İSLAM 

Atəşpərəstlər əhli-kitaba aiddirmi?

Atəşpərəstlər əhli-kitaba aiddirmi? Bu mövzuda müsəlman alimləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbində klassik dövr alimlərinin əksəriyyəti atəşpərəstləri (məcusiləri) əhli-kitabdan saymamışlar, lakin İmam Şafii onları əhli-kitab hesab etmişdir. Cəfəri məzhəbinə əsasən, keçmiş alimlərin əksəriyyəti əhli-kitab anlayışına atəşpərəstləri aid etmirdi. Son dövr müctəhidlərin bir qismi isə fərqli istiqamətdə fətva vermişlər. Hazırda şiə aləmində böyük nüfuz sahibi olan mərceyi-təqlidlərin bir neçəsi, o cümlədən, Ayətullahül-üzma Seyyid Əli Sistani, Seyid Əli Xameneyi və Nasir Məkarim Şirazi atəşpərəstləri əhli-kitab qismindən hesab edirlər. Bu mövqeyi müdafiə edənlər Həzrət Peyğəmbərin (s) atəşpərəstlərdən cizyə aldığı və onları əhli-kitabdan…

Read More
İSLAM 

Vəhy nədir?

 Vəhy nədir? “Vəhy” sözünün ərəb dilindən tərcüməsi “başqalarının görmədiyi gizli işarə” deməkdir. Peyğəmbərlərin Allah-Təaladan aldıqları xəbərlərə vəhy deyilir. Vəhyin əsas növləri bunlardır: qeyb aləmindən səs eşitmək (məsələn, Həzrət Musa (ə)), peyğəmbərin qəlbinə fikir şəklində ötürülmək, yuxuda vasitəsilə (məsələn, Həzrət İbrahim (ə)) və mələk vasitəsilə çatdırılma (məsələn,  Həzrət Mühəmməd Peyğəmbər (s) Cəbrail adlı mələklə görüşüb ondan vəhyi alırdı). Vəhy yalnız peyğəmbərlərə verilir, peyğəmbər olmayan şəxs vəhy ala bilməz. Amma Allah adi insanın qəlbinə bəzi fikirlər ötürə bilər (buna ilham deyilir və adətən, se¬çilmiş bəndələrə, övliyalara verilir). Adi şəxsin aldığı ilhamla peyğəmbərə…

Read More
İSLAM 

Hansı günlərdə müstəhəb oruc tutmaq daha çox bəyənilir?

Hansı günlərdə müstəhəb oruc tutmaq daha çox bəyənilir? Mübarək Ramazan ayının vacib orucundan əlavə, ilin hər hansı günündə müstəhəb niyyətlə oruc tutmaq bəyəniləndir. Yalnız Qurban və Fitr bayramı günlərində oruc tutmaq günahdır. İlin bəzi günlərində oruc tutmağın isə xüsusilə çox savabı vardır. Məsələn, hər hicri ayın (müsəlman təqvimi ilə) orta günlərində, yəni 13-cü, 14-cü və 15-ci günlərində, hər ayın ilk və son cümə axşamı günündə, hər ayın 10-dan sonra ilk çərşənbə günündə oruc tutmaq savabdır. Rəcəb və şaban aylarını bütöv şəkildə oruclu olmağın xüsusi savabı var. Əgər bu mümkün olmasa,…

Read More
İSLAM 

“Qarabağ – Azərbaycan Mədəniyyətinin Ürəyi” adlı beynəlxalq müsabiqə bu gün başlayır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi bugün “Qarabağ – Azərbaycan Mədəniyyətinin Ürəyi” adlı beynəlxalq layihəyə start verir. Layihə “Qarabağ Azərbaycandır!” şüarı çərçivəsində Regional Mərkəzin fəaliyyətləri ilə bağlı Mərkəzin beynəlxalq İdarə heyətinin iyul ayında qəbul etdiyi qərara uyğun olaraq Regional Mərkəzin növbəti fəaliyyəti olaraq həyata keçirilir. Layihənin məqsədi erməni işğalından azad edilmiş Qarabağın Azərbaycan mədəniyyəti və tarixinin ayrılmaz parçası olması ilə bağlı beynəlxalq maarifləndirmə işinin aparılmasıdır. Azərbaycan Gəncləri Günü münasibətilə ilk mərhələsi bu gün (2 fevral, Bakı vaxtı ilə 15:00)  keçiriləcək müsabiqə ümumilikdə 5 həftə…

Read More
İSLAM 

Məşhur sufi Bayezid Bəstami həqiqətən İmam Sadiqin (ə) tələbəsi olub?

