İSLAM 

Martın 11-i müqəddəs Məbəs günüdür. Günün əməlləri

Bu il martın 11-i Rəcəb ayının 27-sinə təsadüf edir. Bu, İslamda müqəddəs bir gündür. Bir nəzəriyyəyə görə həmin gün Peyğəmbərin Meracı – bir gecədə Məkkədən Qüdsə, oradan Allahın dərgahına və geriyə gətirilməsi günüdür. Bu nəzəriyyə əsasən əhli-sünnə mənbələrində qeyd olunur. Elə buna görə də bu il martın 21-dən 22-nə keçən gecə əhli-sünnə müsəlmanları Merac qəndilini qeyd edəcəklər. Bu gecə əhya saxlamaq, gecəni ibadət və dualarla keçirmək müstəhəbdir. Lakin İmamlardan gələn rəvayətlərə əsaslanan və şiələrin üstün bildiyi digər nəzəriyyəyə görə, 27 Rəcəb günü Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin nazil…

Read More
İSLAM 

Martın 11-nə keçən gecə Merac qəndili qeyd olunur

Rəcəb ayının 27-nə keçən gecə (bu il martın 11-nə keçən gecə) İslam aləmində böyük bayram kimi qeyd edilir. Əhli-sünnə məzhəbinə görə bu gecə Merac qəndili, şiə məzhəbinə görə isə Məbəs gecəsidir (Məbəs – Hz. Muhəmmədə (s) peyğəmbərlik verilməsi) . Bu gecə əhya saxlamaq, gecəni ibadət və dualarla keçirmək müstəhəbdir. İslam.az kollektivi bu gecə Merac qəndilini qeyd edən müsəlmanları bayram münasibəti ilə təbrik edir!

Read More
İSLAM 

Bu əməl bütün xəstəliklərin şəfasıdır, ölümdən başqa – “Həşr” surəsinin fəzilətləri

“Həşr” surəsi Qurani-Kərimin 59-cu surəsidir ki, Mədinədə nazil olmuşdur və 24 ayəsi vardır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini oxuyar – behişt və cəhənnəm, ərş və kürsü, onun hicabları, yeddiqatlı səma və yer, hava və küləklər, quşlar və ağaclar, dağlar və Günəş, Ay və mələklər – hamısı ona salam verərlər və onun üçün bağışlanma istəyərlər. Əgər bu surəni oxuduğu gecədə və ya gündüzdə ölərsə, şəhid hesab olunar”. İmam Sadiq (ə) buyurur: “Hər kim əsrdə “Rəhman” və “Həşr” surəsini oxuyarsa, Allah sıyrılmış qılınclı mələyi vəzifələndirər ki, səhərə qədər onu…

Read More
İSLAM 

İblisin nəslindən olan mömin cin

Müqəddəs Quranda şeytanın övladları və ya valideynləri haqqında bir söz deyilməmişdir. Lakin bəzi hədislərdən onun haqqında müəyyən qədər də olsa, məlumat əldə etmək olar. Muhəmməd ibni Həsən ibni Fərux Peyğəmbərin (s) zamanından nəql olunan hədisi bəyan etmişdir ki, onu İmam Həsən Əsgəridən (ə) eşitmişdir. Boyu xurma ağacı hündürlüyündə olan bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir. Həzrətə (s) salam verir və Həzrət (s) ona salam verir. Bu zaman Peyğəmbər (s) buyurur: “Cinlər kimi danışırsan. Ey Allah bəndəsi, sən kimsən?”. Cavab verir: “Mən Ham ibni Him ibni Laqis ibni İblisəm”. Həzrət (s)…

Read More
İSLAM 

Görmədiyi insanın adını bilmək, qəlbində hacəti olanın arzusunu yerinə yetirmək

İmam Cavad (ə) hələ yeddi yaşı olan zaman imamət kürsüsünə əyləşməyə məcbur olur. Bəziləri onun yaşının kiçik olmasına görə vilayətini qəbul etməkdə çətinlik çəkirdilər. Ona görə də İmam Cavad (ə) gərək öz kəramətlərini nişan verəydi ki, belə insanların qəlbi aram olardı. Əbu Haşim nəql edir: “İmam Cavadın (ə) hüzuruna gəlmişdim və üç məktub gətirmişdim ki, heç birində kimdən olduğu yazılmamışdı. İmam (ə) məktublardan birini məndən aldı və buyurdu: “Bu məktub Riyan ibni Şəbibdəndir”. Sonra ikinci məktubu aldı və buyurdu: “Bu məktub isə Muhəmməd ibni Həmzədəndir”. Üçüncü məktubun da kimdən olduğunu…

Read More
İSLAM 

Ev heyvanlarını qısır (sonsuz) etmək olarmı?

