Ramazan 

Zelenski Ramazan və Qurban bayramlarının Ukraynada dövlət səviyyəsində qeyd olunmasını təklif edib

Ukrayna Prezidenti Vladimir Zelenski müsəlmanların müqəddəs bayramları olan Qurban və Ramazan bayramlarını dövlət bayramı elan etmək istəyir. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bu fikri Zelenski Krım tatarlarının nümayəndəsi ilə görüşdə səsləndirib. O həmçinin Kiyevdə Krım tatarlarının layihələşdirəcəyi məscidin tikintisi haqqında da danışıb.

Read More
Ramazan 

Bayram namazına icarə veriləcəkmi?

“Ramazan bayramı namazları ilə bağlı məscidlərdə kütləvi tədbirlərin keçirilməsi bu günə olan qərara görə qadağandır”. ARANTV.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. O deyib ki, növbəti həftədə hansı qərar veriləcəyi yoluxmanın sayından asılıdır. Ukraynadan sonuncu reysdə gələn 129 nəfərdən 29-da yoluxma aşkarlanıb. Xaricdən gətirilən vətəndaşların 20-30 faizində virus aşkarlanır”.Medicina.az

Read More
Ramazan 

Ramazandan sonra qidalanma necə olmalıdır? – Yol verdiyimiz səhvlər

Ramazan ayı bitdiyi üçün oruc tutan şəxslər normal qidalanma rejiminə qayıdıb. Oruc tutan şəxslər günün böyük hissəsi ac qalıb, daha sonra iki dəfə qidalandığı üçün bağırsaq və həzm sistemində dəyişikliklər olur, balanssız bəslənmə maddələr mübadiləsinin sürətini azaldır. Bu səbəbdən orqanizmi birdən-birə yağlı və şirin qidalarla yükləmək olmaz. Mütəxəssislər də oruc tutan insanlara Ramazandan sonrakı mərhələdə düzgün qidalanmağı məsləhət görür. ARANTV.AZ bəslənmə uzmanı Huma Karabulutun oruc tutan insanlar üçün hazırladığı qızıl qaydaları təqdim edir:     1. Günə sağlam bir səhər yeməyi ilə başlayın. Ramazan ayı boyunca yavaşlayan maddələr mübadiləsini sürətləndirmək…

Read More
Ramazan 

Asqırmağın uğurlu ya uğursuz olmasına inanmaq düzgündürmü?

Asqırmağın uğurlu ya uğursuz olmasına inanmaq düzgündürmü? Təbiətdə baş verən hər bir hadisə Allahın hikməti əsasında, müəyyən qanunauyğunluqların nəticəsində baş verir. Hadisələrin gedişatını və nəticəsini qabaqcadan bilmək asan iş deyil. Bu, peyğəmbərlərə və bəzi övliyalara qismət olan xüsusiyyətdir. İnsan hər hansı gülünc əlamət əsasında gələcəkdən xəbər verdiyini iddia edirsə, özünün dini cəhətdən savadsızlığını göstərmiş olur. Asqırmağı sınamaq, tək səbiri uğursuz, cüt səbiri uğurlu saymaq (və ya əksinə) tamamilə mənasızdır. Asqırmaq bioloji bir hadisədir. Bunu dinlə əlaqələndirmək, uğurlu olub-olmadığını söyləmək mövhumatdır. Bu cür düşüncənin İslamla heç bir əlaqəsi yoxdur.

Read More
Ramazan 

Ramazanda fitrə zəkat necə çıxarılmalıdır?

“Ramazan ayında adambaşına Fitrə zəkatı kimi iki kiloqram buğda, arpa, düyü kişmiş və s. ərzaqların dəyəri qədər məbləğ ayırılmalıdır”. ARANTV.AZ  xəbər verir ki, bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, məbləğ bazar qiymətləri ilə tənzimlənir: “Amma QMİ bu məbləği şərti olaraq 10-15 manat müəyyən edib. Bu məbləğ az və ya çox da ola bilər. İnsanların imkanına baxır. Bu məbləğ ailədəki şəxlərin hər biri üçün ayrı çıxarılmalıdır. Fitrə zəkatını bayram namazına kimi hər bir insan özü ehtiyacı olan və…

