Təhsil 

“Gözün aydın, Xocalı, biz qayıtdıq!” – tədbir

Fevralın 23-də Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Gözün aydın, Xocalı, biz qayıtdıq!” adlı anım tədbiri keçirilib. ARANTV.AZ xəbər verir ki, tədbirin birinci hissəsində “Ana harayı” abidəsinə yürüş keçirilib. Xocalı qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül dəstələri qoyuldub. Yürüşdən sonra Xətai Sənət Mərkəzində anım gününün bədii hissəsi baş tutub. Mərkəzin bədii kollektivləri, tədbir iştirakçıları tərəfindən faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, mərkəzin gənc aktyorları tərəfindən şerlər səsləndirilib, anım gününə aid kiçik kompozisiyalar, səhnəciklər nümayiş etdirilib.…

Read More
Təhsil 

Nərminə Hüseynovaya yüksək vəzifə verildi

Fevralın 23-də elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynovaya həvalə olunub. Bu barədə Musavat.com-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib. Nərminə Hüseynovanı kollektivə elm və təhsil nazirinin müavini Həsən Həsənli təqdim edib. Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird davranış qaydalarının tətbiqi, tədris keyfiyyətinin artırılması və müəllimlərin sertifikatlaşdırma imtahanlarına hazırlığı məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Çıxış edən Nərminə Hüseynova öz növbəsində ona göstərilən etimada…

Read More
Təhsil 

Təhsildə “qarışqadan fil düzəldənlər” kimlərdir?

Orta məktəblər mövzusu bir çox hallarda süni olaraq şişirdilir və ən xırda insident belə əsas xəbər kimi cəmiyyətin gündəminə çevrilir Orta məktəblər mövzusu mətbuatda həddindən artıq şişirdilir. Ən xırda insident də əsas xəbər kimi başlığa çıxarılıb gündəmə çevrilir. Elm və təhsil nazirinin müsahibələrinin birində məktəblərdə neqativ hallarla bağlı dediklərini xatırlamaq yerinə düşər. Nazir Emin Əmrullayev jurnalistlərə açıqlamasında ölkədə 4000-dən çox məktəbin olduğunu, 150 min müəllimin çalışdığını, 1 milyon 600 min şagirdin təhsil aldığını xatırladıb. Nazir bildirib ki, təxminən bu sayda da valideyn var: “Çoxmilyonluq qrupda mütəmadi olaraq hər hansı neqativ…

Read More
Təhsil 

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

20 fevral saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd edək ki, 20 fevral 2024-cü il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də 1 mart 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Read More
Təhsil 

Tədris ilinin ikinci semestri üçün təhsil tələbə kreditinə qeydiyyat başlanıb

2023-2024-cü tədris ilinin ikinci semestri üçün təhsil tələbə kreditinə (TTK) qeydiyyat başlanıb. Bu barədə AZƏRTAC-a Təhsil Tələbə krediti Fondundan məlumat verilib. Bildirilib ki, təhsil krediti almaq istəyən tələbələr öncədən aldıqları notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ilə fonda elektron müraciət edə bilər. Birinci semestr üçün alınan notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ikinci semestr üçün də keçərlidir. Tədris ilinin son gününədək müraciətlər qəbul edilir. Qeyd edək ki, təhsil tələbə krediti Azərbaycan manatı ilə verilir, bu zaman hər hansı girov və zaminlik tələb olunmur. Həmçinin borcalan ölüm və əlillik hallarından sığortalanır. Bu kreditdən tədrisə…

Read More
Təhsil 

Abituriyentlər dövlət hesabına hansı xarici universitetlərdə oxuya bilər – açıqlama

“Əsas məsələlərdən biri də odur ki, gənclər təhsillərini bitirib ölkəyə qayıtdıqda dövlət onlara lazımi imkan və şəraiti yaratsın” “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start veriləcək. Elm və Təhsil Nazirliyindən bildirilib ki, ötən ilin noyabrında 2024-2025-ci tədris ili üzrə “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq edilərək ictimaiyyətə təqdim olunub. Siyahı 15 prioritet ixtisas sahələri üzrə dünyanın 28 ölkəsinin 179…

Read More
Təhsil 

İmtahanlarda dərslikdə olmayan suallar və qızılca problemi

DİM: “Deyilənlər, sadəcə, mifdir…”   Hazırda orta məktəblərin 11-ci siniflərində oxuyan şagirdlərin, ali məktəbə sənəd verəcək abituriyentlərin ən gərgin vaxtıdır. Martın əvvəlində buraxılış imtahanı, 3 ay sonra isə blok – qəbul imtahanı verəcəklər. Ötən illərdə abituriyentlərin üzləşdiyi ən böyük problem buraxılış, xüsusən isə qəbul imtahanlarında orta məktəb dərsliklərində olmayan suallarla üzləşmələri olub. Yada salaq ki, ötən il ekspertlər abituriyentləri haqlı saymışdı. Bildirilirdi ki, sualların hazırlanma mexanizmi tamamilə dəyişdirilib və qəlizləşdirilib. Xüsusən də Azərbaycan dili və riyaziyyatla bağlı daha çox narazılıqlar müşahidə edilir. Suallar çox çətin, dolaşıq olmaqla yanaşı, buna görə…

Read More
Təhsil 

Təhsil ekspertləri arasında fikir ayrılığı: kolleclərin aqibəti necə olsun…

Son günlər kolleclərdə yeni ixtisasların yaradılması ilə bağlı müzakirələr aparılır. Təhsil ekspertləri arasında bununla bağlı fikir ayrılıqları yaranıb. Bəzi ekspertlər hesab edir ki, kolleclər ayrıca struktur olmalı deyil. “Yeni Müsavat”a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, dünya təhsil sistemindəki kolleclərlə bizim təhsil sistemində olan kolleclərin statusunda ciddi fərq var: “Dünya təhsil sistemində kolleclər bizim peşə məktəblərinin, peşə liseylərinin statusunu daşıyır. Dünya təhsil sistemində bizdə olduğu kimi orta ixtisas ayrıca pillə deyil. Burada subbakalavr təhsili ali təhsilin birinci səviyyəsində həyata keçirilir. Orada ali təhsilin 4 səviyyəsi var – subbakalavr, bakalavr, magistratura,…

Read More
Təhsil 

Xankəndidə təhsil alacaq tələbələrə təqaüd veriləcək

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. Bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: “Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar”.//Report

Read More