Ramazan 

Tanınmış kardioloqdan oruc tutanlara xəbərdarlıq – Yemək qaydaları

Gün boyu siqaret çəkməyib, iftardan sonra çox siqaret çəkmək də ürəyə çox böyük ziyan ola bilər. Türkiyənin məşhur kardioloqu Aydın Mustafa Ramazan ayında oruc tutan vətəndaşlara xəbərdarlıq edib. ARANTV.AZ  bildirir ki, oruc tutmaq insanların damarlarında elastikliyi artırır, insulin artmağa meyilli olur, ürək, qan-damar sistemində tromblaşmaya qarşı müsbət təsir edir. Amma bununla yanaşı bir sıra priblemlərin meydana çıxması da mümkündür: “Oruc tutan şəxslər imsaqa mütləq oyanmalıdılar. Onlar iftar zamanı az yeməli, ağır qidalar qəbul etməməlidirlər. İmsaqa oyanmamaq artıq çəkinin yaranmasına səbəb ola bilər. Eyni zamanda imsaq və iftarda çox duzlu yemək…

Read More
Ramazan 

İftardan sonra şişkinlik və ağırlıqdan xilas edəcək MÖCÜZƏVİ ÇAY

Razyana yumşaq iqlimli coğrafiyalarda yetişən və bir çox xəstəliyə faydası olan şəfalı bitkidir. ARANTV.AZ  xəbər verir ki, daha çox əzələləri rahatlaşdırıb sinirləri yumşaltması ilə məşhur olan razyananın əslində bilinəndən daha çox effekti var. Həzm problemlərindən ana südünün artmasına qədər bir çox məqsədlər üçün istifadə edilə bu bitki Ramazan ayında iftardan sonra mədədə yaranacaq şişkinliyi aradan qaldırmaqda yardmçı ola bilər. Razyana çayının faydaları: – Həzm sistemini hərəkətləndirir, qəbzlik, qaz və şişkinliyi aradan qaldırır. – Xoraya səbəb olan mədə problemləri ilə mübarizə aparır. – Tənəffüs yolları xəstəliklərində faydalıdır. Xüsusilə, mövsüm dəyişkənliklərindəki soyuqdəymənin…

Read More
Ramazan 

Fitrə zəkatı haqqında

Rəhimli və Mərhəmətli Allahın adı ilə Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra: Hökmü: Böyük, kiçik, kişi, qadın, azad və qul olan hər bir müsəlmana vacibdir. İbn Ömər (Allah onların hər ikisindən razı olsun) dedi: «Peyğəmbər ( Allahın ona salavat və salamı olsun) Ramazanın fitrə zəkatını 2,5 kq xurma və ya buğda çıxartmağı hər bir müsəlman kimsəyə: qadın və kişiyə, böyük və kiçiyə, azad və qula fərz etmiş və insanların Bayram namazına çıxmazdan əvvəl vermələrini əmr etmişdir.» (Buxari )…

Read More
Ramazan 

Samirranın əhalisi xəstəlikdən necə xilas oldu?

Tarix boyunca bəşəriyyət dəfələrlə yoluxucu xəstəliklərə məruz qalmışdır. Bəzən xəstəlik çox böyük əraziləri əhatə edir və on minlərlə insanın həyatına son qoyurdu. Bəzi xəstəliklər isə yerli (lokal) xarakter daşıyır, yalnız müəyyən şəhərin və ya bölgənin əhalisi arasında yayılırdı. Xəstəliklərə qarşı ən faydalı mübarizə tibbin nailiyyətlərindən istifadə etməklə aparılan mübarizədir. Dinimiz də xəstəlik və epidemiyalar zamanı məsuliyyətsiz davranmağı, tibbi təlimatlara sayğısız yanaşmağı qadağan edir. Hər kəs özünün və ətrafdakıların həyatını, sağlamlığını qorumaq naminə təlimatlara diqqətlə əməl etməlidir. Lakin bütün bəlalar kimi, xəstəliklərlə mübarizədə də dini ayinlərin, duaların, müqəddəslərə təvəssülün faydası vardır.…

Read More
Ramazan 

Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq

2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq. “Al-Mərsəd”in məlumatına görə, Səudiyyə Ərəbistanının Əl-Qasim Universitetində iqlim elmləri professoru Abdullah əl-Musand astronomik proqnozlara əsasən belə bir iddia ilə çıxış edib. Onun “Twitter” hesabında paylaşdığı şərhdən belə məlum olur ki, Ramazan ayı 2030-cu ildə iki dəfə başlayacaq: yanvarın 5-də və dekabrın 26-da. O, bunun səbəbi kimi hicri-qəməri təqvimin Günəş təqvimindən 11 gün daha qısa olması ilə izah edib. “2030-cu ildə Ramazan ayı iki dəfə başlayacaq. Birinci dəfə hicri-qəməri təqvimi ilə 1451-ci ildədir ki, bu da miladi təqvimlə 2030-cu ilin yanvarın 5-nə düşür. Elə həmin il dekabrın…

