İSLAM 

Bir şəhidin son günü

İmam Zeynülabidin (ə) İmam Hüseynin (ə) ortancıl oğludur. İmam Hüseyn (ə) öz oğullarından üçünü atası Əlinin (ə) şərəfinə adlandırmışdı. Böyük Əli (Əliəkbər) Kərbəlada döyüşərək şəhid olmuş, kiçik Əli (altı aylıq südəmər Əliəsğər) aşura günü atasının qucağında oxla vurularaq şəhadətə çatmışdı. İmam Zeynülabidinin (ə) ibadət və zöhdü müasirləri arasında məşhur idi. Elə “Zeynülabidin” (yəni ibadət edənlərin bəzəyi) ləqəbini də buna görə o həzrətə vermişdilər. Onun digər ləqəbi “Səccad”dır, yəni çox səcdə edən. İmamın nümunəvi əxlaqı, dürüst davranışı dillər əzbəri idi. Sədaqət və güvən mənbəyi kimi tanınırdı. Mədinədə Əməvilərə qarşı Abdullah ibn…

Read More
İSLAM 

Quran möcüzələri

İBRƏT Londonun məşhur Britaniya Muzeyində tamaşaçıları heyrətə gətirən bir zal vardır: Mumiyalar şöbəsi. Qədim Misirə və başqa antik mədəniyyətlərə məxsus onlarla mumiyalanmış cəsəd bu şöbədə nümayiş etdirilir. Qədim dünyanın şanlı hökmdarlarının cəsədləri o dövrün saray həkimlərinin səyi nəticəsində çürüməmiş halda qalaraq sanki keçmişin ab-havasını bu günə ötürür. Məlum olduğu kimi mumiyalanmış cəsədlərin bütün orqanları şıxarılır və onların yerinə cəsədi çürüməyə qoymayan xüsusi maddələr doldurulur. Başdan-ayağa kimi həmin maddələrlə işlənmiş cəsəd uzun əsrlər boyu çürümür. Lakin Britaniya Muzeyinin Mumiyalar şöbəsindəki qədim bir eksponat tamaşaçıların daha çox diqqətini cəlb edir. Məsələ bundadır…

Read More
İSLAM 

Qiyamət günündə insanların hesabı hansı dildə aparılacaq və Allah-Taala Öz bəndələri ilə hansı dildə danışacaq?

Oxucu sual verir: Qiyamət günündə insanların hesabı hansı dildə aparılacaq və Allah-Taala Öz bəndələri ilə hansı dildə danışacaq? Allah-Taala bütün dillərin yaradıcısıdır və heç bir dil Ona naməlum deyil. Qiyamət günündə insanların hesabının hansı dildə aparılacağı barədə dəqiq məlumat əlimizdə yoxdur. Ola bilər ki, orada sözlər, söhbətlər və hesablar bu dünyaya aid olan dildə yox, başqa bir üsulla aparılacaq. Elə bir üsulla ki, insanların hamısı onu anlayacaq və heç bir anlaşılmazlıq olmayacaq. Çünki axirət aləminin və qiyamət gününün xüsusiyyətləri bu dünyadan fərqli olacaq, bu dünyaya aid olan əksər qaydalar orda keçərli…

Read More
İSLAM 

Çox səs-küylü yerdə namaz qılan adam öz səsini eşitmirsə və namazın sözlərində səhv etdiyini düşünürsə, nə etməlidir?

Oxucu sual verir: Çox səs-küylü yerdə namaz qılan adam öz səsini eşitmirsə və namazın sözlərində səhv etdiyini düşünürsə, nə etməlidir? Namaz qılan zaman səs-küylü və ya sakit yeri arasında fərq yoxdur. Yəni sakit yerdə namazın sözləri hansı ucalıqda tələffüz edilməlidirsə, çox səs-küylü yerdə də eyni qaydaya riayət edilməlidir. Məsələn, sakit yerdə qılınan sübh, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində surələri oxuyarkən insan öz səsini eşitməlidir. Amma çox səs-küylü yerdə namaz qılan adamın öz səsini eşitməsi vacib deyil, səsini sakit yerdəki kimi nizamlasa kifayətdir. Əgər insan namaz sözlərində səhvə yol…

