Ramazan 

Quranda adıçəkilən yeganə qadın

“İmranın zövcəsinin: “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!”- dediyini xatirla! Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”- söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun şeytandan Sənə tapşırıram” (Ali-İmran, 3/35-36). Həzrət Məryəm Allah tərəfindən insanlara rəhbərlik etmək üçün göndərilən peyğəmbərlərdən biri olan həzrət İsanın (ə.s.) anasıdır. Həzrət İsa Qüdsə yaxın bir yerdə atasız olaraq dünyaya gəlmişdir. Bəşər tarixində dünyaya atasız…

Read More
Ramazan 

Ramazanın 10-cu gününün duası – İmsak və iftar saatı

Sabah Ramazan ayının 10-cu günüdür. ARANTV.AZ-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən sabah imsak saat 03:55, iftar isə saat 19:54-dədir. Ramazan ayının 10-cu gününün duası: “Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”. Tərcüməsi: “İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkkül edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan və Özünə yaxınlardan qərar ver Öz yaxşılığınla, ey istək sahiblərinin son Qayəsi!” Allah orucunuzu qəbul etsin!

Read More
Ramazan 

Orucun təsirləri və fəzilətləri

“Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183). Orucun gətirdiyi ilk fayda – təqvadır. Bu, elə bir faydadır ki, insanın həm dünyasını və həm də aqibətini abad edər. Hər kəs fitri olaraq bunu dərk edir ki, əgər ali aləm ilə əlaqəsi varsa, ruhaniyyətin üstün məqamına yüksələr. Edə biləcəyimiz ilk şey odur ki, nəfsimizin yüyənini ələ keçirər və nəfsi istəklərin qarşısını almış olarıq. Maddi həyatı hədəf deyil, vasitə kimi görməyə başlayarıq. Qısası, bizi Allah Təaladan…

Read More
Ramazan 

Oruc tutanda halsız olmamaq üçün bunları edin

Müqəddəs Ramazan ayıdır. Bir çox inanclı insan oruc tutur. Bu il oruclu qalmağın müddəti 16 saatdır. Ramazan ayında oruc tutan insanlar özlərini halsız hiss etməmək üçün müəyyən qaydalara əməl etməlidirlər. ARANTV.AZ  oxucularına bu gün oruc tutanda halsız qalmamaq üçün nələrə diqqət etmək lazım olduğu barədə kiçik yazını təqdim edir. 1. Kifayət qədər maye qəbul edin Orucu 1 stəkan su ilə açmağa çakışın. İftarda tərkibində şəkər əlavəsi olmayan kompotlar və şorbalar için. Meyvə və tərəvəz qəbul edin. Çay və qəhvə kimi kafeinli içkilər orqanizmdən maye ifrazını artırır. Buna görə də ən…

Read More
Ramazan 

Ramazanda necə qidalanmaq lazımdır? – Əgər başağrısı, halsızlıq, ürəkbulanma varsa…

Oruc tutulan saatlarda bədənimizdə yorğunluq, halsızlıq və davamlı yuxululuq hiss oluna bilər. Bu çox zaman imsak zamanı qidalanmamızda yol verdiyimiz yanlışlardan irəli gəlir. ARANTV.AZ Axşam.az-a istinadən xəbər verir ki, Ramazanda düzgün qidalanmaq mütləqdir. İftardan sonra imsaka qədər çalışın 2-2,5 litr su için. Əgər başağrısı, halsızlıq, ürəkbulanma varsa, buna səbəb lazımi qədər su içməməyinizdir. Gün ərzində bir neçə dəfə qidalanma ənənəsi ikiyə düşür. Ən pis isə gec saatlarda yemək yeyə bilirik. Bu isə yediklərimizin yağ halında orqanizmimizə yığılmasına səbəb olur. Bəziləri oruc tutarkən kökəlməkdən şikayətlənirlər. Artıq çəki almamaq üçün düzgün qidalanmaq…

Read More
Ramazan 

Orucluqda insan bədənində hansı proseslər baş verir? – Bilmədiyiniz 11 MÜDHİŞ MƏQAM

