Təhsil 

Kolleclər üçün keçirilən müsabiqənin nəticələri ELAN OLUNDU

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən Musavat.com-a verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq. Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər. Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Müsabiqənin nəticələri haqqında…

Read More
Təhsil 

Türkiyə-Azərbaycan Universitetinin yeri məlum oldu – Bu binada yerləşəcək

Türkiyə-Azərbaycan Universiteti əvvəlki Bakı Ali Neft Məktəbinin binasına fəaliyyətə başlayacaq. Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Pərviz Əliyev deyib. Bildirilib ki, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər. Qeyd edək ki, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının…

Read More
Təhsil 

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “İki sahil”ə verilən xəbərə görə, avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək. Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.

Read More
Təhsil 

Bu gün jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. DİM-dən AZƏRTAC-a bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. Bakıda və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq imtahanda ümumilikdə 893 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanların başlanmasına 15…

Read More
Təhsil 

DİM-ə müraciət etdi, topladığı bal maksimuma çatdırıldı

Qəbul imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzində appelyasiya müraciətlərinə baxılması prosesi davam edir. Apellyasiya komissiyasına müraciət edib müsbət cavab alan abituriyentlərdən biri də Ayxan Salmanovdur. Onun müraciəti əsaslı hesab edilib və blok imtahanında topladığı nəticə 3.5 bal artırılaraq maksimal 400 bala çatdırılıb. Ayxan Salmanov buraxılış imtahanında 297.5 bal toplayıb və onun ümumi nəticəsi 697.5 bal olub. Şəkinin Baş Zəyzid kənd tam orta məktəbi fərqlənmə ilə bitirən Ayxan Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyir./Modern.az

Read More
Təhsil 

Qarabağ Universitetinə prorektorlar təyin olundu – ADLAR

Qarabağ Universitetinə prorektorlar təyin olunub. Elm və Təhsil Nazirliyindən Musavat.com-a verilən məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunub. Məlumat üçün bildirək ki, N.İsmayılova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura üzrə isə Niderland Krallığının Maastrixt Universiteti ilə ADA Universitetinin birgə “Executive MBA” (EMBA) proqramında təhsil alıb. O, həmçinin London Biznes və Maliyyə Məktəbinin (LSBF) “İdarəetmənin inkişafı” proqramının məzunudur. Nərgiz İsmayılova İqtisadiyyat…

Read More
Təhsil 

Bu gün imtahan var

İyulun 28-də musiqi sənəti istiqamətinə aid ixtisas imtahanlarında uğur qazanan abituriyentlər üçün nəzəriyyə fənləri üzrə test imtahanı keçirilir. Bu barədə Musavat.com-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, test imtahanı Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil ediləcək. İxtisas imtahanlarında uğur qazanan 1 133 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 110, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 892, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə 131 abituriyentin imtahanda iştirakı nəzərdə tutulub. İxtisaslar üzrə nəzəriyyə fənlərinin uyğunluğu və…

Read More
Təhsil 

I və IV qrupların qəbul imtahanının nəticəsi ELAN OLUNDU

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 14 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Bu barədə Musavat.com-a Mərkəzdən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış…

Read More
Təhsil 

Tələbələrin köçürülməsi prosesi başlanır – Kimlər iştirak edə bilməz?

Sabahdan ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə başlanır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Musavat.com-a bildirilib ki, sənəd qəbulu 25 iyul 11:00-dan 31 iyul 18:00-dək aparılacaq. Qurumdan qeyd olunub ki, ali təhsil müəssisələrində normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər. Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də…

Read More