İSLAM 

Hacı Şahindən depressiyadan xilas yolları: “Hər kəsin uğurlu adam olmaq imkanı var”

Ümumdünya Səhiyyə Təşkilatı dünyada təxminən 350 milyon insanın əhval pozuqluğundan əziyyət çəkdiyini açıqlayıb. Əhval pozğunluğu isə ümidsizliyə, depressiyaya aparır. Bəs ümidsizlikdən xilas olmaq üçün hansı addımlar atılmalıdır? Ümidsizlik və kədərdən necə qurtulaq? Məsələ ilə bağlı Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Bakupost.az-a danışıb: “Gəncliyin ən gözəl xüsusiyyəti ruhunun təmizliyi və kamilliyə can atmasıdır. Bəzən bu müsbət xüsusiyyətə istiqamət verilmədikdə, gənclər həyatın reallıqlarını düzgün dəyərləndirə bilmir və ümidsizliyə qapılır. Məsələ burasındadır ki, yaşadığımız dövrdə mədəniyyətin əsasında həyata materialist yanaşma oturuşub. İnsanlara hər tərəfdən maddiyyatpərəstlik təlqin olunur.…

Read More
İSLAM 

Quranın nəzərində təqvalılar hansı sifətlərə malik olmalıdırlar?

Qurani-Kərim insanları bir neçə dəstəyə bölür ki, onlardan biri də təqva əhlidir. Allah Təala Quranda təqva əhlinə xas olan sifətləri bəyan etmiş və bizləri təqvalı olmağa dəvət etmişdir. Bu insanlara xas olan sifətlərə diqqət edək: 1. Təqvalı insan, ilk olaraq qohumlarına və dostlarına əl tutar, sonra yetimlərə və yoxsullara yardım edər. 2. Hər kim təqvalı insanla müqavilə bağlayarsa, gərək qəlbi rahat olsun. Bu insanlar heç bir zaman verdikləri sözə vəfasızlıq etməzlər. 3. Təqva əhlinin ən bariz sifəti budur ki, başqalarına yardım etməyi rifah və pulda görməzlər. Özləri nə qədər ehtiyaclı…

Read More
İSLAM 

Kişi və qadın namazın sözlərini ucadan söyləməlidirlər yoxsa astadan?

Şəriətə görə, kişilər sübh namazının hər iki rükətində, məğrib və xiftən namazlarının isə ilk iki rükətində “Fatihə” vəı sonrakı surəni uca səslə oxumalıdırlar. (Uca səslə oxumaq deyərkən çığırmaq yox, yanında durduğun şəxsin sənin nə dediyini anlaması qədərində səsi ucaltmaq nəzərdə tutulur). Kişilər zöhr və əsr namazlarını bütövlükdə, məğrib namazının üçüncü rükətini, işa namazının üçüncü və dördüncü rükətlərini asta səslə (pıçıltı ilə) qılmalıdırlar. Ucadan qılınan rükətlərin hökmü qadına şamil deyil. Yəni qadın uca səslə qılınan rükətləri istəsə uca səslə, istəsə asta səslə qıla bilər. Amma əgər səsini naməhrəm eşidirsə, bu zaman…

Read More
İSLAM 

Kəbinsiz evlənmiş şəxslərin övladları halalzadə hökmünü daşıyırlarmı?

İslam dininə görə, evliliklər dini kəbinlə qeydiyyata alınmalıdır. Kəbin nikahın halallıq şərtidir. Kəbinin vacib olduğunu bildiyi halda qəsdən kəbin kəsdirmədən evlənən, yaxud kəbinin batil olduğu hallarda naməhrəm qadınla (məsələn, talağı verilməmiş qadınla) əlaqədə olan şəxs zina etmiş sayılır. Bu hallarda doğulan uşaqlar da halalzadə hesab edilmir. Lakin bir kəs kəbinin vacib olduğunu bilmədiyinə görə kəbin kəsdirmədən evlənərsə, bu evliliyi zina saymaq doğru deyil. Bu cür evlilikdən doğulanlar da qeyri-qanuni sayılmır. El adətinə uyğun olaraq toy edib evlənən şəxslərin izdivacı halal hökmündədir. Belə ki, məsələn, sovet hakimiyyəti illərində el adətincə toy-nişan…

Read More
İSLAM 

Dinimizdə “çilə” deyilən anlayış vardırmı?

