Təhsil 

“Heç kim ixtisasını 50 faiz bilməyən müəllimin onun övladına dərs deməsinə razı olmaz”

Məlum olduğu kimi ölkədə dörd minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib. Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. Qeyd olunub ki, onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyunda aparılacaq. “Heç birimiz ixtisasını 50 faiz bilməyən müəllimin övladımıza dərs deməsinə razı olmarıq”. ARANTV.AZ bildirir ki, bu sözləri təhsil eksperti Kamran…

Read More
Təhsil 

Universitetlərə qəbul planının sayı açıqlandı

“2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq”. ARANTV.AZ bildirir ki, bunu “Report”a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, hər il olduğu kimi bu il də qəbul planı artıb: “Bu il iki ali təhsil müəssisəsinin – Qarabağ və Türkiyə Azərbaycan universitetlərinin fəaliyyətə başlaması da buna təsir edib”. E.Əmrullayev qeyd edib ki, plan yerlərindən təxminən yarısından bir az çoxu dövlət sifarişi və ya dövlət hesabına təhsil alanlar üçün nəzərdə tutulur: “Dövlət sifarişi daha yüksək bal toplamış şəxslərə…

Read More
Təhsil 

UNEC rektoru COP 29-da Azərbaycanın sədrliyi ilə Qlobal Komissiyanın yaradılmasını təklif edib

UNEC-in rektoru professor Ədalət Muradov rəsmi facebok səhifəsində COP 29-da tullantıların “doğru həcmi”nin müəyyən edilməsi baxımından Azərbaycanın sədrliyi ilə Qlobal Komissiyanın yaradılması barədə təkilflə çıxış edib. O, bildirib: “Ətraf mühitə atılan tullantıların miqdarı olduqca çoxdur. Bu fakt və bütövlükdə ətraf mühitə dəyən  zərərin  təhlükəli olduğu, demək olar ki, hamı tərəfindən qəbul edilir. Amma bu, həmin problemin həlli baxımından kifayət deyil”. Burada əsas problem dünyada ətraf mühitə atılan tullantıların “doğru həcmi”nin müəyyən edilməməsidir. Başqa sözlə, söhbət planetin gələcəyinə təhlükə yaradan tullantıların maksimal həcmindən  gedir. Yəni ətraf mühitə atılan tullantıların hansı həcmindən…

Read More
Region Xəbərləri Təhsil 

Bu gün məktəbimizdə “Təhsilverənlərin etik davranış qaydaları” haqqında tədbir keçirildi.

10 iyun 2024 cü il tarixdə  məktəbimizdə “Təhsilverənlərin etik davranış qaydaları” haqqında tədbir keçirildi. Şura iclasa Şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etməklə başladı. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024 – cü il tarixli qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilmişdir. Bu qərar barədə geniş söhbət aparıldı. Müzakirə olunan məsələ ilə bağlı məktəbin daxili nizam-intizam, Təhsilverənlərin etik davranış və şagirdlərin davranış qaydaları barədə məlumat verildi.

Read More
Təhsil 

Günay Mahmudova müdir TƏYİN OLUNDUFOTO

Elm və təhsil nazirinin müvafiq əmri ilə Günay Mahmudova Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunub. ARANTV.AZ  xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd edək ki, Günay Mahmudova 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetinin biologiya–kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Qax şəhər 1 nömrəli, Güllük, İlisu kənd tam orta məktəblərində kimya müəllimi işləyib. 2010-2013-cü illərdə Qax rayonu İlisu kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2013-2014-cü illərdə Qax rayon təhsil şöbəsində metodist, 2014-2022-ci illərdə metodik kabinetin direktoru vəzifələrində çalışıb. 2019-2020-ci illərdə…

Read More
Təhsil 

Direktorlar işdən çıxarıldı, kolleclər də ləğv edilir?

Ekspert hesab edir ki, 51 kollec və 55 min tələbə dövlət büdcəsinə əlavə yükdür Orta ixtisas təhsili müəssisələrində keçirilən ilkin monitorinqlər yekunlaşıb. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Yeni Müsavat”a verilən xəbərə görə, agentlik tərəfindən Bakı şəhərində yerləşən 14 orta ixtisas təhsili müəssisəsində monitorinq keçirilib. Monitorinq zamanı kolleclərin maddi-texniki bazasına və bir sıra tədris sənədlərinə baxış keçirilib, eləcə də tədris prosesi izlənilib. Nəticədə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində Sosial-İqtisadi Kollec, ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və ADİU-nun nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktorları və Azərbaycan…

Read More
Təhsil 

Şagird yerdəyişməsi DAYANDIRILDI

Bu gün saat 17:00-da www.sy.edu.az portalı vasitəsilə 2023–2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb. Elm və Təhsil Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, 2024–2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da başa çatıb.  2024–2025-ci tədris ili üçün bir sıra lisey və gimnaziyalara qəbul üzrə mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək. Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat…

Read More
Təhsil 

Təhsilə büdcə vəsaiti 4 dəfə artırıldı – valideynlər “fond pulu”ndan qurtulacaq?

Ekspert: “Məktəblər üçün sərf olunan vəsaitlər barədə şəffaf maliyyə hesabatı yoxdur” 2024-cü ilin ilk rübündə təhsil sahəsinə 12 milyon 322,4 min manat vəsait ayrılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 31,1 min manat və ya 3,7 dəfə çoxdur. Bu sahəyə ayrılan vəsaitlər ümumi yatırımların 0,3%-ni təşkil edib. Qeyd edək ki, 2023-cü ilin yanvar-mart ayları üzrə ayrılan vəsaitlərin həcmi 3 milyon 291,3 min manat təşkil edib. Göründüyü kimi, bu il vəsait bir neçə dəfə artırılıb. Bəs bu vəsait hansı istiqamətlər üçün…

Read More
Təhsil 

BDU-da bu qrup ləğv olunur

Növbəti tədris ili üçün Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində SABAH qruplarına qəbul aparılmayacaq. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Hüquqşünaslıq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub. Eyni zamanda, bildirilib ki, BDU-da digər ixtisaslar üzrə SABAH qrupları fəaliyyətini davam etdirəcək. Xatırladaq ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi İbtidai sinif müəllimliyi Hüquqşünaslıq Maliyyə Riyaziyyat müəllimliyi Xarici dil müəllimliyi (ingilis dili) Beynəlxalq münasibətlər Mühasibat

Read More
Region Xəbərləri Təhsil 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbdə tədbir keçirilib. 1 iyun 1950-ci ildə Uşaqların Beynəlxalq Müdafiəsi günü BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər verilib və elə həmin tədbirdə də 1 iyun tarixi uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd edilməsi qərara alınıb. Dünyanın bir çox ölkələrində olduğu kimi, bu gün bu bayram ölkəmizdə də qeyd edilir.Biz də “ARANTV.AZ” olaraq gələcəyimiz olan uşaqları uşaqlar günü münasibətilə təbrik…

Read More