Cəbirə dəstəmazı – Dəstəmaz üzvündə yara olarsa dəstəmaz necə alınır
Cəbirə – Sınıq, yara və bəzi xəstəliklər zamanı bədən üzvünün üzərinə bağlanan sarğıya və çəkilən dərmana deyilir. Bu zaman şəriətə uyğun şəkildə alınan dəstəmazı “cəbirə dəstəmazı” adlandırırlar. Ümumiyyətlə, bədən üzvlərindəki yaranı su ilə yumaq, eləcə də, məsh etmək zərərli deyilsə, onda adi qayda ilə dəstəmaz almaq lazımdır. Yəni yuyulmalı olan bədən üzvləri yuyulmalı, məsh edilməli bədən üzvlərinin üzərinə məsh çəkilməlidir. Əgər yara dəstəmazda yuyulmalı olan bədən üzvünün hamısını deyil, bir hissəsini örtürsə və onu yumaq zərərlidirsə, mümkün halda həmin bədən üzvünün yarasız hissələri adi qaydada yuyulur, yaranın üzərinə isə yaş…
Read More