Niyə ayaq üstə yeyib-içmək bəyənilməz sayılır?
Şəriətimizdə yeyib-içməyin də müəyyən hökmləri vardır. Bu hökmlərin bəziləri vacib, bəziləri haram, bəziləri müstəhəb (bəyənilən), bəziləri də məkruhdur. Məkruh (bəyənilməz) hallardan biri də oturmadan, ayaq üstə yeyib-içməkdir. Bunun həm sırf tibbi-bioloji, həm də sosial-ictimai səbəbləri vardır. Əvvəla, tibb də sübut edir ki, ayaq üstə yeyib-içmək sağlamlığa ziyandır. Çünki bu zaman su qida borusu ilə təzyiqlə axaraq mədənin aşağı divarlarını sıxır. Nəticədə, bu cür su qəbulu davamlı şəkildə baş verərsə, müxtəlif xəstəliklərin yaranmasına gətrib-çıxara bilər. Bu barədə tibbi mənbələrdə ətraflı məlumat verilib. Ayaq üstə yeyib-içmək adətən tez və tələsik baş verdiyi…
Read More