Ramazan 

ORUCLUĞUN SİRRİ

Oruc tutmağın arxasındakı sirr nədir? Niyə insan oruc tutmalıdır ki? Biz orucluğun sirrini anlaya bilmərik, ta ki, insanın sirlərini dərk edənə qədər. İnsan! Nədir insan? İnsanın hansı həqiqətləri var? Ayaq üstə duran bir bədəndirmi? Ət, qan və sümüklərdən yığılmış cəsəddən ibarətdirmi? İnsan sadəcə budursa necə də mənasızdır! Xeyr… Heykəl kimi dayanan cəsəddən ibarət deyil insan. İnsan, ruhuyla insandır. Səmavi bir əmrlə yerdəki bədənə yerləşdirilmiş bir ruhdur insan. Torpaqdan hazırlanan bir qəlibdə yerləşdirilmiş sirli aləmdir insan. Rəbbani bir əmrlə yaradılmış insan, ruhani aləmə malikdir. Düşünən, təfəkkür edən, ağlını işlədən, hiss edən,…

Read More
Ramazan 

Oruc tutanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik varsa… – Həkim-endokrinoloq DANIŞDI

Müsəlmanlar üçün Ramazan ayı oruc tutma ayıdır. Bəzən şəkərli diabet xəstələri də oruc tutmaq istəyir, lakin şəkərləri kontrol altında olmayan xəstələr uzun müddət aclıqdan sonra bir çox risklərlə qarşılaşa bilər. Bəs diabet xəstələri hansı hallarda oruc tuta bilər? Publika.az-a danışan həkim-endokrinoloq Vüsalə Atakişizadənin sözlərinə görə, diabetli xəstələrin oruc tutub-tutmamasına həkim-endokrinoloq qərar verməlidir: “Xəstəliyin gedişatına əsasən pasientlər risk qruplarına ayrılmalı və riskin dəyərləndirilməsinin nəticəsinə əsasən oruc tutma qərarı həkim və pasientin birlikdə razılığı əsasında verilməlidir. Səhhəti yerində olan, şəkəri kontrol altında olan pasientlər oruc tuta bilərlər. ÇOX YÜKSƏK RİSKLİ XƏSTƏLƏR; –…

Read More
Ramazan 

Oruc tutanda halsız olmamaq üçün bunları edin

Müqəddəs Ramazan ayıdır. Bir çox inanclı insan oruc tutur. Bu il oruclu qalmağın müddəti 16 saatdır. Ramazan ayında oruc tutan insanlar özlərini halsız hiss etməmək üçün müəyyən qaydalara əməl etməlidirlər. ARANTV.AZ oxucularına bu gün oruc tutanda halsız qalmamaq üçün nələrə diqqət etmək lazım olduğu barədə kiçik yazını təqdim edir. 1. Kifayət qədər maye qəbul edin Orucu 1 stəkan su ilə açmağa çakışın. İftarda tərkibində şəkər əlavəsi olmayan kompotlar və şorbalar için. Meyvə və tərəvəz qəbul edin. Çay və qəhvə kimi kafeinli içkilər orqanizmdən maye ifrazını artırır. Buna görə də ən…

Read More
Ramazan 

Ramazan ayında nə baş vermişdir? (İkinci hissə)

19, 21, 23 və ya 27 ramazan Bunlardan birinin Qədr gecəsi olması ehtimal edilir. Ramazanın son ongünlüyündəki tək gecələrdən birinin Qədr gecəsi olduğu rəvayət edilmişdir. Qədr gecəsində Qurani-Kərim bütöv şəkildə Peyğəmbərimizin (s) qəlbinə vəhy olunmuşdur. Bu gecələrdə oyaq qalmağın, ibadət və dua etməyin, Quran oxumağın çox savabı var. 19 ramazan İmam Əli ibn Əbu Talib (ə) Kufə məscidində sübh namazı qılarkən xəvaricdən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən ölümcül yaralanmışdır (hicri 40 – miladi 661). Məşhur din alimi, həmyerlimiz Mirzə Mühəmməd Şirvani vəfat etmişdir (hicri 1098 – miladi 1687). İsfahan şəhərində…

Read More
Ramazan 

16 saat tox qalmaq üçün sahurda bu qidaları yeyin — SİYAHI

Bu il Müqəddəs Ramazan ayı isti havalarla müşayət olunur. ARANTV.AZ  xəbər verir ki, sağlam qidalanma və sağlamlıq üçün sahurda insanı tox saxlayan və susuzluq yaratmayan qidalara üstünlük vermək lazımdır. Qida mütəxəssisləri bildirirlər ki, gecə saatlarında qəbul edilən ağır qidalar o saatlarda metabolizma sürəti aşağı düşdüyü üçün yağa çevrilmə riski yüksəkdir. Bu səbəbdən bu saatlarda qəbul edilən qidaları diqqətlə seçmək lazımdır. Sahurda tərkibində protein olan süd, qatıq və pendir kimi qidalar qəbul edilə bilər. Qandakı şəkərin miqdarının düşməsinin qarşısını aldığı üçün çörəkdən və ya taxıl məhsullarından hazırlanan şorbalardan istifadə etmək olar.…

