Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki…
Son aylarda Azərbaycanda müşahidə olunan intensiv və fasiləsiz yağıntılar artıq təkcə gündəlik həyatı deyil, kənd təsərrüfatı sektorunu da ciddi şəkildə düşündürməyə başlayıb. Aprel ayından etibarən davam edən qeyri-sabit hava şəraiti may ayında daha da güclənib. Xüsusilə paytaxt Bakı, Abşeron yarımadası və bir sıra bölgələrdə qeydə alınan leysan xarakterli yağışlar bəzi ərazilərdə subasma, torpaq sürüşməsi və əkin sahələrinin zərər görməsi ilə nəticələnib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 17-də yağıntının miqdarı 40-55 mm təşkil edib ki, bu da aylıq normanın 203-279 faizi deməkdir. Mütəxəssislər bildirirlər ki, belə anomal hava şəraiti kənd təsərrüfatına…
Read More