Read More
Ramazan 

Gözəl əxlaq – kamil orucun şərti

Mötəbər hədis və rəvayətlərdən məlum olur ki, Allahın ayı olan Ramazanın əzəmət və böyüklüyü insan ağlının bunu dəyərləndirmək bacarığından qat-qat ucadır. İnsan təsəvvürü bu ayın ucalığını və bu ayın qaydalarına əməl edən şəxsin qazanacağı savabın miqdarını anlamağa qadir deyil. Elə buna görə Allahın Rəsulu (s) buyurmuşdur: “Əgər bəndə Ramazanda nə qədər dəyər olduğunu bilsə, hər ilin Ramazan olmasını istəyər” (Biharül-ənvar, 93-cü cild, səh. 346). Və elə buna görə cənnətin səkkiz qapısından birinin “rəyyan” adlandığı, bu qapıdan yalnız orucunu kamil şəkildə tutanların daxil ola biləcəyi söylənilir. “Oruc mənə görə tutulur və…

Read More
Ramazan 

Azan 6 dəqiqə tez oxundu, qəsəbə sakinlərinin orucu pozuldu – VİDEO

Türkiyənin Bursa Karacabəy qəsəbəsində  axşam azanı 6 dəqiqə əvvəl oxunub.  ARANTV.AZ  Türkiyə KİV-ə istinadən xəbər verir ki, imam 20:10 oxunulan azanı, 6 dəqiqə tez, 20:04-də oxuyub. Azan səsini eşidən vətəndaşlar oruclarını açıblar. Daha sonra, 20:10-da yenidən azanın oxunulması, vətəndaşlarda çaşqınlıq yaradıb. Karacabəy Məscidinin imamı Müftisi Naci Yalçınkaya, baş verən hadisə ilə bağlı jurnalistlərə verdiyi açıqlamada, şam namazının mərkəzi sistemdə əvvəlcədən oxunduğunu söyləyərək “orucunu vaxtından əvvəl  açanların, qəza orucu tutmalı olduğunu tutmalı olacağını” bildirib.

Read More
Ramazan 

Suyu niyə oturan yerdə içməliyik?

Mübarək Ramazan ayında suyu yavaş-yavaş və oturan yerdə içmək məsləhətdir. ARANTV.AZ-ın mynet.com-a istinadən verdiyi xəbərə görə, bu barədə türkiyəli diyetoloq Deniz Zünbülcan havaların isinməsi ilə əlaqədar oruc tutan insanların gün ərzində daha çox susadıqlarını vurğulayaraq danışıb. Onun sözlərinə əsasən, bu ayda düzgün qidalandıqda, oruc tutan insan aclıq və susuzluq kimi problemlərlə qarşılaşmamalıdır. “İftarda su içmək çox vacibdir. Suyu yavaş-yavaş, ilıq formada və mütləq oturan yerdə içmək lazımdır. O zaman bədən bu sudan yaxşı istifadə edə biləcək. Tez-tez içilən su bədənimizdən tez xaric olur və insan çox miqdarda su içdiyini düşünsə…

Read More
Ramazan 

Ramazan ayında axşam əvvəlcə iftarı açıb, sonra namaz qılmaq yaxşıdır, yoxsa əvvəlcə namazı qılıb, sonra iftar etmək?

Ramazan ayında axşam əvvəlcə iftarı açıb, sonra namaz qılmaq yaxşıdır, yoxsa əvvəlcə namazı qılıb, sonra iftar etmək? Ramazan ayında iftar zamanı necə rəftar etmək insanın öz istəyindən və şəraitindən asılıdır. Axşam azanının vaxtı çatdıqdan sonra daha yaxşı olar ki, insan əvvəlcə məğrib namazını qılsın, sonra iftar etsin. Çünki namazı vaxtın əvvəlində qılmaq böyük savaba malikdir. Amma əgər insan çox aclıq hiss edirsə, əvvəlcə yeyib, sonra namaz qıla bilər. Süfrə başında onu gözləyənlər olduqda da bu cür etməsi mümkündür. Bu iki vəziyyəti aşağıdakı şəkildə birləşdirmək də olar. Məğrib vaxtı çatdıqda insan…

Read More