Read More
Ramazan 

Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü? – İlahiyyatçı aydınlıq gətirdi

Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü? Milli.Az xəbər verir ki, bu sualı ilahiyyatçı Hacı Şahin Həsənli cavanlandırıb: “Namaz və oruc ayrı-ayrı vacib ibadətlərdir və bəzi hallarda bəzi insanlar namaz qılmadıqda digərləri ona oruc tutmağın da mənasız olduğunu deyir. Deyir “Namaz qılmırsansa oruc tutub özünə boş-boşuna əziyyət vermə”. O tamamilə yanlış fikirdir, səhv yanaşmadır. Namaz qılmasa belə oruc tutursa, hər bir halda bu onun gələcəkdə Allaha yaxınlaşmasına xidmət edə bilər, digər dini ayinləri icra etməyinə yardımçı ola bilər. Ona görə də namaz qılmaq vacib olsa da namaz qılmayan insanların oruc tutması…

Read More
Ramazan 

Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur – ABŞ alimlərinin araşdırması

Beylor tibb kolecinin (ABŞ) alimləri Ramazan ayı zamanı tutulan orucla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma zamanı alimlər belə nəticəyə gəliblər ki, oruc insan sağlamlığına çox müsbət təsir edir və bir çox ağır xəstəliklərin riskini azaldır. Alimlər 30 gün ərzində 14 “oruc tutan” sağlam insana nəzarət edirdilər. Bu insanlar 15 saat ərzində qida və maye qəbul etmirdilər. İştirakçılar müəyyən fasilələrlə analiz üçün qan verirdilər. ARANTV.AZ  xəbər verir ki, araşdırmanın nəticələri medicalxpress.com-da dərc olunub. Alimlər sübut edir ki, oruc tutmaq piylənmə, şəkərli diabet, metabolik sindrom və qaraciyər piylənməsinin riskini xeyli azaldır.

Read More
Ramazan 

Ramazanda qazananlar və itirənlər

Müsəlmanlara xüsusi, şərəfli və dəyərli olan uca bir ay gəldi. Allah Quranı bu ayda endirmiş, bu ayda oruc tutmağı fərz qılmışdır. Müsəlman bacı və qardaşlar! Allahdan haqqı ilə qorxun, çünki təqva yaxşıların azuqəsi, xeyirli insanların sərmayəsidir. Bu ay gecə namazı qılmaq və Quran oxumaq ayıdır, bağışlanma zamanıdır, sədəqə və ehsan mövsümüdür. Bu ayda xeyirlər ard-arda gəlir və bərəkət hər yeri bürüyür. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Sizə Ramazan gəldi. O mübarək bir aydır. Allah bu ayda sizə oruc tutmağı fərz etdi. Bu ayda səma qapıları açılır, Cəhənnəm qapıları…

Read More
Ramazan 

Qurani-Kərimi oxuyan zaman qadın mütləq hicablı olmalıdır?

Qurani-Kərimi oxuyan zaman qadın mütləq hicablı olmalıdır? Hicaba riayət etmək İslam dininin qadınlara vacib əmridir. Qadın mütləq naməhrəmlərdən örtünməlidir. Lakin bəzi hallarda hətta naməhrəmin görmədiyi zaman da hicaba riayət etmək məsləhətdir. Məsələn, Həzrət Fatimə (ə) hətta kor adamın yanında belə, hicabsız gəzmirdi. Quran oxumaq Allahla ünsiyyətdə olmaq deməkdir. Yaxşı olar ki, qadın Quran oxuyan zaman və ya başqasının Quran oxuduğunu dinləyən zaman hicaba riayət etsin, heç olmasa, başını yaylıqla bağlasın. Bununla o, Qurana ehtiramını göstərmiş olur. Təsadüfi deyil ki, xalq ənənəmizdə də Quran oxunan məclisə qadınların başıbağlı halda qatıldığının şahidi…

Read More
Ramazan 

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Ramazan ayı son illərdə dünyanın yarısında isti havaların hökm sürdüyü mövsümə təsadüf edir. Bu, Norveç kimi bəzi ölkələrdə hər gün 20 saata yaxın yeməkdən məhrum olmaq deməkdir. Bəs oruc sağlamlığa necə təsir edir və 30 gün oruc tutan bir insanın bədənində nə kimi dəyişikliklər baş verir? Ən çətini ilk günlərdir İnsan bədəni oruc tutduğunu sonuncu yemək qəbulundan 8 saat sonra dərk edir. Çünki bağırsaqlar yeməyi 8 saatdan sonra tamamilə həzm edir. Növbəti mərhələdə bədən enerji ehtiyaclarını ödəmək üçün qaraciyər və əzələlərdə qlükozaya yönəldilir. Qlükoza tükəndikdən sonra bədənin növbəti enerji qaynağı…

Read More