Sosial 

Əvvəlcədən pensiya alanların təqaüd pulu necə hesablanır? – CAVAB

Maraqlıdır, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il tamam olub və hazırda işləyirsə, pensiya necə hesablanır? Əvvəlcədən pensiya alan şəxsin təqaüdə çıxdıqdan sonar pulunun necə hesablandığını təqdim edirik. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il işləyib və işləməkdə davam edirsə, sonradan işlədiyi və yenidən hesablama aparılmamış sonuncu dövr üzrə toplanmış kapitalı 90%-lə nəzərə…

Read More
Sosial 

35 yaşın gətirdiyi problemlər: Azərbaycanda əhalinin 64 faizi…

Azərbaycanda 40 yaşdan sonra insanların iş tapmaq imkanları çətinləşir. Çünki işəgötürənlərin yaşla bağlı tələbləri mövcuddur. Tez-tez iş elanlarında da bu tələbin şahidi oluruq. Adətən elanlarda yaşı 35-dək olan işçilər axtarılır. Halbuki Azərbaycan qanunvericiliyinə görə, yaşa əsaslanan ayrı-seçkilik rəsmən qadağandır. Nəzərə alsaq ki, yaşı 35-dən yuxarı olan xeyli sayda əmək qabiliyyətli insan var, problemin miqyasının kifayət qədər böyük olduğunu görərik. Bəs, görəsən, bu durumdan çıxış yolları nədir? Dövlət orqanları bu istiqamətdə hansı addımları atmalıdırlar? Orta yaşlı vətəndaşlar əmək bazarında rəqabətə davam gətirmək üçün nə etməlidirlər? “İqtisadiyyatın şaxələndirilməsi vacibdir” Əmək və Əhalinin…

Read More
Sosial 

“Gəlinlə elə davranır, qızı elə minnətlə alırlar ki, sanki onu adam edirlər”

Deyirlər ki, kişi anasını nə qədər çox sevib ona hörmət etsə, xanımına qarşı da bir o qədər sadiq, qayğıkeş, ehtiramlı olur. Azərbaycan cəmiyyətində bunun tamamilə əksi müşahidə olunur. Anasına bağlı olan, onun fikirləri ilə hərəkət edən, habelə müstəqil davranışları, düşüncələri olmayan kişilərin analarının, bir növ, hakimiyyəti altına düşdüyünü, elə buna görə də arvadlarına qarşı kobud, haqsız davranışları halları var. Vəziyyəti bu həddə qədər gətirib çıxaran nədir? Ana, oğul, yoxsa gəlinlər? Psixoloq Samirə Bağırova problemin səbəbini “Yeni Sabah”a açıqlayıb: “Əslində, yanlışlıq var. Kişi anasına deyil, valideyninin ailəsinə bağlıdırsa, gələcəkdə öz ailəsinə münasibətdə də məsuliyyətli davranacaq. Öz…

Read More
Sosial 

Pensiya və müavinətlərlə bağlı RƏSMİ AÇIQLAMA – 112 mindən çox şəxs…

2024-cü ilin yanvar-sentyabr ayları ərzində 112 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edilib ki, onların 53,3%-ni kişilər, 46,7%-ni isə qadınlar təşkil edib.

Read More
Sosial 

Azərbaycanda valideynlər uşaqlarına görün hansı qəribə adları qoymaq istəyiblər

Bu il ölkəmizdə 3 nəfər övladına “X”, 1 nəfər isə “D” adı qoymaq üçün müraciət edib. Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova “Xəzər Xəbər”ə açıqlamasında deyib ki, övladına “X” və “D” adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar. Sayalı Sadıqovanın sözlərinə görə, ad dil normalarına uyğun olmadığı təqdirdə, onun qoyulması qadağan edilir. Qurum rəsmisi deyib ki, hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub. Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının “Nindza” ilə dəyişdirilməsi…

Read More
Sosial 

Bu təhlükəli yağın Azərbaycana idxalı iki dəfə artıb: Görün harada istifadə olunur

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 42 milyon 995 min ABŞ dolları dəyərində 36 min 705 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 54% və ya 12 min 887 ton, dəyər ifadəsində isə 46.6% və ya 13 milyon 672 min ABŞ dolları artıb. 2023-cü ilin ilk 8 ayında Azərbaycana 29 milyon 323 min ABŞ dolları dəyərində 23 min 818 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. Bu təhlükəli yağın Azərbaycana idxalının…

Read More
Sosial 

Əhalinin NƏZƏRİNƏ: Bu şəxslər də pensiya alacaq

Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib/qafqazinfo

Read More
Sosial 

Ailələrə sızan təhlükə: Yeganə çıxış yolu budur…

“Ailə müqəddəsdir, onun sağlam, bünövrəli və xoşbəxt olması cəmiyyət və dövlətin möhkəmliyi üçün əsasdır. Lakin bizim cəmiyyətimizdə ailə institutuna yüklənən bir çox kodlamalar da illər uzunu və bu günə kimi bir çox ailələrdə öz sözünü hələ də deməkdədir. Sən etməlisən, borclusan, dözməlisən, ailən olmasa, cəmiyyət içində hörmətsiz və lazımsızsan kimi kimi kodlamalar bir çox insanların sevmədiyi, istəmədiyi, aşağılandığı və məcbur olduğu şeylərə dözməsi müasir cəmiyyətdə insan haqlarının qorunması və müdafiəsindən və psixologiyanın inkişafından vüsət alaraq partlayış yaratdı”. Bu fikirləri psixoloq İlhamə Mustafayeva “Yeni Sabah”a açıqlayıb. Cəmiyyətdəki boşanmaların uzunmüddətli evliliklərə də…

Read More
Sosial 

Bu şəxslər sosial yardım ala bilər – AÇIQLANDI

Son illər ünvanlı sosial yardımın verilməsi ilə bağlı müraciətlər xeyli artıb. Lakin vətəndaşların bir çoxu müraciətlərinin əksər hallarda imtina ilə nəticələnməsindən gileylənirlər. Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, vətəndaşların ünvanlı sosial yardım alması yalnız bu hallarda mümkündür: “Ünvanlı dövlət sosial yardım “Ünvanlı sövlət sosial yardımı haqqında” qanuna əsasən verilir. Bu aztəminatlı ailələrə dövlətin göstərdiyi pul yardımıdır. Həmin vəsait ailələrə ehtiyac meyarı ödənmədikdə təyin olunur. Qanuna əsasən, əsas ehtiyac meyarı həddidir. Yəni ailənin 12 ay ərzində ümumi gəliri adambaşına bölündükdə 350 manatdan aşağıdırsa, yerdə qalan hissəni dövlət…

Read More