Sosial 

Prezidentin köməkçisi quru sərhədlərinin açılması məsələsinə münasibət bildirib – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda karantin rejimin uzadılması ilə bağlı məsələyə münasibət bildirib. O, Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda iyul ayının 1-nə kimi karantin rejimi davam edir: “Ondan sonra isə karantin rejiminin uzadılması və quru sərhədlərinin açılması məsələsinə baxacağıq. Hələ ki heç nə bəlli deyil”.

Read More
Sosial 

II dünya müharibəsi ilə bağlı birdəfəlik maddi yardımlar ödənilib

Prezident İlham Əliyevin 26 aprel 2023-cü il tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1941–1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımın ödənişi başa çatıb. Bu barədə ARANTV.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd edilib ki, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 51 nəfərin hər birinə 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla…

Read More
Sosial 

“Gözlərimə inana bilmirəm ki, Prezident 9 il 9 ay cəzamı bağışladı”

Gözlərimə inana bilmirəm ki, cənab Prezident İlham Əliyev 9 il 9 ay cəzamı bağışladı. Bunu Trend-ə açıqlamasında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan məhkum Nüsrət Qurbanov deyib. O, bildirib ki, Cinayət Məcəlləsinin 274-cü(Dövlətə xəyanət) maddəsi ilə 15 il 9 ay azadlıqdan məhrum edilib. “6 ilini yatmışam 9 il 9 ay cəzamı çəkilməmiş hissəsindən azad edildim. Sanki yenidən doğulmuşam. Bu sevinci mənə yaşatdığı üçün cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Gözləmədiyim halda məni əfv etdi və azadlığıma, ailəmə qovuşdurdu”. Xatırladaq ki, Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan…

Read More
Sosial 

DİN-in İdarə rəisi QHT-lərə layihələrlə bağlı iradını bildirib

Gəncədə sığınacaq tikilməsi üçün sahə ayrılıb. APA xəbər verir ki, bunu bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov bildirib. Həzi Aslanov deyib ki, son 3 ildə QHT-lərə insan alverinə qarşı mübarizə sahəsində ayrılan vəsaitin artırılmasına ehtiyac olduğu barədə fikirlərlə razıdır: “Ancaq bir irad da var. Hər il həyata keçirilən layihələr demək olar ki, təkrarlanır. Təqdim olunan layihə tutarlı olmalıdır. Çünki…

Read More
Sosial 

Pensiya alanlara ŞAD XƏBƏR

Mayın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə ARANTV.AZ-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Read More
Sosial 

Keçən il müəyyən edilən insan alveri qurbanlarının sayı açıqlanıb: Siyahıda uşaqlar da var

Keçən il müəyyən edilmiş 94 (93 qadın, 1 kişi) insan alveri qurbanından 93-ü Azərbaycan Respublikasının vətəndaşı, biri əcnəbi olub. APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb. Qeyd edilib ki, əcnəbi insan alveri qurbanı – Nigeriya Federativ Respublikasının vətəndaşıdır. O, öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilib. 94 insan alveri qurbanından 82-si cinsi istismar məqsədilə Türkiyə Respublikasına, biri İran İslam Respublikasına aparılmış, 9-u ölkə daxilində cinsi istismara, 2-si isə məcburi…

Read More
Sosial 

Məcnun Məmmədov Göyçayda vətəndaşları qəbul edəcək

Mayın 12-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək. ARANTV.AZ nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-381-73-38) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Read More
Sosial 

Vətən üçün yaşanan ömür

Araz İbadlı  xalqımızın qeyrət, hünər tarixi olan  İkinci Qarabağ müharibəsində Vətən yolunda can qoyub, 21 yaşında şəhidlik zirvəsinə ucaldı. Beləcə, Lənkəran rayonunun Gəgiran kəndində Babalı kişinin halal ailə ocağında boya-başa çatan  Araz   bütün Azərbaycanın  qürur yerinə, iftixar mənbəyinə çevrilir. Araz lap uşaq yaşlarında Vətənin müqəddəsliyini dərk edir. Odur ki, erməni dığaların əzəli yurd yerimiz   Qarabağın ədalətsiz işğalını heç cür vicdanına sığışdıra bilmir.  Məktəbi bitirib əsgərliyə gedəndə deyir ki, ermənilərin qarşısında aciz durmaq bizə yaraşmır. Vətən torpaqların murdar düşmən tapdağından qurtulması  mərd oğlanların qeyrətinə qalır. Qismətim olsa mən də yağı ilə…

Read More