Elmi araşdırmalar nəticəsində sübut olunub ki, Ramazan ayının ən mühüm ibadəti sayılan oruc orqanizm üçün çox faydalıdır. Birincisi, həzm problemlərini aradan qaldırır, ikinci isə psixoloji cəhətdən müsbət təsirə malikdir. ARANTV.AZ bu yazıda oxucuları orucun səhhətimizə təsiri ilə tanış edir: Arıqladır Oruc sağlam şəkildə arıqlamağa kömək edir və bu fakt elmi olaraq sübut olunub. Oruc zamanı orqanizmdə toplanmış yağlar yandırılmağa başlanır. Günümüzdə idmançılar da arıqlamaq üçün müntəzəm şəkildə oruc tutur. İnsulin Araşdırmalar göstərir ki, oruc insulin səviyyəsinə müsbət təsir göstərir. İndiyə qədər aparılan elmi tədqiqatlarda məlum olub ki, oruc Ramazan ayından…

Read More
Ramazan 

Tanınmış teoloq: “Orucu pozan 3 əməl var: yeyib-içmək, cinsi yaxınlıq və…”

Tanınmış teoloq və islamşunas, “Karvan” jurnalının baş redaktoru İsmail Əhməd hazırda içində olduğumuz müqəddəs Ramazan ayının qadağaları ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib. ARANTV.AZ Modern.az-a istinadən bildirib ki, teoloqun sözlərinə görə bəzən bir çoxları oruclu insanlar üçün iynə vurdurmaq, kosmetikadan və parfümdan istifadə etmək, çimmək, toy və nişan etmək, qurban kəsmək, qan aldırmaq, diş çəkdirmək kimi halları orucu pozan və ya bəyənilməyən hal kimi dəyərləndirirlər. İsmail Əhmədin sözlərinə görə isə bu halların Quranla heç bir əlaqəsi yoxdur. “Qurani təqdimatda yer alan qadağalar sadəcə bunlardı: 1. Yeyib-içmək 2. Cinsi yaxınlıq və…

Read More
Ramazan 

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Ramazan ayı son illərdə dünyanın yarısında isti havaların hökm sürdüyü mövsümə təsadüf edir. Bu, Norveç kimi bəzi ölkələrdə hər gün 20 saata yaxın yeməkdən məhrum olmaq deməkdir. Bəs oruc sağlamlığa necə təsir edir və 30 gün oruc tutan bir insanın bədənində nə kimi dəyişikliklər baş verir? Ən çətini ilk günlərdir İnsan bədəni oruc tutduğunu sonuncu yemək qəbulundan 8 saat sonra dərk edir. Çünki bağırsaqlar yeməyi 8 saatdan sonra tamamilə həzm edir. Növbəti mərhələdə bədən enerji ehtiyaclarını ödəmək üçün qaraciyər və əzələlərdə qlükozaya yönəldilir. Qlükoza tükəndikdən sonra bədənin növbəti enerji qaynağı…

Read More
Dünya Ramazan 

Oruc tutan Əli Quran oxuyarkən haqq dünyasına qovuşdu

Türkiyənin Aydın şəhərində Qurani-Kərim hafizi Hacı Əli Şeflekin dünyasını dəyişməsi xəbəri internetdə həssas duyğularla qarşılanıb. ARANTV.AZ bu haqda  İslam.az -a istinadla xəbər verir. O, həyatı boyu özü kimi Quranı əzbər bilən yüzlərlə hafiz hazırlayıb. Hacı Əli Şeflek  mübarək Ramazan günlərində oruclu ikən Quran oxuyarkən başını Müqəddəs Yazılara söykəyərək haqq dünyasına qovuşub. Allah rəhmət eləsin!

Read More
Ramazan 

Həzrət Mühəmməd Peyğəmbərin (s) adı çəkilərkən hansı şəkildə salavat söyləmək lazımdır?

Həzrət Mühəmməd Peyğəmbərin (s) adı çəkilərkən hansı şəkildə salavat söyləmək lazımdır? İslam ənənəsinə görə, Peyğəmbərin (s) adını çəkərkən və ya eşidərkən salavat söyləmək lazımdır. Hətta o həzrətin adını yazarkən salavat işarəsi qoyurlar. Hədislərdə buyurulub ki, Peyğəmbərimizin (s) adı çəkilərkən salavat söyləməyən adam onun ruhunu incitmiş olur. Salavatın müxtəlif variantları kitablarda qeyd edilib. Bəzi salavat qaydaları qısa, bəziləri isə uzundur. Həzrətin adı çəkilərkən, heç olmasa, “Allahumə salli əla Muhəmmədin və ali Muhəmməd” söyləmək lazımdır (“İlahi, Sənin salavatın olsun Mühəmmədə və Mühəmmədin nəslinə”). Salavat zamanı Peyğəmbərin (s) özü ilə yanaşı, nəslini də…

Read More