Ramazan 

Sabah Azərbaycanda Ramazanın ilk Qədr gecəsidir

Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq. ARANTV.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bu il ilk Qədr gecəsi mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir: “Bu ilin Qədr gecələri mayın 12-i (Ramazanın 18-ci günü), 14-ü (Ramazanın 20-ci günü) və 16-sı (Ramazanın 22-ci günü) olacaq. Bir də məxsusi bir Qədr gecəsi var ki, bu da Ramazanın 26-cı gününün axşamı olur. Quranda “Qədr” surəsinin 26 kəliməsi var. Ona görə də deyirlər, ola bilsin ki, həmin gecə də Qədr…

Read More
Ramazan 

Şəriətdə mövcud olan “gecələrin müştərəkliyi məsələsi” nə deməkdir?

 Şəriətdə mövcud olan “gecələrin müştərəkliyi məsələsi” nə deməkdir? Bu, orucluq hökmləri ilə bağlı olan, Ramazan ayının əvvəlini, eləcə də, Fitr bayramını təyin etmək üçün istifadə edilən üsullardan biridir. Gecələrin müştərəkliyi prinsipini mərhum Ayətullahül-üzma Seyyid Əbülqasim Xoyi təklif etmişdir. Əgər bir şəhərdə Ay görünsə, istər ondan şərqdə, istərsə qərbdə, istər eyni üfüqdə, istərsə fərqli üfüqdə yerləşən qalan şəhərlər üçün də ayın əvvəli sübuta yetər; amma bir şərtlə ki, bu şəhərlərin gecələri müştərək olsun. Yəni bir şəhərin gecəsi ilə o biri şəhərin gecəsi üst-üstə düşsün. Burada tam üst-üstə düşmək də şərt deyil.…

Read More
Ramazan 

Qədr gecəsinin əməlləri

Hər şeydən əvvəl Qədr gecəsində (gecələrində) yatmayıb oyaq qalmaq hədislərdə tövsiyə edilib. Buna ərəb dilində “ehya” deyirlər (xalq arasında Qədr gecələrini “ehya gecələri” adlandırırlar). Amma sadəcə olaraq yatmayıb oyaq qalmaqla iş bitmir. Bu gecəni ibadətlə, dua ilə, Allahın böyüklüyü, əzəməti və qüdrəti barədə düşünməklə, savab işlər görməklə keçirmək əsas şərtdir. Qədr gecələrində istənilən cür ibadət etmək, istənilən qədər namaz qılmaq və dua oxumaq olar. Hər kəs bacarığına və istəyinə uyğun olaraq öz ibadət proqramını təşkil etməkdə azaddır. Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. 23-cü gecədə ailə üzvlərini yuxudan…

Read More
Ramazan 

Bu il əhya gecələri nə vaxta düşür?

Mübarək Ramazan ayını yaşamaqdayıq. Bu Müqəddəs ay ilə bağlı portalımızın elektron ünvanına çox sayda suallar daxil olur. Onların böyük hissəsi də bu il əhya gecələrinin hansı tarixə təsadüf etməsi ilə əlaqəlidir. ARANTV.AZ  oxucuların nəzərinə çatdırır ki, ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2020-ci ildə bu gecələr mayın 12-dən 13-nə, 14-dən 15-nə və 16-dan 17-nə keçən gecələrdir. Bu gecələrdə hansı əməllərin yerinə yetirilməsinə gəldikdə isə, bu barədə həm Ramazan blokunda, həm də portalımızın əsas səhifəsində ətraflı məlumat təqdim edilib. Qeyd edək ki, əhli-sünnəyə görə Qədr…

Read More
Ramazan 

Peyğəmbərimizin SAĞLAMLIQLA bağlı TÖVSİYƏLƏRİ

Uşaqlıq dövrü insanın gələcək inkişafının təməlinin qoyulduğu çox önəmli bir dövrdür. Bu dövrdə qazanılan sağlamlıq vərdişləri insanın gələcək həyatında öz müsbət təsirini mütləq şəkildə biruzə verir. Bu səbəbdən valideynlər sağlamlıq vərdişlərini nəinki özlərində yaratmalı, hətta öz uşaqlarına da bu vərdişləri erkən yaşlarından aşılamağı bacarmalıdırlar. Hər mövzuda olduğu kimi sağlamlıq mövzusunda da bütün aləmlərə örnək olan Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) gündəlik vərdişlərinin təkcə ruhi və mənəvi cəhətdən deyil, həm də sağlamlıq – fiziki cəhətdən olan faydaları müasir dövrün sağlamlıq mütəxəssisləri tərəfindən elmi cəhətdən sübüt olunmaqda və tətbiq edilməkdədir.…

Read More
Ramazan 

İntihar etmənin cəzası

Dünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır.   Mütəxəssislər intihar hadisələrinin çoxalmasını adətən iqtisadi vəziyyətlə bağlayırlar. Təhlillər göstərir ki, xüsusi ilə böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər intihara əl atırlar. Bəs İslamda intihara münasibət necədir? İntihar edəni axirətdə hansı cəza gözləyir. Bu yazıda bu və digər sualları cavablandırmağa çalışacağıq. Bildiyimiz kii, dinimizə görə, hər hansı bir insanı öldürmək böyük günahdır və bir insanı haqsız yerə öldürən…

Read More
Ramazan 

Ramazan ayında istirahət və ya qohumları görmək məqsədi ilə Bakıdan rayona getmək icazəlidirmi?

Ramazan ayında istirahət və ya qohumları görmək məqsədi ilə Bakıdan rayona getmək icazəlidirmi? Şəriətə görə Ramazan ayını öz vətənində keçirən və ya bəzi səfər şərtlərinə uyğun olan (müəyyən məsafə həddinə çatmayan və ya vaxt həddini keçən) şəxs oruc tutmalıdır. Hər hansı səbəb üzündən qısa müddətli uzaq səfərə çıxan şəxs isə “müsafir” sayılır və oruc tutmamalıdır (bəzi istisnalarla). Ramazan ayında insanın öz qohumlarını görmək, məclisdə iştirak etmək, yaxud hətta əylənmək məqsədi ilə qısamüddətli uzaq səfərə çıxması günah deyil. Amma bu hərəkət bəyənilmir. Hətta sırf orucdan qaçmaq məqsədi ilə də səfərə çıxmaq…

Read More
Ramazan 

Qədr gecəsi hansı gecədir?

Müqəddəs Qədr gecəsinin adının mənası haqqında mülahizələr fərqlidir. Bəzi alimlər “qədr” sözünü darlıq və sıxlıq mənasında yozaraq, həmin gecə yerə enən mələklərin əlindən sıxlıq yarandığına görə, ona “Qədr gecəsi” deyildiyini bildirmişlər. Elə Qədr surəsinin 4-cü ayəsində də buna işarə vardır: “O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər”. Bəzi alimlər həmin gecə oyaq qalıb ibadət edən hər kəsin Allah yanında qədr-qiymət qazandığını əsas tutaraq, bu gecənin adının mənasını izah etmişlər. Bəzi alimlərin fikrincə, Qədr gecəsinin özü Allahın nəzdində qədrli və qiymətli olduğu üçün,…

Read More
Ramazan 

Bu gün imam Həsənin (ə) mövludunun ildönümüdür

Bu gün Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı – imam Həsənin (ə) mövludunun ildönümüdür. Imam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi…

Read More