İSLAM 

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən “İzahlı dini terminlər lüğəti” nəşr olunub. ARANTV.AZ  bildirir ki, lüğət Azərbaycan İlahiyyat İnstitutu müəllim heyəti tərəfindən hazırlanıb.  Terminlər əlifba sırası ilə verilib, lüğəvi və terminoloji mənaları izah edilib. Qeyd edək ki, lüğət hazırlanarkən yalnız İslam dini ilə əlaqəli terminlərin deyil, həmçinin  digər böyük dünya dinlərində də istifadə olunan əsas ifadələrin izahı verilib. Terminlərin şərhləri və izahında həm yerli, həm də xarici ölkələrdə çap olunmuş elmi-dini ədəbiyyatlardan istifadə olunub. Həmçinin kitabın hazırlanması zamanı Azərbaycan, ərəb, türk, ingilis, rus və fars dillərində yazılmış müxtəlif lüğətlərdən, ensiklopediyalardan, eləcə…

Read More
İSLAM 

Fevralın 19-na keçən gecə Rəğaib gecəsidir: gecənin əməlləri

Həzrət Peyğəmbərdən (s) nəql olunur: ”Rəcəb ayının ilk cümə axşamı gününü unutmayın. Mələklər bu gecəni “Leylətül-rəğaib” deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır”. Rəcəb ayının fəzilətli başqa bir sıra aylardan çoxdur. Rəcəbin ilk cümə gecəsi, yəni 4-cü gündən 5-ci günə keçən gecə (bu il fevralın 18-dən 19-na keçən gecə), Leylətül Rəğaib adlanır və bu gün (yəni 4-cü gün) oruc tutmaq, həmin gecə ibadətlə məşğul olmaq çox əhəmiyyətlidir. İslamda Rəcəb ayı haram ayların ikincisidir. Allahın bu ayında ibadət, dua,…

Read More
İSLAM 

Səfəvilərdən əvvəl şiə dövləti olubmu?

 Səfəvilərdən əvvəl şiə dövləti olubmu? Bir çoxlarının düşündüyünün tam əksinə olaraq, müsəlman Şərqində Səfəvilərdən əvvəl də şiə dövlətləri olmuşdur. Müxtəlif zamanlarda şiəliyin əsasən cəfəri və zeydi qoluna mənsub olanlar fərqli bölgələrdə öz hakimiyyətlərini qurmuşlar. Bu şiə dövlətləri adətən qısa zaman müddətində mövcud olmuş, daha güclü dövlətlər tərəfindən istila edilmişdir. Səfəvi dövləti həm mövcudluq müddətinin uzun olmasına, həm də ərazisinin nəhəng olmasına görə bunların hamısından fərqləndiyi üçün daha məşhurdur. Müsəlman torpaqlarında hakimiyyət sürmüş şiə sülalələrinə misal olaraq, İdrisilər və Fatimiləri (Şimali Afrika), Həmdanilər, Bəridilər və Büveyhiləri (İraq, Şam və İran), Sərbedarları…

Read More
İSLAM 

Ölümdən sonrakı həyat: Ruhun varlığını alimlər də sübut etdilər

ABŞ-dan olan tədqiqatçılar bədənin fizioloji ölümündən sonra ruhun varlığını istisna etmirlər. Belə bir nəticəyə kvant fizikası sahəsində fəaliyyət göstərən mütəxəssislər gəlib. “Report”un məlumatına görə, bu barədə “Planet today”yazıb. Amerikalı elm adamları hesab edir ki, şüur insanın bioloji ölümü və bədəninin tamamilə parçalanmasından sonra da mövcud olur. Belə ki, insan şüuru kvant səviyyəsində mövcud olan məlumat subyektidir. Bu fərziyyəyə görə, kvant məlumatlarının saxlanması, bədənin ölümündən sonra Kainata yayılan protein quruluşlarına əsaslanan mikropiplərdir. Məsələn, insanlar klinik ölüm keçirdikdə ruh kimi qəbul edilən kvant məlumatlarını müvəqqəti olaraq itirirlər. Bədənin reanimasiyasından sonra kvant məlumatı…

Read More
İSLAM 

Quranda adı çəkilən Səbə ölkəsi harada yerləşir?

Quranda adı çəkilən Səbə ölkəsi harada yerləşir? Qurani-Kərimdə Səbə ölkəsi Həzrət Süleyman Peyğəmbərin (ə) zamanında Bilqeyslə bağlı hadisənin təsvirində xatırlanır. Qurani-Kərimin 34-cü surəsi də “Səbə” adlanır. Səbə krallığı eramızdan əvvəl birinci miniliikdən eramızın III əsrinə kimi cənubi Ərəbistanda, indiki Yəmən ərazisində mövcud olmuşdur. Səbə dövləti ticarət yollarının üzərində yerləşdiyi üçün iqtisadi baxımdan çox güclü idi. Ölkədə suvarma sistemi güclü inkişaf etmişdi. Mərib su bəndi iri miqyaslı əkin işlərinə imkan yaratmışdı. Səbə krallığının Afrikada da torpaqları vardı. Qonşu dövlətlərlə müharibələr nəticəsində Səbə dövləti zəiflədi və eramızın III əsrində Himyər kralları tərəfindən…

