İSLAM 

Ramazan – tozu yuyan bir yağış…

(İlahiyyatçı Aqil Hacıyevin “İslam və müasir cəmiyyət” qəzetinə müsahibəsi) Aprelin 14-də Azərbaycan müsəlmanları oruc tutmağa başlayacaqlar. Dinimizin əsas ibadətlərindən olan Ramazan orucuna bağlı sualları ilahiyyatçı Aqil Hacıyev cavablandırır. -Ramazan dinimizdə “üç ay” kimi tanınan aylardan sonuncusu hesab olunur. Bu mənada Ramazana həmin ayların kontekstində qiymət verməyinizi istərdik. “Üç ay” və Ramazan nə deməkdir? – “Üç aylar” kimi ifadə edilən Rəcəb, Şaban və Ramazan ayları səmimi qulların əfv edilərək mükafatlandırıldıqları müqəddəs aylardır. Rəcəb və Şaban ayları on bir ayın sultanı olan Ramazana hazırlıq mahiyyətindədir. Həzrəti Peyğəmbər (s.ə.s.) bu aylar haqqında belə…

Read More
İSLAM 

Orucun tibbi faydaları

Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır. Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss eləmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır. Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir…

Read More
İSLAM 

Orucla bağlı məsləhətlər

Dəyərli dostlar, əvvəlcədən ALLAH tutduğunuz orucu qəbul etsin inşAllah. Oruc vaxtı insan səhhətində bəzi hallar ola bilir ki, bəzən bu hallara görə insanlar oruc kimi nemətdən özlərini məhrum edirlər. Nəzərinizə çatdırım ki, artıq bütün dünya ac qalmanın faydasını görmək üçün 30 gün lazım olduğunu qəbul etmişlər. Elhamdülillah bizlər həm ALLAH yolunda orucumuzu tutub Allahın əmrinə baş əyirik və arxasınca da orucun bədənimiz üçün faydalarını görürük. Bu da biz müsəlmanlara Allahın bir lütfüdür. Deməli sağlamlıq üçün oruc ara verilmədən 30 gün tutulmalıdır. Oruclu vaxtların hər gününün öz dəyəri vardır, məsələn oruclu…

Read More
İSLAM 

Allahın insana olan sevgisi

Qurani-kərim “Bismillahir- Rəhmanir- Rəhim” ayəsi ilə başlayır. Allah-təalanın Rəhman sifəti Onun rəhminin genişliyini, Rəhim sifəti isə tükənməzliyini göstərir. Uca Yaradan bu dünyada hamıya qarşı mehribandır. Kafirə də, möminə də ruzi verir. Günəş öz istiliyini, torpaq öz bərəkətini, su öz ləzzətini heç kəsdən əsirgəmir. Bütün bunlar Allahın sonsuz mərhəmətinin nişanəsi olmaqla yanaşı, həm də bir imtahan vasitəsidir. Nemətlərlə bəslənən insanların içindən kim şükr edəcək, kim nankor olacaq? Dünya və onun nemətləri ələk kimidir. Hər kim bunlara etinasız yanaşsa, ələyin gözündən keçər. Hər kim bunlara bağlansa, ələyin gözlərində ilişib-qalar. Müqəddəs kitabın ayələrində…

Read More
İSLAM 

Pislər olmasa, yaxşıların qiyməti bilinməz

Allah niyə şeytanı, Yezidi və pis insanları yaradıb? İnsanların zehnini məşğul edən suallardan biri də budur ki, Allah-Təala niyə mənfi qüvvələri, pis insanları, şeytanları yaradıb? Əgər Allah onların fəaliyyətindən xəbərdar deyilsə və onların müsbət yolda olacaqlarını zənn edərək yaratmışsa, Onun elmi və hikməti şübhə altına düşür. Əgər onların nə kimi fəsadlar törədəcəyindən xəbərdardırsa, onları yaratmasının mənası nədir, bu, ilahi ədalətlə ziddiyyət təşkil etmirmi? Bu sual həmişə bəşəriyyəti düşündürmüş, mübahisələrə səbəb olmuşdur. Günümüzlə əlaqələndirsək, İmam Hüseynin (ə) Kərbəlada faciəli şəhadətinə səbəb olmuş şəxsləri Allah niyə yaratmışdı? Yezid və Şimr kimi cinayətkarların…

Read More
İSLAM 

Gözəl əxlaq – kamil orucun şərti

Mötəbər hədis və rəvayətlərdən məlum olur ki, Allahın ayı olan Ramazanın əzəmət və böyüklüyü insan ağlının bunu dəyərləndirmək bacarığından qat-qat ucadır. İnsan təsəvvürü bu ayın ucalığını və bu ayın qaydalarına əməl edən şəxsin qazanacağı savabın miqdarını anlamağa qadir deyil. Elə buna görə Allahın Rəsulu (s) buyurmuşdur: “Əgər bəndə Ramazanda nə qədər dəyər olduğunu bilsə, hər ilin Ramazan olmasını istəyər” (Biharül-ənvar, 93-cü cild, səh. 346). Və elə buna görə cənnətin səkkiz qapısından birinin “rəyyan” adlandığı, bu qapıdan yalnız orucunu kamil şəkildə tutanların daxil ola biləcəyi söylənilir. “Oruc mənə görə tutulur və…

Read More
İSLAM 

Qüsl necə almaq lazımdır?

