Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri AÇIQLANDI
Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb. Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin Ali Təhsil Şurasındən (YÖK) məlumat verilib. Bildirilib ki, Bu il fəaliyyətə başlayacaq universitetin birinci kursunda kompüter mühəndisliyi və sənaye mühəndisliyi bölmələri üzrə 30, qida mühəndisliyi fakültəsi üzrə 27 tələbə olmaqla ümumilikdə 87 tələbə təhsil alacaq. Qeyd edilib ki, Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal isə 641,6 olub. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal – 663,7, ən aşağı bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən yüksək bal…
Read More