İftardan sonra bunu etmək infarkt riskini artırır – XƏBƏRDARLIQ – VİDEO
Bir çoxları iftardan sonra dalbadal bir neçə siqaret çəkir. ARANTV.AZ-ın ATV-yə istinadən məlumatına görə, kardioloq bildirir ki, oruc tutan zaman siqaret aludəçisi olan şəxsin orqanizmində nikotin əksikliyi yarandığından, iftardan sonra bir neçə siqaret çəkməli olur. Amma bu, çox təhlükəlidir. Çünki orqanizm yüksək miqdarda nikotin təsirinə məruz qalır, bu, təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur. Ən qorxulusu isə odur ki, bu, infarkt və beyin qanamasına da gətirib çıxara bilir. Oqtay Musayev – kardioloq: “Siqaret orqanizmin balansını poza bilər. Ən çox qorxduğumuz isə damarlarda spazm verə bilər. Damarlarda…
Read More