İSLAM 

Quranın baharı Ramazan

Quranın baharı RamazanMüqəddəs Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Sizdən öncəkilərə buyrulduğu kimi, sizlərə də oruc tutmaq buyrulmuşdur ki, təqvalı olasınız” (“Bəqərə”, 183). İslam Peyğəmbəri Həzrət Məhəmməddən (s) nəql edirlər: “Hər bir şeyin qapısı vardır və ibadətin qapısı orucdur”. “Oruc – cəhənnəm odunun qarşısında bir sipərdir”. İmam Əlidən (ə) nəql edilir: “Ey insanlar! Sadəcə olaraq, “Ramazan” deməyin! Çünki, Ramazanın həqiqi dəyərini bilmirsiniz. Əgər bir kəs belə desə, gərək sədəqə versin və oruc tutsun. Yaxşısı budur, Allah-Təalanın buyurduğu kimi deyin – “Ramazan ayı”. Biz artıq mübarək Ramazan ayında yaşayırıq. Həzrət Peyğəmbərin (s)…

Read More
İSLAM 

Dilin orucu necə olur?

Dilin orucu necə olur?Ramazan ayı bəndəliyin təmrin ayı olaraq, nəfsi istəklərə qalib gəlmək üçün ən gözəl fürsətlərdən hesab olunur. Bu ayın əməlləri başqa aylardan fərqlənir. İnsan yeməyə və içməyə “yox” deyərək, halallardan imtina edər və bu yolla nəfsi ilə mübarizənin ilk döyüşünə daxil olur. İnsanın batinindən aclıq və susuzluq hissi ona təzyiq göstərir, ancaq insan bu hissini əzərək, nəfsinə qalib gəlir və başqa istəkləri ilə mübarizə aparmaq üçün hazırlıq görür. İnsan bədənində elə bir kiçik üzv vardır ki, onun xoşbəxt və ya bədbəxt olmağını müəyyən edər. Dil – elə bir…

Read More
İSLAM 

4 qrupun orucu qəbul olmur

4 qrupun orucu qəbul olmurRamazan ayının sonuna az qalıb. Amma bu qalan günlərdə də oruc kimi nəhəng enerjili ibadətin nə olduğunu gərək bilək. Oruc dedikdə yeməmək və içməmək nəzərdə tutulmur. Orucun özünəməxsus şərtləri vardır. İmam Sadiq (ə) buyurur: “İmamına qarşı itaətsizlik edən kəsin orucu yoxdur. Fərar edən bəndənin orucu düzgün deyildir, o zamana qədər ki, geri qayıdıb, xidmətə davam etməz. Ərini incidən arvadın orucu düzgün olmaz o zamana qədər ki, tövbə edər və ərinə itaət edər. Həmçinin ata və anasına ağ olan övladın orucu düzgün olmaz o zamana qədər ki,…

Read More
İSLAM 

Qeybət orucu necə batil edir?

Qeybət orucu necə batil edir?Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət orucu batil edər. Ancaq bu məsələ əhkamda dini hökm kimi verilməmişdir. Görəsən doğurdandamı qeybət orucu batil edir? Necə ki, insanın gördüyü saleh əməllərin dərəcələri və mərtəbələri vardır, insanın yerinə yetirdiyi günah da fəsad baxımından eyni dərəcədə deyildirlər. Bu cür hədislər həmin günahın necə böyük olduğunu və necə şiddətli fəsad sayıldığını göstərir. Çünki insan bir başqasının qeybətini edən zaman onun abrını aradan aparır. İslam dini insanların abır və həyasına dəyər verən bir din olduğu üçün, bu əməli şiddətlə pisləyir…

Read More
İSLAM 

Orucu necə tutaq? – Hacı Şahindən vacib məsləhətlər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Oruc tutmağın qaydaları ilə bağlı öz tövsiyələrini bölüşüb. ARANTV.AZ  bu vacib məsləhətləri təqdim edir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasız!” (Bəqərə:183) Ramazan ayında oruc tutmaq hər bir müsəlmanın Allah qarşısında borcudur. Lakin, unutmaq olmaz ki, sağlamlığı imkan verməyən şəxsin oruc tutması günahdır və belə bir şəxsin oruc tutmaması ibadətdir. Çünki, əsas hədəf Allahın əmrinə itaət etməkdir, ac qalmaq yox. Oruc sübh azanından məğrib azanına qədər davam edir. Oruc…

