İSLAM 

Peyğəmbərlik möhürü

Peyğəmbərlik möhürü Rəsulullahın kürəkləri arasında, daha dəqiq desək, sol kürəyinə yaxın yerdə yerləşən, ət rəngində olan domba ət parçasıdır. Həcmi də müxtəlif rəvayətlərdə vəsf edildiyi kimi – kəklik və ya göyərçin yumurtası boydadır. Peyğəmbərlik möhürü əvvəlki ümmətlərə də öz Kitablarında agah edilmişdir. Odur ki, Kitab əhli sonuncu peyğəmbərin bu vəsflə gələcəyini bilirdi. Uca Allah Quranda buyurur: “Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir” (əl-Bəqərə, 146). Həmçinin, O buyurur: “Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!”…

Read More
İSLAM 

İbadət nədir?

Uca Allahın sevib razı qaldığı bütün söz və əməllər ibadətdir. Uca Allah insanları yalnız Ona ibadət etmək üçün yaratmışdır. Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (əz-Zəriyət, 56). Muaz ibn Cəbəl (Allah ondan razı olsun) demişdir: “Bir dəfə mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) miniyinin tərkində yol gedərkən, o dedi: “Ey Muaz, bilirsən Allahın qulları üzərindəki haqqı və qulların da Allah üzərindəki haqqı nədir?” Mən: “Allah və Onun rəsulu daha yaxşı bilir!” – dedim. O buyurdu: “Allahın qulları üzərindəki haqqı, qulların Ona ibadət edib…

Read More
İSLAM 

Qadınlar niyə kişilərdən dərin basdırılır? – Qəribə səbəb

Şəriətə görə ölünü üzü qibləyə, iyi-qoxusu bayıra çıxmayacaq dərəcədə dərinliyə dəfn etmək lazımdır. Lakin burada Qiyamət gününün dirilişinə aid olan bir məsələ vardır ki, islam aləminin müxtəlif məmləkətlərində, hətta ölkəmizin bəzi bölgələrində qadının qəbri boğazına qədər, kişinin qəbri qurşağına qədər qazılır. Hətta keçmiş zamanda bu ölçünü qamışla edərmişlər. Həm kəfən parçasını, həm də qəbrin boyunu müəyyən etmək üçün. Bölgələrimizdə bir qarğış növü də var: “Boyuna qəmiş ölçüm” deyə. Bu dərinlik fərqini indi müxtəlif cür izah etməyə çalışırlar. Bəziləri tibbi cəhətdən, bəziləri dəfn zamanı qadının görünməsinin naməhrəm olduğunu əsas gətirirlər. Lakin…

Read More
İSLAM 

Evlənmək qismətdir?

Əgər bir insanın evlənəcəyi qız yaxud oğlan əvvəlcədən müəyyən və yazılmış olsaydı, onda Qurani-Kərimdə evləndirmək əmri olmazdı və evlənmək haram olan qadınlar (Nisa, 2/22-24) məsələsinə heç yer də verilməzdi. Sizə bu barədə deyilənlər sadəcə olaraq bəzi insanların heç bir dəlil-sübuta əsaslanmadan irəli sürdükləri boş bir fikir və iddiadır. Allah digər məsələlərdə olduğu kimi, evlilik məsələsində də insanları azad buraxıb ki, buna əsasən onu ya mükafatlandırsın, ya da cəzalandırsın. Əgər insan Allahın qəbul etmədiyi bir ailə qursa, buna görə cəzaya məruz qalacaq. Amma əgər Allahın icazə verdiyi, başqa sözlə, qadağan etmədiyi…

Read More
İSLAM 

Hamı Quranı oxuyub başa düşə bilər?

Quran oxuyan hər kəs onu başa düşər. Lakin bu məsələ hər bir insanın bilik səviyyəsi, mədəni qabiliyyəti və tutumu ilə məhduddur. Belə ki, bir əkinçi və ya çoban da Quranı anlaya bilər, bir həkim, fizik və ya mühəndis də. Ancaq bunlar arasında hansının idrak qabiliyyəti və təcrübəsi daha çox isə o, daha çox şey əldə edəcək və daha yaxşı başa düşəcəkdir. Quran hər bir müsəlmanın başa düşəcəyi səviyyədədir və bu onun öhdəliyidir. Çünki orda hamının bildiyi beynəlxalq doğrular insanlara çatdırılır. Amma Quranı başa düşmək başqa məsələ, ondan hansısa hökm isə…

Read More
İSLAM 

İslamda toy etmək və toyda çalğı çalmağa necə baxılır?

Toy etmək olar. Yəni, dini baxımdan caizdir. Hətta peyğəmbərimiz (s. a. v.) tərəfindən dəf çalıb evliliyi insanlara elan etmək barədə əmr verilmişdir. Bu məsələdə əsas odur ki, dinin qadağan etdiyi şeylərə yol verilməsin. Toyda bir-birinə haram olan qadın və kişilərin birlikdə oynamağı və qonşuların çalğılarla narahat edilməsi kimi işlərdən uzaq durmaq lazımdır.

Read More
İSLAM 

Müsəlman olmayanlarla münasibətlər

Qurani-Kərimdə belə deyilir: “Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər. Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”. (Mumtəhinə, 60/8-9) Yuxarıdakı ayələrdən belə məlum olur ki, bizim müsəlman olmayanlarla münasibətlərimizdə 3 “qırmızı xəttimiz” vardır: 1) Onların bizimlə dinimizə görə müharibə etmələri; 2) Bizi yurd-yuvamızdan çıxartmaqları; 3) Bizi yurd-yuvamızdan çıxardanları dəstəkləmələri. Biz bu xətləri keçənlərlə dostluq münasibəti…

Read More
İSLAM 

Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşdü

Roma Papası I Fransisk Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxüsilam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi dinlərarası nümayəndə heyətini qəbul edib. Bunu Azərbaycanın Fransadakı və Vatikandakı səfiri Rəhman Mustafayev öz “Twitter” səhifəsində yazıb. Onun sözlərnə görə, görüş zamanı Cənubi Qafqazda əməkdaşlıq, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə biləcək addımlar müzakirə olunub. Azərbaycanın tolerantlıq və dinlərarası dialoq üzrə siyasəti Vatikan tərəfindən yüksək qiymətləndirilib.

Read More
İSLAM 

Azərbaycanlı zəvvarlar sabah Ümrə ziyarətinə yola düşürlər

Sabah Azərbaycandan 20-yə yaxın zəvvardan ibarət növbəti qrup Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Qeyd edilib ki, 2022-ci ildə Ümrə ziyarətinə gedəcək ilk qrup yanvarın 13-də yola düşəcək. Növbəti qrupun ziyarətini təşkil etmək üçün isə hazırda müraciətlərin qəbul edilməsi davam edir. Qeyd edək ki, Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Qiymət hotellərə görə dəyişə bilər. Bu qiymətə təyyarə ilə səfər, VİP hoteldə qalmaq, qidalanma, transfer daxildir. Zəvvarlar 3 gün Mədinə, 4 gün Məkkədə qalacaqlar. Səfər birbaşa Bakı-Ciddə reysi ilə…

Read More