İSLAM 

Aprelin 28-nə keçən gecə imam Həsənin (ə) mövludunun ildönümüdür

Bu gecə (bu il aprelin 28-nə keçən gecə) Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı – imam Həsənin (ə) mövludunun ildönümüdür. Imam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin…

Read More
İSLAM 

Ramazan ayının 14-cü gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 14-cü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 27-də imsak vaxtı saat 04:07-də, iftar vaxtı isə 19:46-dadır. Aprelin 27-i üçün namaz vaxtları: Sübh azanı 04:17 Zöhr azanı 12:38 Əsr azanı 17:30 Məğrib azanı 19:46 İşa azanı 20:55 14-cü günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin!” Tərcüməsi: “İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!” İftar…

Read More
İSLAM 

VİP iftar menyusu: İslam, yoxsa kapitalizm?

“Bütün ibadətlər iki hissədən ibarət olur: sırf ruhani, yəni insan və Allah arasında olan, bir də sosial missiyası. Oruc, xüsusən də Ramazan ayının orucu dərin sosial yükü olan ibadətdir”. Bu sözləri “Ölkə.az”a açıqlamasında Yaxın Şərq üzrə yazar, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu deyib. O, dəbdəbəli iftar süfrələrindən danışarkən bildirib ki, kapitalizmin elementləri müsəlman aləminə də təsirsiz ötüşmür: “Yəni Ramazanda insan Allahın əmrini, dininin vacibatını icra etmək üçün oruc tutur, yəni dan yeri ağarandan gün batana qədər adi günlərdə etdiyi bir sıra əməlləri – yemək, içmək və s. – tərk edir. Bunu sırf…

Read More
İSLAM 

Ramazan ayının 13-cü gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 13-cü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 26-da imsak vaxtı saat 04:08-də, iftar vaxtı isə 19:45-dədir. Aprelin 26-ı üçün namaz vaxtları: Sübh azanı 04:18 Zöhr azanı 12:39 Əsr azanı 17:30 Məğrib azanı 19:45 İşa azanı 20:53 13-cü günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!” Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə…

Read More
İSLAM 

Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət

Xüsusilə böyük şəxsiyyətlərin təşkil etdiyi ziyafətlər hamı üçün daha maraqlı və arzulanandır. Hər bir ziyafət onu təşkil edənin kimliyindən asılı olaraq ozünəməxsusluğu ilə seçilir. Bu səbəbdən də ziyafətlər heç də həmişə süfrədə olan rəngarəng nemətləri ilə yadda qalmır. Ziyafət nə qədər böyük şəxs tərəfindən təşkil edilmiş olsa, süfrə məsələsi bir o qədər arxa planda qalır və əsas diqqət məclisin səbəbkarına, onunla ünsiyyətə yönəlir. Əgər kimsə belə bir boyük məclisə xüsusi olaraq dəvət alsa, üstəlik orada iştiraka gorə mükafat da veriləcəyini bilsə, yəqin ki, heç vaxt belə bir məclisdə iştirakdan boyun…

Read More
İSLAM 

Ramazan ayının bərəkətləri: 12 önəmli tövsiyə

Peyğəmbəri-Əkrəm (s) “Şəbaniyyə” xütbəsində mübarək Ramazan ayının bərəkətli ay olduğu haqda söz açır və buna dair bir sıra nümunələr də qey edir. O cümlədən, o həzrət buyurur: 1. Ramazan ayı bərəkət, rəhmət, məğfirət və ən fəzilətli aydır: أیُّهَا النّاسُ، إنَّهُ قَد أقبَلَ إلَیکُم شَهرُ اللّه بِالبَرَکَةِ وَالرَّحمَةِ وَالمَغفِرَةِ، شَهرٌ هُوَ عِندَ اللّه أفضَلُ الشُّهورِ، وَأیّامُهُ أفضَلُ الأَیّامِ، ولَیالیهِ أفضَلُ اللَّیالی، وساعاتُهُ أفضَلُ السّاعاتِ “Ey insanlar, həqiqətən, Allahın rəhmət, bərəkət və məğfirət (bağışlanma) ayı (mübarək Ramazan ayı) sizə üz tutmuşdur. Bu ay Allah yanında ən yaxşı ay, onun günləri ən yaxşı…

