Ramazan 

Ramazan ayının 22-ci gününün duası – İmsak və iftar vaxtı

Sabah Azərbaycanda Ramazan ayının 22-ci günüdür. ARANTV.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 16-da imsak saat 03:37, iftar isə 20:06-dadır. Ramazan ayının 22-ci gününün duası: “Allahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də’vətil-muztərrin!” Tərcüməsi: “Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir ey sıхıntıda olanların duasını qəbul edən!” İftar duası: “Allahummə ləkə sumtu və…

Read More
Ramazan 

Bu il Həcc ziyarəti olacaqmı?

Bu il Həcc ziyarətinin gerçəkləşməsi sual altındadır. Bu barədə Səudiyyə Ərəbistanının Ümrə işləri üzrə məsul nazirliyi informasiya yayıb. Ümrə naziri ilə telefon danışığı gerçəkləşdirən Türkiyənin Dini qurumlar üzrə dövlət komitəsinin rəhbəri Əli Ərbaş bildirib ki, Məkkə və Mədinə şəhərlərinin ziyarət üçün uyğun şəraitə gətirilməsinə dair tədbirlər görülür. Lakin ziyarətlərə bu il icazə verilməsi hələ müzakirə mərhələsindədir. Bu mövzuda Səudiyyə Ərəbistanından dəqiq cavab gəlməyib. //Publika.az

Read More
Ramazan 

Məscidlər bu tarixdə açılacaq

Türkiyədə koronavirus epidemiyası səbəbindən bağlanan məscidlər iyunun 12-si açılacaq. Bu barədə Türkiyənin Dəyanət İşləri naziri Əli Ərbaş açıqlama verib: “12 iyundan etibarən məscidlərimizin həyətlərində namaz qılmağa başlayacağıq”. Bildirilib ki, bu vəziyyətdə gələcək 4 həftə ərzində cümə namazlarının qılınmasına icazə verilməyəcək. Xatırladaq ki, Əli Ərbaş 15 martda verdiyi açıqlamada yaranmış epidemioloji vəziyyət səbəbindən məscidlərdə camaatla birlikdə qılınan cümə namazlarına fasilə verildiyini bildirmişdi.“Qafqazinfo”

Read More
Ramazan 

Azərbaycandakı dini konfessiyaların rəhbərləri birlikdə dua ediblər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri müqəddəs Ramazan ayı ilə əlaqədar birlikdə dua ediblər. Əvvəlcə müqəddəs Qurani-Kərimdən ayələr oxunub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, ölkəmizdəki dini konfessiyaların rəhbərləri həmrəylik nümayiş etdirərək oruc tutublar və bu gün birlikdə iftar açırlar. “İlk dəfədir ki, iftarı belə açırıq. Bu, həm Uca Yaradanımızın istəyi, həm də bütün dünyaya nümunə olan Azərbaycan tolerantlıq modelidir. Mənəvi harmoniya mühitində yaşamağımız dövlətimiz tərəfindən dəstəklənir, dünya bizim bu həyat təcrübəmizi təqdir edir, dəyərli örnək kimi qiymətləndirir. Multikulturalizm, etnik və dini müxtəliflik Azərbaycanın milli sərvətidir. Azərbaycan dünyada…

Read More
Ramazan 

Onlayn Qədr gecəsi: 21 min izləmə – Fotolar

Məlum olduğu kimi, karantin rejimi ilə əlaqədar Azərbaycanda Qədr gecələri ilə bağlı mərasimlər də onlayn təşkil edilir. Artıq mayın 12-si və 14-ü Məşədi Dadaş məscidində videobağlantı vasitəsilə 2 mərasim keçirilib. Saat 22:30-da Quran tilavəti ilə başlayan məclis məscidin imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin xütbəsi ilə davam edib. Tədbir canlı olaraq Hacı Şahin Həsənlinin rəsmi yutub, feysbuk və instaqram hesablarında yayımlanıb. Canlı yayımlarda instaqramda izləyici sayı 6869, feysbukda 3120, yutubda isə 11340 nəfər olub. Qeyd edək ki, Qədr gecəsi olmasına ehtimal olunan gecələr bu il 12, 14 və 16 may tarixlərinə…

Read More
Ramazan 

“Riyaz əl-salihin” kitabı nədən bəhs edir?

