İSLAM 

Azərbaycandakı din xadimlərindən dünyaya MÜRACİƏT

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.   Müraciətdə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Qeyd olunub ki, Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb,…

Read More
İSLAM 

Bəzi hədis və tarix kitablarında rast gəlinən “üç Muhəmməd” (Muhəmmədunə səlasə) kimlərdir?

Bəzi hədis və tarix kitablarında rast gəlinən “üç Muhəmməd” (Mühəmmədunə səlasə) kimlərdir? Bu ifadə əsasən şiə (cəfəri) mənbələrində rast gəlinir. Bu məzhəbin bir neçə böyük aliminin adı Muhəmməd olduğu üçün onları ümumi şəkildə bu cür adlandırırlar. “Üş Muhəmməd” ifadəsi çox zaman “əvvəl” (keçmiş) və “axər” (yeni, sonrakı) qeydi ilə işlədilir. Keçmişdəki üç Muhəmməd IX-XI əsrlərdə yaşamış, şiə məzhəbinin ən məşhur 4 hədis məcmuəsinin müəllifi olan alimlərdir: 1. Muhəmməd ibn Yəqub Küleyni (“əl-Kafi” kitabının müəllifi), 2. Muhəmməd ibn Əli Səduq (“Mən la yəhzuruh əl-fəqih” kitabının müəllifi), 3. Muhəmməd ibn Həsən Tusi…

Read More
İSLAM 

Peyğəmbərin çörəyi sayılan MÖCÜZƏVİ BİTKİ – Video

Keçibuynuzu bitki kimi insanlara çox qədimdən məlumdur. Redaktor.az xəbər verir ki, meyvəsinin faydalarından bəhs edən yazılı mənbələrin tarixi, təqribən, 5000 il əvvələ uzanır. İngilis dilində “St.Johns Bread”, almanca “johannisbrot” deyilir. Mənası “Yəhya peyğəmbərin çörəyi”dir. İnanclara görə, Yəhya keçibuynuzunun meyvəsindən səhrada çörək kimi istifadə edib.  

Read More
İSLAM 

“Azərbaycanda dövlət-din münasibətləri” kitabı çapdan çıxıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun “Azərbaycanda dövlət-din münasibətləri” kitabı nəşr olunub. İnstitutun məlumatında bildirilir ki, monoqrafiyada Azərbaycanda dövlət-din münasibətlərinin tarixi nəzəri və hüquqi aspektlərdən tədqiq edilir. Eyni zamanda, Azərbaycanda dünyəvilik prinsipinin tarixi kökləri araşdırılır, müasir dövrdə bəşəriyyətdə mövcud dövlət-din münasibətlərinin modelləri müqayisə edilir. Əsərdə, həmçinin müstəqillikdən sonra Azərbaycan Respublikasında din siyasətinin prioritetləri, əsas amilləri və bu siyasətin dinamikliyi müəyyənləşdirilir. Monoqrafiya sosial və siyasi elmlər sahəsində çalışan tədqiqatçılar, sosioloqlar, tarixçilər, dinşünaslar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, Aİİ…

Read More
İSLAM 

Axırəz-zamanda eşidiləcək 3 nida

Bu gün Əhli-Beyt (ə) davamçılarını ən çox düşündürən mövzulardan ən əsası – məhdəviyyat mövzusudur. Ona görə də İmam Zaman ağanın (ə.f) zühuru ilə bağlı olan hədislər bizləri daha çox maraqlandırır. Həsən ibni Məhbub İmam Rzadan (ə) nəql edir ki, buyurub: “Çarəsiz çaxnaşma olacaqdır ki, zirək və bizim davamçılarımız olan ehtiyatlı insanlar həmin çaxnaşmaya çəkiləcəklər. Bu, o zamandır ki, Əhli-Beyt (ə) davamçıları mənim övladlarımdan üçüncüsünü (İmamı) əldən verəcəklər. Yer və göy əhli onun üçün ağlayar. Nə qədər çoxdur o möminlər ki, saf və zülal suyun (Qaimin (ə.f)) olmasına baxmayaraq susuz, qəmgindirlər.…

Read More
İSLAM 

Nəfsin islah edilməsi vacibdirmi?