Read More
İSLAM 

Ramazan ayının 6 xüsusiyyəti

Peyğəmbəri-Əkrəm (s) bir kəlamında orucun qəbul şərtləri ilə bağlı belə buyurmuşdur: اِنَّ مَن تَمَسَّکَ فی شَهرِ رَمَضانَ بِسِتِّ خِصَالٍ غَفَرَ اللهُ لَهُ ذُنوبَهُ “Hər kim Ramazan ayında altı xislətə sahib olarsa, Allah-Taala onun günahlarını bağışlayar…” Allah-Taala Ramazan ayında oruc tutanlardan altı sənəd və zəmanət istəyir. Hər kim həmin sənədləri təqdim edə bilsə, Allah-Taala da onun günahlarını bağışlayacaq və tutduğu orucunun savab və mükafatının nə qədər olduğunu da Allah-Taaladan başqa heç kim bilməyəcək. Həmin altı sənəd və zəmanət bunlardan ibarətdir: 1. أن یَحفَظَ دینَهُ – Birinci şərt odur ki, oruc tutan…

Read More
İSLAM 

Oruc vaxtı qəbizlik. Çarəsi

Müqəddəs Ramazan ayında oruc tutan insanlar bəzi sağlamlıq problemlərlə qarşılaşa bilər – baş ağrısı, halsızlıq, qıcqırma, qəbizlik. Düzgün qida və maye qəbulu bu problemləri həll etməyə və orucu daha asan tutmağa kömək edəcək. Yayılmış problemlərdən biri qəbizlikdir. ARANTV.AZ  sizə bu pozulmanı həll etmək üçün bəzi tövsiyələri təqdim edir: 1. Çay və qəhvənin qəbulunu azaldın. Bu içkilərin sidikqovucu xüsusiyyəti var və onlar orqanizmdən mayenin xaric olunmasını tezləşdirir. Nəticədə insan daha çox susuzlaşır. Susuzlaşma isə qəbizliyin əsas səbəblərindən biridir. Suxur və iftar zamanı su və bitki çaylarını için. 2. Mütləq xurma yeyin. Xurma…

Read More
İSLAM 

İnsan bir müddət namaz qılmayıbsa, amma qılmadığı namazların sayını dəqiq deyil, təxmini bilirsə, nə etməlidir?

İslam dini insanlara çətinlik və gərginlik deyil, asanlıq və rahatlıq gətirmək üçün Allah tərəfindən göndərilib. Dinimizin bütün hökmləri dünya və axirət səadətinə, harmoniyaya hədəflənib. Bəzi Quran ayələri və hədislər də bunu sübut edir. Şəriətə əsasən, əgər insan hər hansı məsələdə şəkkə (şübhəyə) düşürsə, zənninin ağırlıq etdiyi tərəfə yönəlməlidir. Əgər zənni onu hər hansı tərəfə çəkmirsə və qərar verə bilmirsə, bu halda ən az əziyyətə və çətinliyə səbəb olan tərəfi əsas götürməlidir. Məsələn, əgər insan bir müddət namaz qılmadığını dəqiq bilirsə, amma bu müddətin azı 5 ay, çoxu 6 ay olması…

Read More
İSLAM 

Ramazan ayının 11-ci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının on birinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 24-də imsak vaxtı saat 04:12-də, iftar vaxtı isə 19:43-dədir. Aprelin 24-ü üçün namaz vaxtları: Sübh azanı 04:22 Zöhr azanı 12:39 Əsr azanı 17:28 Məğrib azanı 19:43 İşa azanı 20:50 On birinci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!” Tərcüməsi: “Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey…

Read More