 Ev heyvanlarını qısır (sonsuz) etmək olarmı? Müsəlman bütün canlılara qarşı şəfqətli olmalı, heç bir canlının haqqına təcavüz etməməli, zülmə yol verməməlidir. İslam dini insanların hüququnu qoruduğu kimi, heyvanların da haqqını qoruyur. Ev heyvanlarını saxlayan şəxs onların dilsiz-ağızsız varlıq olmalarından sui-istifadə edə bilməz. Heyvanları qısır etmək əgər onlara qarşı zülm və onların haqqının tapdanması sayılarsa, icazəli deyil və günahdır. Bunu təyin etmək üçün bu işin mütəxəssisi olan həkimlərlə məsləhətləşmək faydalıdır. Əgər dişi heyvan saxlayan şəxs onun balalamasını istəmirsə, balaladığı zaman onlara baxmaq çətinlik törədəcəksə, bir şərtlə onu qısır etməyə icazə verilir…

Read More
İSLAM 

Martın 8-nə keçən gecə imam Museyi Kazimin (ə) şəhadətinin ildönümüdür

Bu il martın 7-dən 8-nə keçən gecə İmam Museyi Kazimin (ə) şəhadətinin ildönümüdür. Müsəlmanların 7-ci İmamı Hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərləndirilib. İslam.az-ın məlumatına görə, imam Museyi Kazim (ə) hicri qəməri tarixi ilə 128-ci ildə Səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə İmam Cəfər Sadiq (ə)-ın ailəsində dünyaya göz açıb. Onun anası Həmidə adlı bir xanım olub. 7-ci imam 54 il ömür sürüb və bu illərdən 35-ini müsəlmanlara imamlıq edib. İmamın həyatının son dövrü zindanlarda keçib və…

Read More
İSLAM 

Doğru deyirlər ki, İmam Mehdi zühur edəndə özü ilə yeni din və şəriət gətirəcək?

Doğru deyirlər ki, İmam Mehdi zühur edəndə özü ilə yeni din və şəriət gətirəcək? Bir qism hədislərdə buyurulur ki, elm 27 hərfdən ibarətdir, peyğəmbərlər bunun 2 hərfini insanlara açıqlayıblar. İmam-zaman zühur edəndə qalan 25 hərfi də insanlara açıqlayacaq və elm bütün hərfləri ilə kamilləşəcək. Burada elmin hərfləri deyərkən nəyin nəzərdə tutulması barədə fikirlər fərqlidir, böyük ehtimalla konkret hərflər deyil, elmin dərəcələri və səviyyələri nəzərdə tutulur. Bəzi hədislərdə isə buyurulur ki, zühur ərəfəsində insanların din barədə bilikləri elə təhrif olacaq ki, İmam Mehdi (ə) onlara əsil dini öyrədəndə insanlar onun Mühəmməd…

Read More
İSLAM 

Ayətəl-kürsi oxumaq istəyən adam 3 ayəni də oxumalıdırmı?

Ayətəl-kürsi oxumaq istəyən adam 3 ayəni də oxumalıdırmı? Əksər hədis və rəvayətlərdə “ayətəl-kürsi” deyilərkən Bəqərə surəsinin 255-ci ayəsi (“Əliyyül-Əzim” kəlməsinə kimi) nəzərdə tutulub. Hədislərdə tək halda “ayə” kəlməsinin işlənməsi və yalnız bu ayədəki “kürsi” sözünün əlavə edilməsi də bu fikri qüvvətləndirir. Əksər təfsirçilər də məhz Bəqərə surəsinin 255-ci ayəsini ayətəl-kürsi olaraq təfsir ediblər. Lakin bəzi hədislərdə ayətəl-kürsini sonrakı iki ayə ilə birlikdə oxumaq tövsiyə edilib. Ənənəvi olaraq, əhli-sünnə müsəlmanlar arasında təkcə Bəqərə surəsinin 255-ci ayəsi, şiələr arasında isə 255, 256 və 257-ci ayələri ayətəl-kürsi sayılır. Rəhmətə gedən şəxsin dəfn gecəsində…

Read More