƏNİLİR
Ötən günlərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması məqsədi ilə əmək haqları( pedaqoji və inzibati heyət üzrə) artırıldı. Başqa hansı universitet müəllimlərinin əməkhaqları artırılacaq? Mövzu ilə bağlı AzEdu.az Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) sorğu ünvanlayıb. Universitetdən bildirilib ki, universitet əməkdaşlarının maddi və sosial təminatının yaxşılaşdırılması hər zaman qarşıya qoyulan əsas prioritet məsələlərdən hesab edilir və bu istiqamətdə mütəmadi olaraq vacib addımlar atılmaqdadır: “Son 7 il ərzində universitetin həm pedaqoji heyətinin, həm də inzibati idarəetmə sahəsində fəaliyyət göstərən əməkdaşların əməkhaqqılarında nəzərəçarpan dərəcədə artım edilib. Lakin təbii ki, universitet…
Read More