Read More
İSLAM 

Peyğəmbərin iftar payını yeyən səhabə

Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabəsi Ənəs ibn Malik Yəsribin (Mədinənin) Xəzrəc qəbiləsindən idi. O, hicrətdən təqribən 10 il əvvəl (612-ci ildə) doğulmuşdu. Anası Ümmi-Süleym Yəsribin iman gətirmiş ilk şəxslərindən idi. Həyat yoldaşı (Ənəsin atası) Malik xəbər tutanda qəzəblənib, onu bütpərəstliyə qaytarmağa çalışdı. Lakin səylərinin fayda vermədiyini görəndə ev-eşiyini atıb Şam istiqamətində yola çıxdı, az sonra orada vəfat etdi. Ümmi-Süleym Ənəsi və onun iki qardaşını təkbaşına böyütməyə başladı. Bir müddətdən sonra Ümmi-Süleym öz həmqəbiləsi Əbu Təlhə adlı bir nəfərə ərə getdi. Əbu Təlhə elçi düşdüyü vaxt hələ iman gətirməmişdi. Ümmi-Süleym…

Read More
İSLAM 

Müsəlman təfəkküründə bayram anlayışı

Elə buna görə dini mətnlərdə Ramazan bayramına “eyd əl-fitr”, Qurban bayramına “eyd əl-əzha” deyirlər. Lüğətdə “eyd” qayıdış mənasını verir. Dilçi alimlər demişlər ki, hər il bayram eyni gündə təkrar olduğu və sanki qayıtdığı üçün ona bu ad verilib. Qurani-kərimdə “bayram (eyd)” kəlməsi Həzrət İsanın (ə) bir möcüzəsi ilə bağlı işlədilir: “Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun.…

Read More
İSLAM 

Oruc tutmağın qaydaları

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra xalqın öz milli və dini köklərinə qayıtması prosesi güclənmiş, dini ayinlərin icrası üzərindəki qadağalar götürülmüşdür. Son bir neçə il ərzində ramazan ayında oruc tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır. Cəmiyyətin hər bir təbəqəsini təmsil edən bu şəxslərin orucluq hökmləri ilə maraqlanmaları nəticəsində ramazan ayında mətbuatımız üçün yeni bir mövzu açılmışdır: orucluq mövzusu. Orucluq qaydalarını işıqlandırmaq cəhdi bir sıra mətbuat orqanları tərəfindən atılsa da, bu cəhdlər tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən məqalələr qeyri-peşəkar şəxslər tərəfindən yazıldığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur.…

Read More
İSLAM 

Oruc tutmaq sağlam olmaq deməkdir

Ancaq tək sağlamlıq üçün tutmaq məqbul sayılmaz. Oruc yalnız Allah rizası üçün tutulduqda qəbul olunar. İslam dini nəzərindən, çoxyaşlı və zəif şəxslər oruc tutmaya bilərlər. Bu şəxslər oruc tutmadıqları hər gün üçün fidyə verməlidir. Fidyə, Ramazanın başlanğıcında verildiy kimi, sonunda da verilə bilər. Üzrlü olanlar, yəni səfərdə olanlar, xəstələr və fiziki cəhətdən çox zəif olanlar sonradan hər gün üçün bir gün oruc tutmaq şərti ilə oruc tutmaya bilərlər. Orucun insan orqanizminə ruhi və fizioloji təsirini öyrənmək üçün Azərbaycan Respublikasının baş psixiatrı, Ümumdünya Psixiatrlar Federasiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin…

Read More
İSLAM 

Ramazan bayramı namazı necə qılınır?

Bayram namazı iki rükətdir. Şiə məzhəbində bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır. İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır. Bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun: “Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut.…

Read More
İSLAM 

Oruc tutmağın FAYDALARI

ARANTV.AZ oxucularına tanınmış fitoterapevt Fizuli Huseynovun məqaləsini təqdim edir. Əslində, bəlkə də mən səhv edib belə bir başlıq qoyuram, çünki oruc tutmaq yalnız Allah rizası üçün olmalıdır və Allahın əmri olaraq tutulan orucun inşallah ki, heç bir ziyanı olmaz. Siz Allahın əmri olaraq orucunuzu tutun. Oruc bədənimizin və ruhumuzun təmizlənməyi deməkdir. Əgər 30-50 il bundan əvvəl bütün dünyada oruc tutmağa bir ikrah hissi ilə baxılırdısa indi bütün dünyada acqalma ilə müalicələr və aclıq mərkəzləri fəaliyyət gostərir. İnsanın ən vacib orqanlarından biri qaraciyərdir. İnsan qaraciyərsiz 3 saniyədən artıq yaşaya bilməz, qaraciyəri bərpa…

Read More