(Ayətullah Safi Gülpayiqaninin əxlaq dərslərindən) Nəfsin islah olması vacibdir. Belə ki, Qurani-Kərim bu haqda buyurur: “Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!”. (“Şəms” 9). Nəfsi islah etmək və paklamaq, ruha səfa vermək, qəlbi cilalamaq – İslam dininin ibadi, əxlaqi və etiqadi proqramlarındandır. İnsan gərək batininin səfalı olması, qəlbin pasının aradan aparılması, nəfsinin islah olunması yolunda səy göstərsin. İslam dininin ali təlimləri buyurur ki, insan nəfsini islah etməli və onu təkmilləşdirməlidir. Həm islah etməyin və həm nəfsi təkmilləşdirmənin faydaları çoxdur.…

Read More
İSLAM 

Böyük qeybət və kiçik qeybət dövrü nə deməkdir?

Böyük qeybət və kiçik qeybət dövrü nə deməkdir? Burada “qeybət” sözü qeyb olmaq, ortada olmamaq, gözlərdən gizli qalmaq mənasını verir. On ikinci imam Həzrət Mehdinin (ə) qeyb dövrünü iki mərhələyə bölürlər: kiçik qeybət və böyük qeybət. Kiçik qeybət mərhələsi miladi 874-cü ildən 941-ci ilə kimi davam etmişdir. Bu müddətdə Həzrət Mehdi (ə) müsəlmanlarla 4 nəfər naib vasitəsilə əlaqə saxlayırdı. Bir-birini əvəz edən bu naiblər İmamla şəxsən görüşür, insanların sual və istəklərini Ona təqdim edir, Onun yazılı və şifahi cavablarını ünvana çatdırırdılar. 941-ci ildə dördüncü naibin vəfat etməsi ilə kiçik qeybət…

Read More
İSLAM 

Fevralın 22-nə keçən gecə imam Məhəmməd Təqinin (ə) mövludunun ildönümüdür

Bu il fevralın 21-dən 22-nə keçən gecə imam Məhəmməd Təqinin (ə), müsəlmanların 9-cu imamının mövludunun ildönümüdür. İmamın məşhur ləqəblərindən biri Cavaddır. İslam.az-ın məlumatına görə,  imam Məhəmməd Təqi (ə) hicri 195-ci il rəcəb ayının 10-da dünyaya Mədinə şəhərində göz açıb. Cəmi 25 il ömrü olan imam Cavad (ə) 17 il müsəlmanlara rəhbərlik edib. Atası imam Riza (ə) Məmun tərəfindən şəhid edildikdə imam Məhəmməd Təqinin (ə) cəmi 8 yaşı olub. Rəvayətlərə görə, kiçik olmasına baxmayaraq, imam Cavad (a) atası şəhid edildikdən sonra, onu elə həmin gün Xorasanda Məmunun sarayında ziyarət edib. Hazırda…

Read More
İSLAM 

Zarafat etmək müsəlman əxlaqına uyğundurmu?

Zarafat etmək müsəlman əxlaqına uyğundurmu? Zarafat insanın təbii psixoloji ehtiyaclarından biridir. İslam dini müsəlmanın zarafat etməsini qadağan etmir. Əksinə, dinimiz cəmiyyət tərəfindən sevilən, gülərüz, hamı ilə dil tapmağı bacaran müsəlman obrazını təbliğ edir. Tarixi mənbələrdən məlumdur ki, müqəddəslərimiz də zarafat etmişlər. Lakin zarafatın bəzi meyarları vardır. Əvvəla, zarafat insan həyatının mənasına dönməməlidir. İnsan lazım gələndə zarafat etməyi bacardığı kimi, lazım gələndə ciddi olmağı da bacarmalıdır. Lağlağı, gününü zarafatla keçirən adamın cəmiyyətdə də hörməti olmaz. İkincisi, zarafatda həddi keçmək günahdır. Əgər zarafat başqasının təhqir olmasına, aşağılanmasına gətirib-çıxararsa, dinimiz bunu qətiyyən bəyənmir.…

Read More
İSLAM 

Ayın məhaq halı nə deməkdir?

 Ayın məhaq halı nə deməkdir? Məlumdur ki, Ay öz-özlüyündə işıqlı deyil, onu işıqlandıran Günəş şüalarıdır. Əgər Ayın üzərinə Günəş şüası düşməsə, o, görünmür. Ay öz hərəkəti zamanı Yer kürəsi ilə Günəşin arasında qərar tutduqda görünməz olur, çünki Yer onun üzərinə düşən Günəş işığının qarşısını kəsir. Əslində Ay yenə səmada öz yerindədir, sadəcə tam qaranlıq olduğu üçün biz onu görmürük. Bu vəziyyətə şəriət kitablarında “məhaq” deyirlər. Daha sonra Ay məhaq halından çıxır və Günəşin işığı tədricən onun üzərinə düşür. Ayın məhaq halından çıxması astronomik yeni ayın başlanğıcıdır. Lakin müxtəlif astoronomik şərtlərdən…

Read More