Təhsil 

Həftəsonu keçirilən imtahan nəticələrinin açıqlanacağı vaxt bəlli oldu

2024-cü il aprelin 21-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Oxu.Az-a bildirilib. Qeyd edilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Read More
Təhsil 

Nazirdən yüksək vəzifəyə TƏYİNAT – FOTO

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə  müdir təyin edilib. “Azərbaycan müəllimi” xəbər verir ki, bu vəzifəyə İlqar Bayramlı təyinat alıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb. 2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir müavini vəzifəsində çalışıb.  

Read More
Təhsil 

Aprelin 21-də 46 mindən çox şagird buraxılış imtahanı verəcək

Aprelin 21-də Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə…

Read More
Təhsil 

İmtahanda rekord sayda MAKSİMUM NƏTİCƏ – Suallar daha asan idi, yoxsa…

Ötən gün martın 10-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Məlum olub ki, 50-dən artıq məzun maksimum – 300 bal toplayıb. Nəzərə alaq ki, son illərdə belə bir uğura rast gəlinməyib. Bəs builki buraxılış imtahanında rekord səviyyədə məzunun uğur qazanmasının  səbəbi nədir? Sualların asanlaşması, yoxsa təhsilin səviyyəsinin yüksəlməsi? Mövzuya təhsil üzrə ekspert Kamran Əsədov aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, buraxılış imtahanlarının builki nəticələri kifayət qədər rezonans doğurub: “Çünki bu dəfə Azərbaycanın təhsil tarixində olmayacaq qədər abituriyent maksimum nəticə topladı. Bu imtahanda maksimum bal 300 idi və 53 məzun da bu…

Read More
Təhsil 

Azərbaycanda lisey və gimnaziyaların sayı artırılacaq

“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”. AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimində deyib. O, on ildən bəri müddət ərzində peşə təmayüllü lisey və gimnaziyaların fəaliyyəti üçün islahatlar aparıldığını söyləyib. “Paytaxtla yanaşı, Gəncə, Quba, Mingəçevir, Lənkəran və Biləsuvarda peşə təmayüllü liseylərin yaradılması peşəkar kadrların yetişdirilməsinə kömək edir. İslahatların 8-9-cu ilində bunun təhsil sistemi üçün uğurlu olduğunu gördük. Müsabiqə qalibləri dünyanın ən aparıcı universitetlərinə qəbul olublar. Təkcə…

Read More
Təhsil 

Ali məktəblərin reytinq cədvəlində autsayderliyimiz – yüzlüyə nə vaxt düşəcəyik…

Ekspert: “Bir amili götürüb universitetin reytinqdə olmasını demək ciddi hesab oluna bilməz” Quacquarelli Symonds (QS) ali təhsil sahəsində beynəlxalq analitik agentlik dünyanın ən yaxşı universitetlərinin fənlər üzrə reytinqini dərc edib. Bu barədə məlumatı Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yayıb. Bildirilir ki, Azərbaycan QS reytinqində iki universitetin təhsil proqramları ilə təmsil olunur. Ölkə üzrə ən yüksək nəticə əldə edən Azərbaycan Dillər Universiteti Müasir Dillər proqramı üzrə dünyanın 301-340 ən yaxşı universiteti siyahısına daxil edilib. Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadiyyat və Ekonometrika proqramı üzrə…

Read More
Təhsil 

DİM: Kolleclərə qəbulla bağlı 1560 abituriyent elektron ərizə göndərsə də, təsdiq etməyib

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 15 aprel saat 23:59-dək aparılacaq. Dövlət İmtahan Mərkəzindən (DİM) “İki sahil”ə bildirilib ki, abituriyentlər Mərkəzin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti…

Read More
Region Xəbərləri Təhsil 

Bərdə Tələbə Hazırlıq Kursunun ilk buraxılış imtahanlarının nəticələri uğurlu olub

Bərdə Tələbə Hazırlıq Kursunun ilk buraxılış imtahanlarının nəticələri barədə Media1.az-a daxil olan məlumata görə , tədris müəssisəsinin cari ili uğurlu olub. Kursun yetirmələri yüksək nəticələr göstərməklə rayon təhsilində fərqləniblər. Bərdə Tələbə Hazırlıq Kursunun peşəkar və bacarıqlı müəllimlərinin gərgin zəhməti sayəsində burada tədris prosesində iştirak edən şagirdlər yüksək nəticələr əldə edib. Belə ki, Məmmədzadə Zülfiyyə 285,2, Məmmədzadə Zeynəb 285,3, Çıraqov Ülvi 276 bal yığaraq təhsildə fərqlənənlərdən olublar.

Read More