Sosial 

Azərbaycanda pensiya yaşı azaldılacaq? – Komitə sədri cavab verdi

“Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı deyib. Komitə sədri bildirib ki, yaxın 10 ilə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlılığı təmin olunmamışdı: “200 mindən çox pensiyaçı DSMF hesabına pensiya alır. Çünki onların pensiya kapitalı yox idi. Bundan yumşaq başqa nə yanaşma ola bilər? Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil”. (Report)

Read More
Sosial 

4 nəfərlik ailəyə nə qədər pul lazımdır? – VİDEO

Ölkədə maaşlar bölgələr üzrə kəskin fərqlənir. Son məlumata görə, Xankəndidə orta aylıq əməkhaqqı 1 771, Bakıda 1 258 manat olsa da, Qaxda bu göstərici 532 manatdır. Bununla belə, 2024-cü ildə yaşayış minimumu ölkə üzrə 270 manatdır. Bu göstəriciyə əsasən, minimum yaşayış səviyyəsi üçün ay ərzində əməkqabiliyyətli şəxslərə 287, uşaqlara 235, dörd nəfərdən ibarət ailə üçün isə minimum 1 044 manat pul lazımdır. İqtisadçı Rəşad Həsənov bildirib ki, hökumətin əsas hədəflərindən biri minimum əməkhaqqı səviyyəsinin orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması istiqamətində idi: “Bu da təxminən hazırkı dövr üçün 600-650 manat olması…

Read More
Sosial 

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən “İki sahil”ə verilən məlumata görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa rəhbərlik etdiyi qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Həmçinin, Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin…

Read More
Sosial 

ŞAD XƏBƏR: 2025-ci ildən maaşlar bu qədər artacaq… – Minimum əməkhaqqı 400 manat olacaq?

Gələn ildən ölkədə minimum əməkhaqqı artırılacaq. Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirmişdi. Bəs artım nə qədər olacaq? İqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bu sualları cavablandırıb. “Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Bu məbləğin 400 manat olması gözlənilir. Minimum əməkhaqqının artması avtomatik olaraq büdcə təşkilatlarında çalışanlara təsir göstərir. Eyni zamanda biznes sahəsində çalışanlar da minimum əməkhaqqından aşağı maaş ala bilməzlər. Amma özəl sektorda çalışanlar üçün digər maaşların indeksləşdirilməsinə aidiyyatı yoxdur. Buna özəl sektor özü qərar verir. Sadəcə minimum əməkhaqqı özəl müəssisələrdə verilə…

Read More
Sosial 

Azərbaycanda bu şəxslərə 285 manat veriləcək – Yanvarın 1-dən…

2025-ci ildə ehtiyac meyarının, həcminin 285 manat olması nəzərdə tutulub. 2024-cü ildə bu göstərici 270 manatdır. Ehtiyac meyarının həddi ünvanlı sosial yardımın təyin olunması məqsədilə tətbiq edilir. Beləliklə, 2025-ci ildə ünvanlı sosial yardım almaqdan ötrü ailənin hər bir üzvünə düşən aylıq gəlir 285 manatdan az olmalıdır. Bu zaman adambaşına aylıq gəlirin məbləği ilə ehtiyac meyarı arasındakı fərq ünvanlı sosial yardım olaraq təyin olunur. Lakin sosial yardım almaq üçün gəlirlə yanaşı, digər amillər də nəzərə alınır. Ətraflı Baku TV-nin süjetində:

Read More
Sosial 

İşsiz şəxslərə ŞAD XƏBƏR

Növbəti ildə işədüzəltmə hədəfimiz 130 min nəfərdir. Cari ilin 10 ayında toplanmış vakansiyalar çərçivəsində 61 min aktiv vakansiya formalaşdıra bilmişik. Bu baxımdan, növbəti ildə 130 min nəfərin işə düzəltməsi hədəfinə nail ola biləcəyik. Bunu Milli Məclisin iki komitəsinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, 2018-2024-cü illər ərzində 624 min nəfər Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunub./Titul.az

Read More
Sosial 

Gələn il minimum pensiya bu qədər ARTACAQ – PROQNOZ

2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı açıqlanan məlumatlardan aydın olur ki, gələn il üçün həm minimum əməkhaqqında, həm də minimum pensiya məbləğində artım olacaq. Lakin yeni ildən minimum əməkhaqqının məbləğinin nə qədər olacağı açıqlansa da, minimum pensiya məbləğində nə qədər artımın olacağına dair hər hansı məlumat açıqlanmır. Buna görə də 2025-cü ildə minimum pensiyanın yeni məbləği ilə bağlı yalnız fərziyələr səsləndirilir.   Növbəti ildən minimum pensiyanın məbləğinin 320 manat olması ehtimalı var.   Bu ehtimalı irəli sürməyə minimum əməkhaqqının 400 manata və pensiyaçılar üçün “dəfn pulu”nun 960 manata çatdırılması əsas…

Read More
Sosial 

Sosial yardım NƏ QƏDƏR ARTACAQ? – Rəqəmlər…

Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir.   ARANTV.AZ xəbər verir ki, bu sözləri deputat, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.   “Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.   Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il…

Read More