“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin videomüsahibə turu yekunlaşıb
“Yüksəliş” müsabiqəsinin 10 aprel-1may tarixlərini əhatə edən videomüsahibə turu başa çatıb. Əyani mərhələyə buraxılan 976 namizəddən 939 iştirakçı bu tura qatılıb. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, videomüsahibə mərhələsinin qaydalarına əsasən, namizədlər təklif olunan 5 sualdan 3-nü seçərək cavablandırıb. Göstərilmiş tələblərə uyğun videoları yükləyən bütün iştirakçılar növbəti mərhələyə dəvət ediləcəklər. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş…
