İSLAM 

Qadınlar yaşlandıqdan sonra başlarını aça bilərmi?

Qurani Kərimin Nur surəsi 60-cı ayəsində bu cür yaşlı qadınlar barəsində belə buyrulmaqdadır: “Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir.” (Nur, 24/60) Ayədən də gördüyümüz kimi, belə bir yaşa çatmış və cinsi yöndən yad kişilərə hər hansı bir cazibə, pis fikir aşılamayan qadınların başlarını açmasında bir problem yoxdur. Ayənin sonunda isə bunu etməməyin onlar üçün daha yaxşı olduğunu bildirir. Qısacası; xoş görülməsə də qadağan olmadığını görürük.

Read More
İSLAM 

Bir kişi, zina edən arvadını öldürə bilər?

Uca Rəbbimiz Nur surəsinin 6-cı ayəsində, arvadının zina etdiyini irəli sürən kişiyə bunu əmr edər: “Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə şəhadət verməlidir.” Əvvəlki ayədə əgər isbat edə bilməsə və arvadı da bunu inkar etsə, həmin kişi 80 qırbacla cəzalandırılır. O cümlədən sonrakı ayələrdə kişinin bu cəzadan və arvadın da 100 qırbac cəzasından xilas olma yolları da göstərilmişdir. Yəni, Allahı şahid gətirib lənətləşirlər: “Beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” (deməsi). Qadının da…

Read More
İSLAM 

Cənazəni dəfndən əvvəl 3 dəfə yerə qoyub götürməyin dini anlamı nədir?

Dəfn adətlərimizə görə cənazəni dəfn etmək üçün evdən çıxaranda 3 dəfə götürüb yerə qoyur, sonra evdən çıxarırlar. Bu adətin dini mənbələrdə səbəbini tapa bilmədik. Görünür, aşağıda izah edəcəyimiz dəfndən qabaq cənazəni 3 dəfə yerə qoyub qaldırmaq ənənəsinə edilmiş əlavədir. Amma cənazəni qəbirə qoymazdan əvvəl 3 dəfə götürüb yerə qoymağa gəlincə, bunun müstəhəb (bəyənilən) olması barədə məsum imamlardan hədislər vardır. Hədislərdə deyilir ki, dünyasını dəyişmiş şəxsi məzarın qaranlıq, tənhalıq və qorxusuna alışdırmaq üçün bunu edirlər. İmamlarımız buyurmuşlar ki, öz din qardaşınızı birdəfəyə qəbrə qoymayın, onu qəbir həyatına alışdırmaq üçün yerə qoyub…

Read More
İSLAM 

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?-CAVAB inanılmaz

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir, həmin gecə vəhşət namazı qılırlar. Bu, müstəhəb əməldir, vacib deyil. ARANTV.AZ  islam.az-a istinadən bildirir ki, su tökərkən qəbrin baş tərəfindən başlayırlar və ayaq tərəfə davam etdirirlər, yenə baş tərəfə qayıdıb dövrəni tamam edirlər. Dəfndən sonrakı 40 gün ərzində hər gün bunu etmək müstəhəb sayılır. Adətən, məzarın üzərinə su…

Read More
İSLAM 

Əl-Fatihə surəsinin üstünlüyü

Peyğəmbər – salləllahu aleyhi və səlləm – əl-Fatihə surəsinin üstünlüyü haqqıda belə demişdir: “Uca Allah buyurur: “Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Kitabın əsasına) bənzər surə yoxdur. O Səb’ul-Məsənidir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir”. (İbn Hibban, 775). Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allah buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək”. Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” – dedikdə, Allah: “Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək” – deyir. O: “Mərhəmətli…

Read More
İSLAM 

Dəstəmaz və qüsl alan zaman, namaz qılan zaman danışmaq, gülmək olarmı?