Bütün qüslləri (cənabət, heyz, nifas, məss-meyyit və s.) tərtibi qüsl adlanan qayda ilə aşağıdakı şəkildə almaq olar: – Qüsl alan şəxs qüsl niyyəti ilə (cənabət, heyz və s.– hansı qüslü aldığını müəyyən edərək və Allah-Taalanın əmrini yerinə yetirmək məqsədilə) əvvəlcə başını və boynunu, sonra çiynindən dabanadək bədənin sağ tərəfini, sonra çiynindən dabanadək bədənin soltərəfini yumalıdir. Əgər bir kəs qəsdən, yaxud unutqanlıq və ya məsələni bilməməzlik üzündən bu qaydaya – tərtibə riayət etməsə, qüslü batildir. Göbəyin və cinsiyyət üzvünün sağ yarısını bədənin sağ tərəfi ilə, sol yarısını isə bədənin sol tərəfi…

Read More
İSLAM 

Sübh namazına oyana bilmək üçün nə edək?

Möminə yaraşan əsas xüsusiyyətlərdən biri də namaz vaxtlarını qaçırmamaq, namazı öz vaxtının əvvəlində qılmaq və qəzaya verməməkdir. Bilərəkdən namazı vaxtında qılmamaq və qəzaya saxlamaq günahdır. Məsumların hədislərində namazı azan veriləndən dərhal sonra, yəni vaxtın əvvəlində qılmaq çox təkid edilir. Bunun həm dünyada, həm də axirətdə insana çox faydaları vardır. Xüsusilə, insanların yuxulu və yorğun olduqları vaxtlarda, yəni gecə və sübh tezdən qılınan namazlara diqqətli olmaq lazımdır. Günümüzdə də çox üzləşdiyimiz problemlərdən biri budur. İnsanlar həm gündəlik vacib namazlardan olan sübh namazına, həm də müstəhəb olan gecə namazına oyanmaqda çətinlik çəkirlər.…

Read More
İSLAM 

Dəccal kimdir ya nədir?

Dünyanın sonu (axirəz-zaman) və Mehdinin (ə) zühuru ilə bağlı məfhumlardan biri də Dəccal mövzusudur. İmam Mehdinin (ə) zühurundan əvvəl peyda olub xalqı azdırmağa çalışacaq Dəccalın kimliyi, xüsusiyyətləri, fəaliyyəti, ölümü barədə fərqli rəvayətlər vardır. Əvvəlcə bunu qeyd edək ki, Dəccal məfhumuna yalnız İslamda deyil, digər səmavi dinlərdə də rast gəlirik. Həm yəhudi, həm də xristian dinində dünyanın sonuna yaxın şeytanın tərəfdarı olan bir varlığın zühur edəcəyi bildirilir. Xüsusilə, xristianlıqda bu mövzu daha qabarıq görünür. Xristianlıqda dəccal obrazı Xristianlıqda İsa Məsihə (ə) və onun zühuruna əks qüvvə olaraq göstərilən Dəccal obrazının adı…

Read More
İSLAM 

Az yemək və qənaətə riayət etmək

Qurani-Kərimdə Allah-Təala buyurur: “Yeyin-için, lakin israf etməyin! Allah israf edənləri sevməz” (Əraf, 31). 4 gün əvvəl 0 178 2 dəqiqəlik mütaliə Rəvayət edirlər ki, keçmiş zamanlarda bir müsəlman alimlə xristian təbibin elmi mübahisəsi baş verir. Xristian təbib iddia edir ki, sizin dininizdə (yəni İslamda) tibb ilə bağlı heç bir tutarlı məlumat yoxdur. Müsəlman alim etiraz edərək cavab verir: “Əksinə, bütün tibb elminin xülasəsi Qurani-Kərimin bir ayəsində cəmləşib”. Xristian həkim hansı ayədən söhbət getdiyini soruşanda müsəlman alim yuxarıdakı ayəni oxuyur. Ayəni eşidən xristian heyrət içində deyir: “Doğru deyirsiniz, bütün tibb elminin xülasəsi bu…

Read More