İSLAM 

Qurban bayramı namazı necə qılınır?

Bayram namazı iki rükətdir. Şiə məzhəbində bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır. İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır. Birinci və ikinci rükətdə “Həmd” surəsindən sonra istənilən surəni oxumaq olar. Amma yaxşı olar ki, birinci rükətdə “Həmd” surəsindən sonra “Şəms”, ikinci rükətdə isə…

Read More
İSLAM 

Qurban Bayramı nə vaxtdır və bu bayram bizə nəyi öyrədir?

Qarşıdan müqəddəs Qurban bayramı gəlir (Bu il iyulun 21-nə təsadüf edir). Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd edəcək, niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaq, ələ düşmüş istirahət günlərindən istifadə edib qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedəcək, kimsə yenə növbəti dəfə Qurban Bayramının mahiyyətini yada salacaq, bu bir neçə gündə bu bayramın nürundan hərə başa düşdüyü həcmdə faydalanacaqdır. Həcc ziyarətində olanlar bu gündə Minada şeytanı simvolizə edən sütunları daşlayacaq, qurbanların kəsəcək, başlarını qırxdırıb Həcc ziyarətinin əsas hissəsin başa vuracaqlar. Allah hamının bayramın mübarək etsin.…

Read More
İSLAM 

Şeyxülislam Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. ARANTV.AZ həmin təbrik mətnini təqdim edir: “Bismillahir-rəhmanir-rəhim! Möhtərəm həmvətənlərim! ​İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana sədaqətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram. ​Allaha şükürlər olsun ki, bu ilki Qurban bayramını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsi kimi qarşılayırıq. Artıq neçə müddətdir ki, xalqımız öz tarixinin ən möhtəşəm bayram…

Read More
İSLAM 

Qurban ətini spirtli içki ilə yemək olar? – Hacı Şahin AÇIQLADI

Azərbaycanda Qurban bayramına sayılı günlər qalır. AZXEBER.COM Qurban bayramı ilə bağlı tez-tez verilən suallardan bəzilərinə aydınlıq gətirməyə çalışıb. Qurban əti ilə spirtli içki qəbul etmək olarmı? “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib ki, dinimizdə spirtli içki içmək haram buyurulub: “Dinimizdə spirtli içki içmək haram əməldir. İstər qurban, istərsə adi ətlə içki içmək dinimiz tərəfindən günah hesab olunur. Ancaq elə insanlar var ki, spirtli içki qəbul edirlər. Ancaq qurban ətinə hörmət əlaməti olaraq həmin ətlə içki içmirlərsə, bunu təqdir etmək lazımdır. Hər halda…

Read More
İSLAM 

QMİ Qurban bayramı ilə bağlı tövsiyələrini verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı tövsiyələr hazırlayıb. ARANTV.AZ tövsiyələri təqdim edir: “Bismillahir-rəhmanir-rəhim! İslam aləminin ən əziz və müqəddəs günlərindən biri – “Eyd-ül-Əzha” –Qurban bayramı müqəddəs Qurani-Kərimdə Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Ayeyi-şərifdə buyurulur ki: “Rəbbin üçün namaz qıl və qurban kəs!” (“əl-Kövsər” surəsi, 2). Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban Bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, Uca Yaradandan hamıya…

Read More
İSLAM 

Bayram namazı nə vaxt qılınacaq?

İyul ayının 20 və 21-də məscidlərdə birgə Bayram namazları qılınacaq. ARANTV.AZ xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələrində deyilir. Qeyd olunur ki, bu tövsiyələr pandemiya dövründə yaranmış xüsusi karantin qaydalarına əməl olunması və insanların sağlamlığının qorunması məqsədilə təqdim olunur.

Read More
İSLAM 

Müqəddəs Qurban bayramı – unudulmayan mənəvi miras

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və bu il ölkəmizdə iyulun 20-21-nə təsadüf edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Qurban bayramı xalqımığın heç zaman unudulmayan mənəvi mirasıdır. İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə…

Read More
İSLAM 

Məhərrəm ayının daxil olacağı tarix bəlli oldu

“Azərbaycanda məhərrəm ayı avqustun 10-da başlayır. Həmin tarixdən 60 gün sonra məhərrəmlik başa çatır”. ARANTV.AZ xəbər verir ki, bunu “Ölkə.az”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib. Azərbaycanda iyulun 1-dən etibarən 150 nəfərədək toyların keçirilməsinə icazə verilib. Avqustun 10-dan isə məhərrəmlik başlayır. Bir ildən artıq müddətdə toyların keçirilməməsi, üstəlik “Delta” ştammı ilə əlaqədar bir çox ölkələrdə yenidən karantin tətbiq edilməsini nəzərə alaraq insanlar toylara yenidən qadağa qoyulacağını düşünür. Hacı Şahin isə açıqlamasında söyləyib ki, Məhərrəmlik matəm ayı sayılır: “Ümumiyyətlə, bu ayda İmam Hüseynə hörmət əlaməti olaraq insanlar…

Read More
İSLAM 

Yerə çörək düşdüyünü görəndə mütləq götürüb öpüb göz üstə qoymaq və sonra təmiz yerə qoymaq lazımdır?

Oxucu sual verir: Yerə çörək düşdüyünü görəndə mütləq götürüb öpüb göz üstə qoymaq və sonra təmiz yerə qoymaq lazımdır? Çörək – bərəkət və həyat deməkdir. Bütün ümmətlərdə və xalqlarda çörəyə xüsusi ehtiram olub. Dünyanın bir çox xalqlarının, o cümlədən Azərbaycanın atalar sözlərində çörəklə bağlı fikirlər buna sübutdur. Dinimizdə də Allahın nemətlərinə və bərəkətə qarşı sayğılı davranmaq, bunların qədrini bilmək və bunlara görə Allaha şükür etmək təbliğ olunur. Ənənəyə görə, harda yerə çörək və ya başqa ərzaq düşdüyünü görsələr, onu qaldırıb ayaq altından daha yüksək bir yerə qoyurlar. Əgər çörək təmiz…

Read More
İSLAM 

Həqiqətən dinimizdə pendir yemək bəyənilmir?

Dinimizə görə halal və haram qidalar məlumdur, şəriət kitablarında bu barədə məlumatlar verilib. Haram olan qidaların siyahısında pendir yoxdur (təbii ki, halal materialdan və halal şəraitdə hazırlanmış pendir nəzərdə tutulur). Yəni pendir yemək öz-özlüyündə nəinki halaldır, hətta bu qida növü bəzi faydalara da malikdir. Müqəddəslərin hədislərindən məlum olur ki, pendir həzm prosesinə yardım edir. Ona görə ağır qidalardan sonra bir az pendir yemək faydalıdır. Lakin bütün qidalar kimi pendirin də yeyilməsinin bəzi şərtləri var. Bu şərtlər dini yox, tibbi əsaslara malikdir. Məsələn, pendiri ayrılıqda səhər yox, axşam yemək məsləhətdir. Ağır…

Read More