“Riyaz əl-salihin” kitabı nədən bəhs edir? “Riyaz əl-salihin” (yəni əməlisaleh insanların bağçaları) əhli-sünnə məzhəbində mötəbər hədis məcmuələrindən biri sayılır. İrihəcmli hədis kitablarına nisbətən, onun həcmi daha yığcamdır. “Riyaz əl-salihin” kitabını miladi XIII əsrdə yaşamış məşhur şafii alimi İmam Nəvəvi tərtib etmişdir. Nəvəvi hədis elmində böyük nüfuza malik idi, bütün ömrünü elmə həsr etmiş, hətta ailə qurmamışdı. “Riyaz əl-salihin” əsasən əxlaq mövzularını ehtiva edən 1900-a yaxın hədisdən ibarətdir. Nəvəvinin bunda başqa 40 hədisdən ibarət “Ərbəin” kitabçası və “Səhihi-Müslim”ə şərhi də vardır.

Read More
Ramazan 

Bu gecə Həzrət İmam Əlinin (ə) şəhadətinin ildönümüdür

Bu gecə, mübarək Ramazan ayının 21-ci gecəsi (bu il mayın 14-dən 15-nə keçən gecə), Həzrəti Əlinin (ə) şəhid olduğu gecədir. İmam Əli (ə) 63 yaşında namaz üstündə olarkən arxadan qılınc zərbəsinə məruz qalıb. İslam.az-ın məlumatına görə, hicrətin 40-ci ilində (miladi 661-ci il) Ramazan ayının 19-da dövrünün xəlifəsi və imamı Həzrət Əli (ə) xəvaric firqəsinin üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən Kufə məscidində sübh namazı vaxtı zəhərli qılınc zərbəsiylə başından yaralanıb. Qədr gecəsi ehtimal olunan üç gecədən ikincisi olmaqla bərabər, eyni zamanda bu gecə məsum İmamın şəhid olan gecə kimi də…

Read More
Ramazan 

Peyğəmbəri və beş imamı görmüş səhabə kimdir?

Peyğəmbəri və beş imamı görmüş səhabə kimdir? Bu, Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabəsi Cabir ibn Abdullah Ənsaridir. O, Xəzrəc qəbiləsinə mənsub idi, hələ hicrətdən əvvəl atası ilə birlikdə iman gətirmişdi. Cabir Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra Mədinədə fiqh və şəriət sahəsində bilikli səhabələrdən sayılırdı, müsəlmanlar onun fətvalarına tez-tez müraciət edirdilər. Cabir Əhli-beytin sadiq tərəfdarlarından idi. İmam Əli ibn Əbu Talibin (ə) tərəfində Siffeyn savaşında iştirak et¬mişdi. İmam Hüseynin (ə) şəhadətindən sonra ilk ərbəin günündə Kərbəlanı ziyarət edən birinci səhabə də Cabir olub. Şiə mənbələrində yazıldığına görə, Cabir ibn…

Read More
Ramazan 

Bu gecə Ramazan ayının ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir. ARANTV.AZ  xəbər verir ki, növbəti Qədr gecəsi mayın 16-na, sonuncusu isə mayın 20-nə təsadüf edəcək. Qeyd edək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Xatırladaq ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib.

Read More
Ramazan 

Uşağın doğulması ilə bağlı olan müsəlman adətləri

Müsəlmanlar ailəsində uşağın dünyaya gəlməsi bu ailənin həyatında ən böyük və mühüm hadisələrdən sayılır. İslamda uşaq bu ailəyə Allah tərəfindən verilən əmanət kimi qəbul olunur və bu səbəbdən xüsusi qayğı ilə bəslənilir və qorunur. Şəriətin qanunlarına görə, yenidoğulmuş uşağın ilk eşitdiyi söz “Allah” sözü olmalıdır. Bunun üçün ata (bəzi hallarda baba, əmi) uşağın sağ qulağına azanın sözlərini, sol qulağına isə iqamənin sözlərini deməlidir. Bu adətin dərin mənası var. Məsələ burasındadır ki, insanın bu dünyada əsas düşməni olan şeytan yeni insanın dünyaya gəlməsini “səbirsizliklə” gözləyir ki, onu düz yoldan azdırmağa başlasın. Bu səbəbdən…

Read More