İcbari sığorta ilə plastik əməliyyat-YENİLİK
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində fəaliyyətə başlayan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında 9 daimi plastik cərrah həkim fəaliyyət göstərəcək. Plastik Rekonstruktiv əməliyyatlar burada icbari tibbi sığorta ilə həyata keçiriləcək. Bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov jurnalistlərə açıqlamasında deyib. Baş həkim qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir: “Klinika rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq”. D. Məmmədov bildirib ki, klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə…
Read More