İSLAM
Toy və ya nişan günü gəlinin güzgüsününü sınmasını pis əlamətə yozmaq əsaslıdırmı?
Toy və ya nişan günü gəlinin güzgüsününü sınmasını pis əlamətə yozmaq əsaslıdırmı? İslam dininə görə, məntiqi əsası olmayan əlamətləri ciddi saymaq düzgün deyil. Təəsüf ki, xalq inancına görə bu cür əlamətlər ciddi qəbul edilir, bu əlamətlərə inanmaq isə insanların ictimai əlaqələrinə və fərdi-psixoloji durumuna mənfi təsir göstərir. Əsası olmayan düşüncəyə görə, gəlinin güzgüsünün sınması bədbəxtliyə […]
Bunu mütləq bilməlisiniz, Allah bu, günahları əsla bağışlamaz.
Allah-təala səmimi qəlbdən tövbə edilmiş bütün günahları bağışlayar inşaAllah. Hətta tövbə edilməmiş günahların da bir hissəsi bağışlana bilər və ya başqa savablar həmin günahları silə bilər. Yalnız Allaha şərik qoşmaq – əgər tövbə edilməsə – bağışlanmaz. Bu barədə Quranda buyurulur: “Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan […]
Cümə namazını qılmaq üçün neçə nəfərin olması şərtdir?
Cümə namazını qılmaq üçün neçə nəfərin olması şərtdir? Cümə namazı əksər müctəhidlərin fətvasına görə, vacibi-təxyiridir. Yəni insan zöhr və ya cümə namazını qılmaq arasında ixtiyar sahibidir. Bunlardan birini şərtlərinə uyğun şəkildə düzgün qılmışsa, o birini qılmağa ehtiyac qalmaz. Cümə namazının qılınması üçün 5 nəfərin toplaşması kifayətdir. Belə ki, bir nəfər imam və 4 nəfər ona […]
Günəş və Ayın bütün tutulma halları zamanı ayat namazı qılmaq vacibdirmi?
Günəş və Ayın bütün tutulma halları zamanı ayat namazı qılmaq vacibdirmi? Ayat namazının vacib olduğu hallardan biri Günəş və Ay tutulmasıdır. Burada müəyyən şərtlər və xırdalıqlar vardır. Birincisi, bəzi təbii fəlakətlər zamanı ayat namazının qılınması üçün həmin hadisənin insanlar arasında qorxu və dəhşət yaratması şərt sayılsa da (ildırım, qeyri-adi külək), Günəş və Ay tutulması üçün […]
Bu il Həcc ziyarəti baş tutacaq? – QMİ-dən AÇIQLAMA
Bu il Azərbaycandan Həcc ziyarətinin baş tutması qeyri-mümkün görünür. ARANTV.AZ xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Qeyd olunub ki, hələ ki, Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı hər hansı bildiriş gəlməyib, ancaq çox güman ki, “yox” cavabı veriləcək. Digər tərəfdən burada vaxt məsələsinin də mühüm rol oynadığı bildirilib. Vurğulanıb ki, […]
Kəlmeyi-teyyibə nədir?
Kəlmeyi-teyyibə nədir? Ərəb dilindən tərcümədə bu ifadə “pak söz” mənasını verir. Qurani-Kərimdə də bu ifadəyə rast gəlirik: “Pak söz Ona tərəf yüksələr və və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar” (Fatir, 10). Təfsir alimləri ayədəki “əl-kəlimut-teyyib” (pak söz) ifadəsini düzgün əqidə, tövhid kəlməsi, zikr, həmdü-səna mənalarında izah etmişlər. Bu izahların ümumiləşməsi olaraq, İslam […]
Balıq kürüsü yemək və kürüdən hazırlanmış dərman qəbul etmək olarmı?
Balıq kürüsü yemək və kürüdən hazırlanmış dərman qəbul etmək olarmı? Şəriətimizdə qida məhsulları ilə bağlı müəyyən şərtlər nəzərdə tutulmuşdur. Qida məhsulu həmin şərtlərə cavab verdiyi təqdirdə halal olur. Bu şərtləri pozan ərzaq növlərini yemək haramdır. Şiə fiqhinə əsasən, balıq məhsulları ilə bağlı olan əsas şərt balığın pulcuqlu olmasıdır. Dərisi pulcuqlarla (iri ya xırda olmasından asılı […]
İslamda reinkarnasiya (ruhun bir bədəndən digərinə keçməsi) qəbul edilirmi?
İslamda reinkarnasiya (ruhun bir bədəndən digərinə keçməsi) qəbul edilirmi? Dini mətnlərdə buna “tənasüx” deyirlər. Hinduizm, sintoizm, caynizm, daosizm kimi Şərq dinlərində tənasüx əqidəsi geniş yayılmışdır. Bu əqidəyə görə, ruhun hansı bədənə keçməsi onun əvvəlki bədəndə necə həyat sürdüyündən asılıdır. Yüksək insani dəyərlər əsasında ömür sürmüş şəxslərin ruhu yenidən insan bədəni əldə edir. Mənfi xislətli adamlar […]
Quranın təhrif edilməsi ehtimalı mümkündürmü?
Quranın təhrif edilməsi ehtimalı mümkündürmü? Bir halda ki, bu barədə hədislərin olduğunu deyirlər. Qurani-Kərimin təhrif edilməsi qeyri-mümkündür. Müqəddəs Kitabın özündə bunu bəyan edən ayə vardır: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr, 9). Doğrudur, bəzi hədislərdə və səhabələrin rəvayətlərində Quranın guya […]
İyunun 17-nə keçən gecə imam Cəfər Sadiqin (ə.s) şəhadətinin ildönümüdür
İyunun 17-nə keçən gecə, Şəvval ayının 25-də, müsəlmanların 6-cı imamı – Cəfər Sadiqin (ə.s) şəhadətinin ildönümüdür. İslam.az-ın məlumatına görə, İmam 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya gəlib. Atası İmam Baqir (ə) şəhadətə yetişdikdə onun 34 yaşı olub və o zamandan 31 il ərzində müsəlmanlara imamlıq edib, Allahın nazil etdiyi Quranın buyuruqlarını bəşəriyyətə […]