Read More
Ramazan 

Məscidlərdə bayram namazının qılınması mümkün deyil – AÇIQLAMA

“Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 nəfərdən artıq adamın bir yerə toplaşmamaq qadağası qüvvədə qaldığı üçün məscidlərdə bayram, cümə və camaat namazlarının bərpası mümkün deyil”. Bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib. Onun sözlərinə görə, qərar qüvvədə qaldığı müddətdə bayram namazını camaatla birgə qılmaq imkanı yoxdur: “Camaat namazları məscidlərdə bərpa olunduqdan sonra insanlar məscidlərdə yenidən birgə namaz qıla bilərlər. Şəriət qanununa görə bayram namazı kütləvi qılınmalıdır. Şəriət baxımından hətta bildirilir ki, bayram namazı açıq səma altında qılınmalıdır. Bizdə belə şərait olmadığına görə, hər il bayram namazlarını…

Read More
Ramazan 

Orqanizmi təmizləmək üçün 2 ən yaxşı üsul – Oruc və İdman

Bədənimizdə reallaşan faydalı proseslərdən biri, uzun müddət istifadə edilməyən zülallardan özünü təmizləməkdir. Zülallar qüsurlu, zəhərli və ya çox olduqda, bədənimizdəki bu mükəmməl hüceyrə mühərriki tez bu ölü ağırlığı seçərək parçalayır. Elm insanları bu prosesə nəzarət etmək üçün yeni yollar axtarır və bu sayədə Alzheimer və Parkinson kimi xəstəlikləri müalicə etmək istəyir. Bu araşdırmalar nəticəsində idman və orucun hormon səviyyələrindəki dalğalanmaların meydana gəlməsində önəmli olduğu göstərildi. Bədənin təbii zülal tullantı mexanizmi orqanizmlərin sağlamlığı üçün lazımlıdır. ARANTV.AZ  bildirir ki, araşdırmanın iştirak edən Harvard tibb fakültəsindən elm insanları bu prossesin Alzheimer kimi xəstəliklərdə…

Read More
Ramazan 

Ramazan bayramının namazı necə qılınacaq?

“Koronavirus pandemiyası ilə əlaqədar Ramazan bayramı namazı üçün insanların bir araya gəlməsi və kütləvi toplaşmaq indiki halda yolverilməzdir”. Bunu report.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, bayram namazları fərdi qaydada evlərdə qılınacaq: “Yəni məscidlərdə camaatla bayram namazı qılınmayacaq. Məlumat üçün bildirim ki, Qədr gecələrinin bütün ayinləri onlayn icra olundu, amma namaz onlayn qılına bilməz. Çünki namaz fərdi qaydada yerinə yetirilməlidir. Amma həmin gün şəriət məsələlərini, bayramın fəlsəfəsini inasanlara çatdırmaq üçün onlayn çıxış ola bilər”. Din xadimi bildirib ki, bayram…

Read More
Ramazan 

Bu gün, mayın 16-ı, ehtimal edilən üçüncü Qədr gecəsidir

Ramazanın 22-dən 23-nə keçən gecə (bu il mayın 16-dan 17-nə keçən gecə) ehtimal edilən üçüncü Qədr gecəsidir. Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub. Onun konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında “Əhya gecələri” kimi də tanınır. Yenə də hədislərə əsasən, məhz bu gecənin Qədr gecəsi olmağı daha çox ehtimal edilir. Əgər Ramazan 11 ayı sultanı sayılırsa, Qədr gecəsi də Ramazan ayının sultanıdır. Bu gecələri səhərə…

Read More
Ramazan 

“Əmmə cüz” nə deməkdir?

“Əmmə cüz” nə deməkdir? Qurani-Kərim asan oxunmaq üçün cüzlərə (hissələrə) bölünüb. Ümumilkdə 30 cüz vardır. Müasir Quran nəşrlərində hər cüz təxminən 20 səhifəni əhatə edir. Quranın sonuncu – 30-cü cüzünü “əmmə cüz” adlandırırlar. Bu cüz Quranın son 37 surəsindən ibarətdir (78-ci surədən 114-cü surəyə kimi). Bunlar əsasən kiçik həcmli qısa surələrdir. Bu cüzün “əmmə” adlandırılmasının səbəbi budur ki, cüzün ilk surəsi olan “Nəbə” surəsi “əmmə” kəlməsi ilə başlayır. İçindəki məşhur surələrə (Qədr, Ələq, İxlas, Fələq, Nas və s.) görə əmmə cüz xüsusi adla adlandırılıb. Quran qariləri digər cüzlərə nisbətən, bu…

Read More