Read More
İSLAM 

Bu gün, fevralın 15-i, imam Әliyyən-Nəqinin (ə) şəhadətinin ildönümüdür

Bu gün, fevralın 15-də, qəməri təqvimi ilə Rəcəb ayının 3-ü, müsəlmanların 10-cu imamı Әliyyən-Nəqinin (ə) şəhadət günüdür. İslam.az-ın məlumatına görə, imam 212-ci hicri-qəməri ilində Zilhəccə ayının 15-i Mədinə yaxınlığındakı Surya adlı məntəqədə dünyaya gəlib. Atası imam Cavad (ə), anası isə Səmanə xanım olub. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına çatıb və 34 il ərzində müsəlmanlara rəhbərlik edib. İmam Әliyyən-Nəqinin (ə) məşhur ləqəblərindən biri də Hadidir. Abbasi xəlifələri imamdan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Nəhayət, Mütəvəkkil imamı Mədinədən Samirəyə gətirdi və…

Read More
İSLAM 

Qəza namazlarını hansı ardıcıllıqla qılmaq lazımdır?

Keçmiş günlərin qəza namazlarını hansı ardıcıllıqla qılmaq lazımdır? Əgər sübh namazı qəzaya qalıbsa, zöhrü qılmazdən qabaq sübhün qəzası qılınmalıdır? Sübh namazının qəzasını nə zamana kimi qılmaq lazımdır? Qəza namazlarını hansı ardıcıllıqla qılmaq barədə müctəhidlərin rəyi bir qədər fərqlidir. Bütün rəyləri ümuiləşdirərək, belə bir nəticəyə gəlirik. Bir neçə günlük qəza namazları olan şəxs ilk öncə daha əvvəlki günün qəza namazını qılsın, ardınca bundan sonrakı günün namazını qəza etsin. Məsələn, srağagündən zöhr namazı, dünəndən isə sübh namazı qəzaya qalıbsa, əvvəlcə srağagünün zöhr namazı, sonra isə dünənin sübh namazı qəza olunsun. Həmçinin, eyni…

Read More
İSLAM 

Atəşpərəstlər əhli-kitaba aiddirmi?

Bu mövzuda müsəlman alimləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbində klassik dövr alimlərinin əksəriyyəti atəşpərəstləri (məcusiləri) əhli-kitabdan saymamışlar, lakin İmam Şafii onları əhli-kitab hesab etmişdir. Cəfəri məzhəbinə əsasən, keçmiş alimlərin əksəriyyəti əhli-kitab anlayışına atəşpərəstləri aid etmirdi. Son dövr müctəhidlərin bir qismi isə fərqli istiqamətdə fətva vermişlər. Hazırda şiə aləmində böyük nüfuz sahibi olan mərceyi-təqlidlərin bir neçəsi, o cümlədən, Ayətullahül-üzma Seyyid Əli Sistani, Seyid Əli Xameneyi və Nasir Məkarim Şirazi atəşpərəstləri əhli-kitab qismindən hesab edirlər. Bu mövqeyi müdafiə edənlər Həzrət Peyğəmbərin (s) atəşpərəstlərdən cizyə aldığı və onları əhli-kitabdan saydığı barədə hədislərə…

Read More
İSLAM 

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib?

Qurani-Kərim ayələrində peyğəmbərlərdən 25 nəfərin adının çəkilməsi və başlarına gələn hadisələrin ətraflı ya da qısa təsvir edilməsi məlumdur. Həmin 25 peyğəmbər bunlardır: Həzrət Adəm, İdris, Nuh, Hud, Saleh, İbrahim, Lut, İshaq, İsmail, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Davud, Süleyman, Əyyub, Yunus, İlyas, Əlyəsə, Zülkifl, Zəkəriyya, Yəhya, İsa və Muhəmməd (hamısına Allahın salamı və salavatı olsun). Daha bir neçə nəfərin də adı Quranda çəkilir, amma bunların peyğəmbər olub-olmadığı mübahisəlidir. Bəzi rəvayətlərə görə, bunlar da peyğəmbərliyə layiq görülmüşlər, bəzi rəvayətlər isə onların peyğəmbərləiyini təsdiq etmir. Həmin şəxslər bunlardır: Loğman, Talut və Üzeyir.

Read More
İSLAM 

Vəhy nədir?

“Vəhy” sözünün ərəb dilindən tərcüməsi “başqalarının görmədiyi gizli işarə” deməkdir. Peyğəmbərlərin Allah-Təaladan aldıqları xəbərlərə vəhy deyilir. Vəhyin əsas növləri bunlardır: qeyb aləmindən səs eşitmək (məsələn, Həzrət Musa (ə)), peyğəmbərin qəlbinə fikir şəklində ötürülmək, yuxuda vasitəsilə (məsələn, Həzrət İbrahim (ə)) və mələk vasitəsilə çatdırılma (məsələn,  Həzrət Mühəmməd Peyğəmbər (s) Cəbrail adlı mələklə görüşüb ondan vəhyi alırdı). Vəhy yalnız peyğəmbərlərə verilir, peyğəmbər olmayan şəxs vəhy ala bilməz. Amma Allah adi insanın qəlbinə bəzi fikirlər ötürə bilər (buna ilham deyilir və adətən, se¬çilmiş bəndələrə, övliyalara verilir). Adi şəxsin aldığı ilhamla peyğəmbərə gələn vəhy…

Read More