Read More
İSLAM 

İnsan düşünərək şəkləri aradan aparar

Varlıq aləmindəki hər bir fenomenin səbəbi və hikməti vardır. Etiqadda şəkk etmək də istisna deyildir. Etqadda şəkk etmək bəzən Allah Təala tərəfindən olar ki, bu yolla bəndəsini daha üstün yəqinlərə çatdıra bilsin. Əgər insan öz etdiyi şəklərdən nəticə çıxardarsa, o zaman inkişaf edər və irəli gedə bilər. Bəzi insanlar bir şeydə şəkk edən zaman iddia edirlər ki, həmin şey mövcud deyildir. Halbuki, şəkk nə yəqindir, nə də inkar. Bu ikisinin arasında qərar tutar. Əgər şəkk edən insan həmin mövzunu isbat və ya rədd etmək üçün səbəbə malik olmazsa, birini o…

Read More
İSLAM 

Allahla aramızda olan pərdələri yığışdıraq

Bağışlayan və Mehriban Allah bizə həmişə yaxındır. Ancaq biz Ondan uzağıq. Onu küçələrdə, səhralarda, dağların başında axtarmaq lazım deyildir. O, insanın olduğu hər bir yerdə vardır. O, Qaim, Qəyyum və Həyydir. Eşidir və görür. (Tebyan) “(Allah) buyurdu: (Qətiyyən) qorxmayın. Şübhəsiz, Mən sizinlə birlikdəyəm, eşidirəm və görürəm”. (“Taha” 46). “Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar”. (“Bəqərə” 186). Yəni, Allahla özümüzün arasında yaratdığımız pərdələr,…

Read More
İSLAM 

İmam Rzanın Ramazan ayı ilə bağlı on göstərişi

İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişiRəcəb və şaban aylarında Ramazan ayına özünü hazırlaya bilməyənlər Ramazan ayı ərəfəsində bu duanı oxusun: “Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh”. 15 Şaban İmam Zaman (ə.f) mövludu keçəndən sonra Ramazan ayının ayaq səsləri daha artıq eşidilməyə başlayır, belə bir ayda bəndələrə İlahi rəhmət süfrəsi salınır və hər bir insan özünü bu aya hazırladığı qədər bu İlahi süfrədən istifadə edə bilər. Məşhurdur ki, alim və ariflər bu ziyafət ayında iştirak etmək üçün…

Read More
İSLAM 

Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?

Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?Əgər oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur. Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və heç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə nəhy əz münkər etməlidir. Təqlid mərcelərinin bu suala cavabları: Həzrət ayətullah-üzma Xamneyi (Allah hifz etsin) Əgər oruc tutmaq o şəxsə vacibdirsə və üzrü olmadan orucu tərk edibsə, ona belə xidmət göstərmək düzgün…

Read More
İSLAM 

Ürəyimiz üçün bir qapı düzəldək

Ürəyimiz üçün bir qapı düzəldəkAyətullah Müctəhidi nəql edir: “Bir dülgər ayətullah Ərakinin yanına gəlir və ondan istəyir ki, onu moizə etsin. Alim soruşur ki, peşən nədir? Həmin dülgər deyir ki, pəncərə və qapı düzəldirəm. Alim deyir: “Heç indiyə qədər ürəyin üçün qapı, pəncərə düzəltmisən? Ürəyin üçün bir qapı düzəlt ki, Allahdan savayı heç kəs ora daxil olmasın”. (Tebyan) Cavanlığınızın qədrini bilin. İndi ürəyiniz üçün qapı düzəldə bilərsiniz. Əgər 40 yaşına qədər bu qapını düzəldə bilməsəniz, o zaman şeytan (lən) gələr alnınızdan öpüb deyər ki, sən artıq hidayət olunası deyilsən. İnsan…

Read More