İftar süfrəsinin yalnız ailə üzvlərinin iştirakı ilə açılması tövsiyə edilir
“Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq”. ARANTV.AZ-ın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar verdiyi Fətvada qeyd olunub. Fətvada bütün bu tövsiyələrin hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıdığı bildirilib. Eyni zamanda builki Ramazan ayına bütün dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil olunduğu xatırlanıb: “İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə…
Read More