Şənbə, 27 İyn, 2026

Uzaq Şərq ölkələrinin mətbəxinə məxsus “suşi” adlı yeməyi yemək icazəlidirmi?

 Uzaq Şərq ölkələrinin mətbəxinə məxsus “suşi” adlı yeməyi yemək icazəlidirmi? Balıq məhsullarının yeyilməsi ilə bağlı iki əsas şərt mövcuddur. Birincisi, balıq diri halda sudan tutulmalı və quruda can verməlidir. İkincisi, balıq pulcuqlu olmalıdır. (Bunlar cəfəri məzhəbinə aid olan şərtlərdir. Əhli-sünnə məzhəbində balığın pulcuqlu olması tələb edilmir). Suşi adlı yeməkdə bu şərtlərə riayət edilmişsə, onu yemək […]

Məzarın başdaşına qadının fotosunu həkk etdirmək dini cəhətdən icazəlidirmi?

Məzarın başdaşına qadının fotosunu həkk etdirmək dini cəhətdən icazəlidirmi? Dinimiz əxlaq və iffət məsələlərinə xüsusi diqqət yetirir. Qadının naməhrəm kişilərdən qorunması və özünü gizli saxlaması daha məsləhətdir. Əlbəttə, qadının sifətini örtməsi zəruri deyil. Amma bu icazə onun gündəlik həyatda fəaliyyətinə mane olmamaq məqsədi daşıyır. Rəhmətə getmiş qadının başdaşına fotosunu həkk etdirməyin isə zərurəti yoxdur. Xüsusilə, […]

Doğurdanmı elə namaz var ki, onu qılan adamın həmin zamana kimi qılmadığı bütün namazlar bağışlanır?

Doğurdanmı elə namaz var ki, onu qılan adamın həmin zamana kimi qılmadığı bütün namazlar bağışlanır? Dinimizə görə, yetkinlik yaşına çatmış hər kəsin gündəlik namazları qılması vacibdir. Gündəlik namazları heç bir bəhanə ilə qılmamaq və təxirə salmaq olmaz. Hər qılınmamış namaz birə-bir qəza edilməlidir. Bunun heç bir başqa yolu yoxdur. Elə bir namaz yoxdur ki, onu […]

Cadudan necə qorunmaq olar?

Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır: Namaz qılmaq, həmçinin Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (Ramazan orucu kimi) Günahları tərk edərək onlardan tövbə etmək Qurani Kərim oxumaq, həmçinin gün ərzində evdə səslənməsinə qulaq asmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, şeytan […]

Gecələr qorxulu yuxu görmənin səbəbi nədir və bunun qarşısını necə almaq olar?

Gecələr qorxulu yuxu görmənin səbəbi nədir və bunun qarşısını necə almaq olar? Gecələr dəhşətli yuxular görmək adətən, insanın ruhi-psixoloji durumundan və yorğunluq səviyyəsindən asılı olur. Bu halı yaşamamaq üçün insan gün ərzində qorxulu görüntüləri (məsələn, dəhşət filmləri və s.) seyr etməkdən çəkinməlidir. Pozitiv mövzularda düşünmək, bədbinlikdən uzaq olmaq məsləhətdir. Yaxşı olar ki, insan yuxu rejiminə […]

Qurumamış yaşıl ağacı kəsmək günahdırmı?

Qurumamış yaşıl ağacı kəsmək günahdırmı? Dinimiz ekologiya mövzusuna mühüm əhəmiyyət verir. Yaşıl ağacı kəsmək çox bəyənilməz əməldir. Xüsusilə, məhsul verən meyvə ağacını və kölgəlik gətirən ağacı kəsmək bəyənilmir. Peyğəmbərimiz (s) döyüşlər zamanı əmr vermişdi ki, müsəlman əsgərlər hətta müşriklərə məxsus olan xurma ağaclarını da kəsməsinlər. Bunun müqabilində ağac əkmək, yaşıllığa qulluq etmək böyük savaba malikdir. […]

İmamların bəzilərinin adlarını dini kitablarda fərqli şəkillərdə qeyd edirlər. Bunların hansı doğrudur?

İmamların bəzilərinin adlarını dini kitablarda fərqli şəkillərdə qeyd edirlər. Bunların hansı doğrudur? İslam müqəddəslərinin hər birinin bir neçə fərqli ləqəbi vardır. Bu ləqəblərin bəziləri çox məşhurdur, bəziləri isə o qədər də tanınmır. Məsumları həmin ləqəblərin hər biri ilə tanımaq və tanıtdırmaq mümkündür. Nümunə kimi qeyd edək ki, birinci imam Əmirəl-möminin, Mürtəza, Heydər və s. ləqəblərlə […]

Saçları uzun olan və gec quruyan qadın saçlarını yumadan qüsl ala bilərmi?

Saçları uzun olan və gec quruyan qadın saçlarını yumadan qüsl ala bilərmi? Qüsl zamanı əvvəlcə başı və boynu, sonra bədənin sağ tərəfini, daha sonra sol tərəfini su ilə tam yumaq lazımdır. Qüslün düzgün olması üçün göstərilən ardıcıllıqla bədənin tam islanması vacibdir. Gərək bədəndə uynə ucu boyda islanmamış yer qalmasın. Suyun qarşısını kəsən hər bir maneə […]

Dünyada ilk dəfə cümə namazı futbol meydançasında qılındı

Türkiyədə COVID-19 virusu ilə əlaqədar məscidlərdə və qapalı məkanlarda kütləvi ibadətlərin icra olunmasına qadağa qoyulub. “İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, uzun müddətdir cümə namazı qılmaqdan məhrum olan dindarlar bunun çarəsini ibadəti açıq havada və sosial məsafə saxlayaraq icra etməkdə görüblər. Adana şəhərində yerləşən futbol meydançasında ibadətə toplaşan dindarlar cümə namazını icra edib, vaizin […]

Axund nə deməkdir və dini mənbələrdə kimlərə axund deyilir?

Axund nə deməkdir və dini mənbələrdə kimlərə axund deyilir? “Axund” sözünün fars mənşəli olduğunu yazırlar. Geniş yayılmış nəzəriyyəyə görə, bu söz fars dilində “oxumuş (savadlı) ağa” mənasını verən “ağaye-xunde” ifadəsindən alınmışdır. Adətən, dərin dini savadı olan şəxslərə “axund” deyirlər. Ənənəyə görə, axund molladan bir mərtəbə yüksək və daha bilikli sayılır. İslam coğrafiyasında məsciddə camaat namazına […]