Sosial 

Pensiyalar gələn il bu qədər ARTACAQ

Əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8 % çox proqnozlaşdırılır.   Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.   Nazir bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğini isə 569 manat və ya bu ilin sonuna gözlənilən göstəricidən 8 % çox proqnozlaşdırılır:   “Bu ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manat,…

Read More
Sosial 

Pensiya alanlara şad xəbər: Minimum məbləğ…

Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur. ÀRANTV.AZ xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.   Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əmək haqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.

Read More
Sosial 

Azərbaycanda orta aylıq əmək haqqı ARTDI

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8 % artaraq 993 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Oktyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 768,3 min nəfər olub, onlardan 880,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 888,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin…

Read More
Sosial 

Əslində pensiyalar nə vaxt verilməlidir? – Nazir cavab verdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya ödənişlərinin gecikdirilməsi ilə bağlı iddialara cavab verib. AZXEBER.COM xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı dəfələrlə açıqlama verilib. “Biz bütün pensiyaları avansla ödəyirik. Həmin ayın pensiyası ayın sonunda ödənilməlidir. Sadəcə Azərbahcan hökumətinin humanist növbəti addımə pndan ibarətdir ki, biz pensiyaları ayın sonunu gözləmədən ödəyirik. Ümumiyyətlə, pensiyalar sosial sığorta haqlarının hesabına ödənilən vəsaitdir. Sosial sığorta haqlarının toplanmasına uyğun olaraq, ayın bəlli dövrlərində pensiya fondu tərəfindən elan verilir və müvafiq ərazilər üzrə ödənişlər həyata keçirilir. Bir daha deyirəm ki, ödənişlər ayın sonunda…

Read More
Sosial 

Evli cütlüklər bir-birindən intiqam almaq üçün görün nə edirlər… – Psixoloq şok sirləri açdı

“Xəyanət insanın cinsindən asılı olmayaraq, fərdi bir yanaşmadır. Onu cinslərə bölüb qeyd etmək doğru deyil. Hər kəsin bir müəyyən həyat anlamı var. Müəyyən səbəblər, mənimsədiyi biliklər ucbatından verdiyi reaksiyalar mövcuddur”. Bu fikirləri psixoloq Gülər Məmmədova “Yeni Sabah”a açıqlamasında bildirib. O, evli cütlüklərin bir-birinə xəyanət etməsinin səbəblərini belə izah edib: “Təəssüflər olsun ki, bəzi konfliktli situasiyalarda, qarşılıqdı münasibətlərdə bir-birindən intiqam almaq, özlərini təsdiq etməkdən ötəri uyğun olmayan istək və davranışlara yol verirlər. Bu da xəyanət adlanır. Xəyanət adı ilə boşanmalar, barışmalar, ömür boyu başaqaxmalar və konfliktli situasiyalar mövcud olur. Ona görə…

Read More
Sosial 

Pensiya alanlara xəbər var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödəyib. ARANTV.AZ  xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, digər bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Read More
Sosial 

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ötən il də zərərlə işləyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2023-cü ili 3,078 milyon manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2022-ci ili 2,546 milyon manat zərərlə çıxmışdı. “Report” xəbər verir ki, ötən il Milli Observatoriyanın xidmətlərin göstərilməsindən gəlirləri 2 min manat (əvvəlki ilə nisbətən 5 dəfə az), əmək haqqı və onunla bağlı xərcləri 2,555 milyon manat (20,5 % çox), köhnəlmə və amortizasiya xərcləri 58 min manat (2,2 dəfə çox), icarə öhdəlikləri üzrə xərcləri 348 min manat (0,3 % çox), inzibati xərcləri 120 min manat (2…

Read More
Sosial 

Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?

Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə cəlb edilməsi qadağan olunsa da, burada istisnalar var. Onlara fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışanlar aiddir. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, həmin günlərdə işləməyə görə onlara əlavə əməkhaqqı verilməlidir. Bəs əlavə ödənişin məbləği nə qədər olmalıdır? Azərbaycanda 15 bayram olsa da, onun 12-sinə təsadüf edən günlər qeyri-iş günü hesab olunur. İş günü hesab olunmayan bayram günləri aşağıdakılardır: Yeni il bayramı (Yanvarın 1 və 2-si); Beynəlxalq Qadınlar Günü (Martın 8-i); Faşizm üzərində Qələbə…

Read More
Sosial 

Pensiyalar bu ay tez veriləcək – RƏSMİ

Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə Musavat.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək. Qeyd edək ki, ötən ay pensiyaların verilməsində müəyyən gecikmə olmuşdu.

Read More
Sosial 

35 yaşı keçdin iş tapmaq olmur: Səbəb – araşdırma

Azərbaycanda 40 yaşdan sonra insanların iş tapmaq imkanları çətinləşir. Çünki işəgötürənlərin yaşla bağlı tələbləri mövcuddur. Tez-tez iş elanlarında da bu tələbin şahidi oluruq. Adətən elanlarda yaşı 35-dək olan işçilər axtarılır. Halbuki Azərbaycan qanunvericiliyinə görə, yaşa əsaslanan ayrı-seçkilik rəsmən qadağandır. Nəzərə alsaq ki, yaşı 35-dən yuxarı olan xeyli sayda əmək qabiliyyətli insan var, problemin miqyasının kifayət qədər böyük olduğunu görərik. Bəs, görəsən, bu durumdan çıxış yolları nədir? Dövlət orqanları bu istiqamətdə hansı addımları atmalıdırlar? Orta yaşlı vətəndaşlar əmək bazarında rəqabətə davam gətirmək üçün nə etməlidirlər? “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim…

Read More