Azərbaycanda Ramazan ayı başlayır – Təqvim və dualar
Sabah Azərbaycanda Ramazan ayı başlayır. Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək. Ramazan ayının qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə düşür. Martın 30-da isə fitr bayramı qeyd olunacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Read More