Sosial 

Pensiyalarla bağlı vacib xəbər

Son illər Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələr getdikcə daha da intensivləşir. Uzun illər işləməsinə baxmayaraq, aldığı pensiyanın aşağı olmasından narazı qalan vətəndaşların sayı az deyil. Bu narazılıqlar bəzən sıravi işçilərlə məhdudlaşmır, hətta keçmiş yüksək vəzifəli şəxslər və sabiq hakimlər də aşağı pensiya məbləğindən şikayət edirlər. Digər tərəfdən, bəzi hallarda pensiyaların artıq hesablandığı, sonradan geri qaytarılmalı olduğu da ortaya çıxır. Bütün bunlar pensiya hesablanması mexanizminin cəmiyyətdə kifayət qədər aydın olmadığını göstərir. Sfera.az bildirir ki, xüsusilə 2026-cı ildən etibarən stajın hesablanmasında nəzərdə tutulan dəyişikliklər mövzunu daha актуallaşdırır. Məsələ ilə bağlı Liberal…

Read More
Sosial 

Daha bir rayonda ehsan LƏĞV olundu – Bəs Bakıda?

Azərbaycanın daha bir rayonunda yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Bu barədə rayonun ağsaqqalları və din xadimləri qərar qəbul edib. Qərara əsasən, martın 1-dən Qaxın rayon mərkəzi və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Mərasimlərdə yalnız çay süfrəsi açılacaq. Qeyd edək ki, indiyə qədər Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən və başqa rayonlarda ehsan verilməsi dayandırılıb. Bəs qadağa dalğası paytaxt Bakıya nə vaxt çatacaq? Buna ehsan biznesi quranlar əngəl olurmu? İlahiyyatçılara görə, yas mərasimlərində ehsan vermək dini baxımdan vacib ola bilər, amma bu, ailələr və icmalar üçün…

Read More
Sosial 

Qarabağda 8466 nəfərin məşğulluğu təmin edilibFOTO

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən 8466 nəfərin məşğulluğu təmin edilib. Musavat.com Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işləri davam etdirilir: “”Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən 8466 şəxsin məşğulluğu təmin edilib. Sakinlərin məşğulluğunun təminatı üçün Agentlik tərəfindən işlə təminat, özünüməşğulluq proqramına cəlb olunma, peşə hazırlığı, əmək yarmarkalarının təşkili və s. aktiv məşğulluq tədbirləri həyata keçirilir”. Musavat.com

Read More
Sosial 

33 il sonra azad Kəlbəcərdə Ramazan sübh azanı

33 il sonra azad Kəlbəcərdə Ramazan sübh azanı verilir. Musavat.com xəbər verir ki, bu gün azad Kəlbəcər səmasında Ramazanın sübh azanı yüksəlir. Sükutu yararaq, dağlara çırpılıb geri dönən o müqəddəs səs təkcə namaza çağırış deyil. O, torpağın yaddaşına qayıdan nəfəsdir. O, illərlə susdurulmuş minarələrin dirçəlişidir. Bu azan nəyi ifadə edir? Bu azan – qayıdışın səsidir. Bu azan – torpağın sahibinə qovuşmasının xəbəridir. Bu azan – dağların, çayların, çəmənlərin “xoş gəldiniz” pıçıltısıdır. Ramazan ayının sübh çağında oxunan azan ümidin ən saf anında ucalır. Gecə ilə gündüzün sərhədində, qaranlıqdan işığa keçid məqamında… Elə…

Read More
Sosial 

Yeni BAHALAŞMA gəlir? – Ərzaq təhlükəsizliyimizdə zəif HƏLQƏ

Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% aşağıdır. Yanvarın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib. Həmin dövrdə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar ayına nisbətən 28,5 faiz azalaraq 3 min 700,6 ton, duru bitki yağının istehsalı isə 15,6% artaraq 4 min 576,6 ton təşkil edib. Bundan başqa, ötən ay Azərbaycanda 219,6 min dekalitr həcmində ( 1dkl = 10 litr ) meyvə şirələri, 11 min 433,5…

