Gözlər Qarabağ Universitetində – köhnə ali təhsil modelinə son qoyulur
Qarşıdan yeni tədris ili gəlir. Bu il diqqət mərkəzində olan tədris müəssisələrinin başında Qarabağ Universiteti gəlir. Rəsmi məlumata görə, artıq təhsil alacaq tələbələrin Xankəndi şəhərinə köçürülməsi ilə bağlı müvafiq İşçi Qrup yaradılıb. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva məlumat verib ki, tələbələrin Xankəndi şəhərinə giriş icazəsinə universitet tərəfindən dəstək göstəriləcək. A.Quliyeva vurğulayıb ki, tədris öncəsi tələbələrin yerləşdirilməsi zamanı tələbə ilə birlikdə iki nəfər ailə üzvü iştirak edə bilər: “Tələbələrin Xankəndi şəhərinə gəlişi fərdi qaydada həyata keçirilir, lakin yataqxanalara yerləşdirilməsi və şəhərlə tanışlığı prosesini İşçi Qrupu gerçəkləşdirəcək”. (Report) Qeyd edək…
Read More