Dilimizdə işlənən “çilə” sözü fars dilindəki “çehel” yəni “qırx” sözündəndir. Bu ifadə təsəvvüf aləmində də işlədilir. Belə ki, bəzi sufi təriqətlərində müridlərin (təsəvvüfə daxil olmuş şəxslərin) 40 gün ərzində müəyyən fiziki və mənəvi təmrinlər etməsi, insanlardan kənar durub ibadətlə məşğul olması, yaxud fiziki işlərlə cəmiyyətə xidmət etməsi “çilə” adlanır. Xalq ənənəsinə görə, “çilə” həm də bir növ qorunmaq və karantin müddəti kimi qəbul edilir. Belə ki, yeni doğulmuş uşağı çilə boyunca (40 gün ərzində) insanlarla təmasdan uzaq saxlayırlar. Ailə qurmuş qadın toydan sonra, dünyaya uşaq gətirmiş qadın doğuşdan sonra 40…

Read More
İSLAM 

SENSASİYA: bu “dindarlar” Azərbaycana xəyanət edir – Əli Nağıyevə MÜRACİƏT EDİLDİ

“Azərbaycanın dini mühitində zaman-zaman mövcud olan, xüsusilə də son 30 ildəki boşluqların acılarını bu günlərdə hər birimiz yaşadıq. 44 günlük Vətən müharibəsində işğal altında qalan torpaqlarımızı Qarabağın fatehi İlham Əliyev cənablarının iradəsi və şəhid qanları ilə, qəhrəman qazilərimizin hünəri ilə azad etdikdən sonra Azərbaycana qarşı düşmən mövqedə dayananlara dəstək verənləri gördük. Xüsusilə də müsəlman ölkələri içərisində İranın Azərbaycana sərgilədiyi münasibət və separatçılara İran şirkətinin yüklərinin daşınması, onlara dəstək olması bütün dünyaya bəllidir. Ancaq bu zaman əksər dindarlar səslərini çıxarmadılar”. Bu sözləri Publika.az-a danışan Azərbaycan Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib. O…

Read More
İSLAM Sosial 

“Azərbaycan xalqının əhli-beytə bağlılığının İranla heç bir əlaqəsi yoxdur” – Hacı Şahin

ARANTV.AZ Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənlinin “Qafqazinfo”ya müsahibəsini təqdim edir: – Həm Vətən Müharibəsi zamanı, həm də onun ildönümü ərəfəsində şəhid ailələri ilə görüşmüsünüz. Həmin ailələrdə nələri müşahidə edirsiniz?  44 günlük müharibə Azərbaycan tarixinin qızıl səhifələrindən biridir. İstənilən müharibədə itkilər olur. Biz bu müharibədən minimum itkilərlə ayrıldıq. Hücuma keçən tərəf olsaq da, düşməndən qat-qat az itki verdik. Bu fikri həmişə demişəm, şəhidlik itki deyil, insanın çata biləcəyi ən ali məqamdır. Hər gün şəhid ailələrini ziyarət edirəm. Onlar özləri də bunu istəyir, çünki mənəvi rahatlıq tapırlar. Düzdür,…

Read More
İSLAM 

Sabah Səfər ayı başa çatır

Sabah, oktyabrın 7-də Səfər ayı başa çatır. ARANTV.AZ  xəbər verir ki, Hicri təqvimi ilə avqustun 10-u Məhərrəm ayının ilk günü olub. Sentyabrın 7-də isə Məhərrəm ayı başa çatıb. Qeyd edək ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır. Xatırladaq ki, Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn, onun ailə üzvləri və tərəfdarları Hicri təqvimi ilə 61-ci ildə Kərbəla döyüşündə öldürülüblər.

Read More
İSLAM 

Cəhənnəmin 7 qapısının üzərində nə yazılıb?

Cəhənnəmin yeddi qapısı vardır ki, hər birinin üzərində bu sözlər yazılmışdır. Cəhənnəmin birinci qapısının üzərində yazılmışdır: “O kəs ki, Allaha ümid bəsləyər – səadətli olar. O kəs ki, Allahdan qorxar – amandadır. Ölmüş və aldanmış fani o kəsdir ki, Allahdan qeyrisinə ümid bəsləyər və Allahdan qeyrisindən qorxar”. Cəhənnəmin ikinci qapısının üzərində yazılmışdır: “O kəs ki, Qiyamət günü paltarsız məhşur olmaq istəyimirsə, dünyada paltarsızı geyindirsin. O kəs ki, Qiyamət günü susuz məhşur olmaq istəmirsə, dünyada susuzları sirab etsin. O kəs ki, Qiyamət günü ac məhşur olmaq istəmirsə, dünyada ac qarınları doyuzdursun”.…

Read More