Təhsil 

Məktəb direktoru təhsil sektoruna müdir təyin edilib

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru Nərgiz Həsənova Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri vəzifəsinə təyin edilib. Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən xəbər verilib. Qeyd edilib ki, Nərgiz Həsənova 1990-cı ildən biologiya müəllimi, 2011-ci ildən isə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyət göstərib.

Read More
Təhsil 

Müəllimlərin məvacibi yaxşıdır, amma daha yaxşı olmalıdır

Ekspertə görə, hazırda müəllimlərin əsas problemi dərs yükü ilə bağlıdır “2023-cü ilin sentyabr ayı üçün müəllimlərin əmək haqqı 830 manat təşkil edib”. Bu sözləri ötən həftə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinqdə deyib. Nazirin sözlərinə görə, “Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq və bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu”, – deyə nazir qeyd edib. Məlum olduğu kimi, son illərdə ölkədə ən müxtəlif sahələrdə bahalaşma müşahidə olunur. Bəs bunun fonunda…

Read More
Təhsil 

Nazirin səs-küylü açıqlamasına ekspert RƏYİ

“Bu gün tədris etdiyimiz məzmunun nə dərəcədə köhnəlməsini bir daha müzakirə etməliyik. Bundan qorxmamaq lazımdır. Məsələn, 40 il əvvəl keçirilən fizikanı bu gün keçməməliyik. Dil fənni ilə bağlı problemlərin də qoyuluşu ciddidir”. Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. Nazir vurğulayıb ki, Azərbaycan dili fənni üzrə şagirdlər oxuyub-anlama, dinləmə və digər bacarıqlara malik olmalıdır: “Bu fənndən yüksək nəticə göstərən abituriyent bəzən bir səhifəlik esseni yaza bilmir, ya da başa sala bilmir. Sadə görünə biləcək dil fənninin metodikası və məzmunu ilə bağlı müzakirələr dərindən…

Read More
Təhsil 

Məktəblərdə ilk dərs hansı mövzuya həsr olunacaq?

Sentyabrın 15-i – Bilik Günündə məktəblərdə ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Bunu “Report”un sualına cavabında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, bu il ölkədə “Heydər Əliyev ili” çərçivəsində tədbirlər keçirilir: “Məqsəd vətənpərvərlik, dövlətçilik tərbiyəsi, eyni zamanda, müasir azərbaycançılıq ideologiyasının genişləndirilməsidir”.

Read More
Təhsil 

Tələbə yataqxanası, yoxsa kirayə ev – sentyabrın ən aktual sualı

Ekspertlərdən mövcud duruma etiraz və təkliflər: “Hər il korpusun təmirinə pul tapırlarsa, yataqxanalara niyə diqqət ayırmırlar?” Yeni tədris ilinin başlanmasına çox az bir müddət qalması universitet tələbələrinin ev məsələsini yenidən gündəmə gətirib. Xezerxeber.az xəbər verir ki, ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxtda münasib qiymətə ev axtarışına çıxıblar. Yataqxanaların qiymətləri şəraitinə görə bir-birilərindən fərqlənir. Məsələn, Bakı Dövlət Universitetinin beş mərtəbəli, 220 yerlik “Tələbə evi”ndə bir nəfərin aylıq ödədiyi qiymət 75 manatdır. Yataqxananın hər bir şəraiti var, o cümlədən camaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kamerası…

Read More
Təhsil 

Sertifikatlaşdırmadan keçməyən 743 müəllimin taleyi – kurslara cəlb oluna bilərlərmi…

Ekspert: “İxtisası üzrə yetərli biliyə malik olmayan müəllim şagirdlərə heç nə öyrədə bilməz” 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, imtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək…

Read More
Təhsil 

Sentyabrın 15-dək açılışı olacaq məktəblərin sayı məlum olub

Sentyabrın 15-dək 23 (4 təhsil müəssisənin açılışı olub), ilin sonunadək 8 təhsil müəssisəsinin açılışı nəzərdə tutulub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib. “Əlavə olaraq ilin sonuna kimi 32 təhsil müəssisəsinin layihə-smeta sənədlərin hazırlanması, 24 təhsil müəssisəsinin tikintisi və 9 təhsil müəssisəsinin isə əsaslı təmir və bərpa-gücləndirməsi işlərin başlanması nəzərdə tutulub. Eyni zamanda bu il Heydər Əliyev Fondu tərəfindən təmir-tikintisi həyata keçirilən 17 təhsil müəssisəsinin sentyabrın 15-dək, 2 təhsil müəssisəsinin isə ilin sonunadək təhvil verilməsi məlumatı əldə edilib”, – deyə nazirlikdən verilən cavabda qeyd olunub. Həmçinin…

Read More
Təhsil 

Uşaq bağçalarında işləyənlərin NƏZƏRİNƏ: Bu ayın sonunadək…

Bu ayın sonunadək uşaq bağçalarında çalışanların sertifikasiyadan keçməsi qaydası hazırlanacaq. Bu barədə elm və təhsil nazirinin müavini Həsən Həsənli brifinqdə məlumat verib. Onun sözlərinə görə, bu ay ərzində builki sertifikatlaşdırma nəticəsi barədə təhlillər aparmaq mümkün olacaq: “Uşaq bağçalarında çalışanların sertifikatlaşdırmadan keçirilməsi ilə bağlı ayın sonuna kimi qaydalar hazırlanacaq”./Sfera.az

Read More
Təhsil 

Kimlər tələbə ola bilməyəcək – statistik rəqəmlər

Ekspert: “Ali təhsil müəssisələrinə qəbulun əlçatanlığı demək olar ki, tam şəkildə təmin olunub” Ali məktəblərə qəbul üçün ixtisas seçimi başa çatıb və hazırda abituriyentlər nəticələrin açıqlanmasını gözləyir. Ekspertlər bildirir ki, bu il 14 mindən çox abituriyent tələbə ola bilməyəcək. İxtisas qrupları üzrə vəziyyət: Bu il ali məktəblərə 55900 plan yeri üzrə 70299 abituriyent ixtisas seçimi edib. Təhsil eksperti Kamran Əsədov ixtisas qrupları üzrə ixtisas seçimi edən abituriyentlərin plan yerləri ilə müqayisəsini aparıb. Ekspert qruplar üzrə ali məktəblərə daxil ola bilməyəcək tələbələrin sayını müəyyənləşdirib: – 1-ci qrup üzrə plan yeri 18386…

Read More
Təhsil 

Xaricdə təhsil alanların diplomları bu formada tanınacaq

Ekspert: “Diplomların tanınmamasının əsl səbəbi başqadır…” Xarici diplomların tanınması qaydaları təsdiqlənib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib ki, yeni qaydalarda əsas məqamlardan biri də xaricdə ali təhsil üzrə ixtisasların tanınmasında iki formanın müəyyənləşməsidir. Onlardan biri akademik, digəri isə peşə tanınmasıdır. Xarici diplom sahiblərinə Azərbaycanda işləmək və təhsilini davam etdirmək hüququ verilib. Tanınma üzrə ümumi tələblər sırasında müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması da yer alıb. Yeni qaydalar  prosesin daha…

Read More