Dəstəmaz və qüslün bəzi hökmləri ilə namazın bəzi hökmləri arasında fərq vardır. Belə ki, dəstəmaz və qüsl alan zaman edilməsinə icazə verilən bəzi əməllər namaza maneçilik yaradar. Danışmaq və gülmək də bunlara aiddir. Belə ki, dəstəmaz və ya qüsl alan şəxsin danışması, gülməzi icazəlidir, bununla onun qüslü və dəstəmazı pozulmaz. (Baxmayaraq ki, fikrini əməldə toplamaq, zikrdən əlavə danışmamaq daha yaxşıdır). Amma namaz qılan şəxsin qəsdən danışması və ucadan gülməsi namazı pozar. Qeyd edək ki, danışmaq deyərkən namaza aid olmayan sözləri söyləmək nəzərdə tutulur. Əgər insan namaz əsnasında qeyri-ixtiyari olaraq, namazda…

Read More
İSLAM 

Namaz əməlləri arasında təkbir söyləmək vacibdirmi?

Namaz əməlləri arasında təkbir söyləmək vacib deyil, müstəhəbdir, yəni bəyənilən və savabı olan əməldir. Hər əməlin sonunda və növbəti əməlin əvvəlində təkbir deyilir. Təkbir deyən zaman əlləri sifət bərabərində qaldırıb, qulaqların sırğalığına yaxınlaşdırmaq müstəhəbdir. Əhli-sünnə məzhəbinə görə, təkbir hər biri əməlin əvvəlində və sonunda, hərəkət halında deyilir. Məsələn, rükudan qalxa-qalxa və ya səcdəyə əyilə-əyilə təkbir söylənilir. Şiə məzhəbində isə təkbiri sakit halda, bədən aram olduğu zaman demək lazımdır. Belə ki, hərbir əməli başlamazdan əvvəl bədən aram ikən təkbir söyləmək, sonra həmin əmələ başlamaq, əməli bitirdikdən sonra yenə bədən aram vəziyyətdə…

Read More
İSLAM 

QMİ qanuna dəyişikliklərlə bağlı din xadimlərinə çağırış edib

Qafqaz Müsəlmanları İdarəsi «Dini etiqad azadlığı haqqında» qanuna təklif olunan dəyişikliklərə münasibət bildirib. ARANTV.AZ xəbər verir ki, QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, QMİ ölkəmizdə din-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işləri son illər qanunvericilik müstəvisində gedən islahatların davamı olaraq qiymətləndirir. Qeyd edilib ki, QMİ dindarları və din xadimlərini «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununa nəzərdə tutulan yeni dəyişikliklər qəbul ediləcəyi təqdirdə Qanunun bütün müddəalarına birmənalı şəkildə əməl etməyə çağırır: “Din xadimlərindən İdarənin mövqeyini nəzərə almaları, cəmiyyətimizdən isə bu mövzuda sui-istifadə hallarına yol verilməməsi xahiş olunur. Dini mərkəz olaraq QMİ dövlətin müvafiq…

Read More
İSLAM 

İslamda abort etdirməyə icazə verilirmi?

İslamda icazə verilmir ki, ana bətnindəki körpəni kasıblıq qorxusundan və ya başqa səbəbdən məhv etsinlər. Övladın doğulmasını istəməmək üzündən abort etdirmək də qəti surətdə haramdır. Bu, insan öldürməyə bərabər olan cinayətdir.İslamda yalnız ananın həyatına təhlükə olduğu halda aborta icazə verilir; bu proqnozu savadlı həkimlər təsdiq etməlidirlər. Başqa heç bir halda, hətta əgər uşağın şikəst doğulacağı deyilərsə belə, abort etdirmək haramdır. Bu qadağan hamiləliyin lap əvvəlindən qüvvəyə minir ve hamiləliyin heç bir mərhələsində bunu pozmaq olmaz. İslam.az

Read More
İSLAM 

Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətləri əlindən alına bilər

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alına bilər. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Qanuna dəyişikliklərin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sabah keçirilən iclasında müzakirə edilməsi nəzərdə tutulur.

Read More