Read More
Sosial 

Azərbaycanda su BAHALAŞIR? – RƏSMİ

Azərbaycanda suyun qiymətinin artacağı ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Tarif Şurasının qəbul edəcəyi yeni qərara əsasən, su təminatının da qaz kimi limitlə olacağı gözlənilir. İddialara görə, yeni təklifdə 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manat tarif müəyyənləşdirilməsi nəzərdə tutulur. Publika.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat katibi Ceyhun Musaoğlu Globalinfo.az-a açıqlamasında iddiaların əsassız olduğunu bildirib. “Bu məsələ ilə bağlı hər hansı məlumat, yaxud qərar mövcud deyil”, – o əlavə edib. Qeyd edək ki, ADSEA-nın…

Read More
Sosial 

DİQQƏT: Bu hərbi qulluqçulara pensiya veriləcək

“Müddətli həqiqi hərbi xidmət zamanı səhhətində problem yaranaraq “yararsız” hesab edilən və vaxtından əvvəl tərxis olunan şəxslərə müəyyən ödənişlər həyata keçirilir. Bu ödənişlər kompensasiya deyil, əsasən sığorta mexanizmi vasitəsilə təmin olunur”. Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasın da səsləndirib. “Xidmət dövründə əsgər və ya çavuşun səhhətində problem yaranırsa, o, hərbi-həkim komissiyası tərəfindən müayinədən keçirilir və sağlamlıq vəziyyətinə uyğun olaraq qərar verilir. Əgər hərbi qulluqçu sülh dövründə yararsız, müharibə dövründə qismən yararlı və ya hər iki dövrdə yararsız hesab olunarsa, o, vaxtından əvvəl hərbi xidmətdən tərxis edilir. Bu halda…

Read More
Sosial 

Pensiyalarla bağlı VACİB DETAL: 2026-cı ildə hesablanan staj…

Uzun illər əmək fəaliyyəti olmasına baxmayaraq, aşağı məbləğdə pensiya aldığını iddia edən şəxslərin sayı az deyil. Son illərdə bu sırada hətta keçmiş məhkəmə hakimlərini, yüksəkvəzifəli şəxsləri də görmək olur. Bəzən bunun əksi də olur, elə bu yaxınlarda sabiq sənaye-energetika naziri Məcid Kərimovun pensiyasının artıq hesablandığı, indi geri alınmalı olduğu üzə çıxdı. Belə məsələlər isə öz həllini əksər hallarda məhkəmə müstəvisində tapır. Maraqlıdır, bəs yaşa görə pensiyaların məbləği necə hesablanır? Qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə…

Read More
Sosial 

Tabut üstündə SAZ havası – Hər vəsiyyət icra olunmalıdırmı?

Azərbaycanda gəncin babasının tabutu qarşısında saz çalması ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Musavat.com xəbər verir ki, hadisə Tovuz rayonunda baş verib. Bildirilir ki, rayon sakini olan yaşlı kişi sağlığında vəsiyyət edib ki, son mənzilə saz havası altında yola salınsın. Mərhumun bu arzusunu onun oğlan nəvəsi yerinə yetirib. O, babasının tabutu önündə saz çalaraq onu son mənzilə yola salıb. Həmin anları əks etdirən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və müxtəlif reaksiyalar doğurub. Bəs İslam vəsiyyətə necə baxır? Dinimizə görə, istənilən vəsiyyət mütləq icra edilməlidir, yoxsa istisnalar var?…

Read More
Sosial 

SON DƏQİQƏ: Çörək BAHALAŞA bilər – 2 SƏBƏB

  Yaxın aylarda çörək məhsullarının qiymətində artım ehtimalı istisna olunmur. Dünya bazarında unun qiymətində baş verən dəyişikliklər, həmçinin logistik və yanacaq xərclərinin artması çörəyin maya dəyərinə birbaşa təsir göstərir”. Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında səsləndirib. V. Orucun sözlərinə görə, artıq ölkədə bəzi un məmulatlarında qiymət artımı müşahidə olunub: “Baton çörəyin qiymətində isə 10 qəpiklik artım qeydə alınıb. Çörəyin qiymətinə əsas təsir edən amillərdən biri unun idxaldan asılı olmasıdır”. Ekspert hesab edir ki, 2026-cı ildə çörək və digər un məmulatlarında qiymət artımı baş verərsə, bu artımın ümumilikdə…

Read More