 Məşhur sufi Bayezid Bəstami həqiqətən İmam Sadiqin (ə) tələbəsi olub? Bayezid Bəstami (vəf. 875) miladi IX əsrin əvvəllərində İran ərazisində doğulmuşdur. Bəzi mənbələrdə onun İmam Sadiqdən (ə) dərs aldığını və o həzrətin evində supaylayan kimi xidmət etdiyini yazmışlar. Guya bir müddət xidmətdən sonra İmam Sadiq (ə) onu azad etmiş, öz oğlu Mühəmmədi də Bayezidlə birlikdə Bəstam şəhərinə yollamışdı. Onlar Bəstamda bir müddət fəaliyyət göstərmişlər. Mühəmməd əvvəl vəfat etmiş, Bayezid Bəstami də dünyasını dəyişəndən sonra onun məzarının yanında torpağa tapşırılmışdı. Lakin Bayezid Bəstaminin yaşadığı illər İmam Sadiqin (ə) zamanı ilə uyğun…

Read More
İSLAM 

Bu gün, fevralın 1-i, Beynəlxalq Hicab günüdür

Bu gün, fevralın 1-i, Beynəlxalq Hicab günü kimi qeyd edilir. Hicab gününün qeyd olunması təəşəbbüsü ilə  2013-cü  ildə Nyu-York sakini Nazma Xan çıxış edib. O, digər dinlərdən olan qadınlara hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif etmiş və bu ideyası  dünyanın bir çox ölkələrindən dəstək almışdr. Bu təşəbbüs çərçivəsində rəsmi internet səhifəsi də açılıb – www.worldhijabday.com. Bununla dünyada olan İslamofobiyanın zəifləməsinə nail olmağa ümüd edilir.

Read More
İSLAM 

Orta əsrlərdə Hindistanda yaranmış “dini-ilahi” adlı yeni din barədə nə məlumdur?

 Orta əsrlərdə Hindistanda yaranmış “dini-ilahi” adlı yeni din barədə nə məlumdur? Böyük Moğollar sülaləsindən olan Əkbər şah (1556-1605) Hindistanda müxtəlif din ardıcıllarının yaşadığını nəzərə alaraq “dini-ilahi” adlı yeni bir dini-əxlaqi təlim yaratmışdı. O, İslam, xristianlıq, hinduizm, caynizm və sair dinlərin görüşlərini sintez edərək, Hindistan ərazisindəki bütün xalqları birləşdirən və mehriban edən bir din yaratmaq istəyirdi. Onun fukrincə, bütün dinlərin hədəfi Allaha ibadətdir, ona görə də onların heç biri başqalarından üstün ola bilməz. Əkbər şah cümə günləri “ibadətxanə” adlı məclis təşkil etmişdi, burada fərqli din alimlərinin müzakirəsi keçirilirdi. Dini-ilahi əslində yeni…

Read More
İSLAM 

İslamda qan düşmənçiliyi adlı qanun varmı?

İslamda qan düşmənçiliyi adlı qanun varmı? İslam sülh və əmin-amanlığı təbliğ edən, insanlarası münasibətləri yaxşılaşdırmağa çalışan dindir. Bu dində kin-küdurətə, ədavətə yer yoxdur. Bununla belə, dinimiz ədaləti qoruyur. İslam şəriətində hər bir cinayətə görə uyğun cəza nəzərdə tutulur. Zərərçəkmiş tərəfin öz haqqını tələb etmə hüququ vardır, lakin bağışlamaq daha yaxşı yol kimi təklif edilir. Məsələn, qətl cinayəti zamanı zərərçəkmiş tərəf (yəni öldürülənin yaxın qohumları) ya qisas kimi qatilin edam olunmasını tələb edə bilər, ya qətlin əvəzində ondan qanbahası almağa razı olar, ya da təmənnasız şəkildə onu bağışlayar. Quranda bu hökmlər…

Read More
İSLAM 

Bəzi heyvan növlərinin guya günahkar insanların onlara dönməsi nəticəsində yaranması doğrudurmu?

Bəzi heyvan növlərinin guya günahkar insanların onlara dönməsi nəticəsində yaranması doğrudurmu? Bəzi şəxslər elə düşünürlər ki, müəyyən heyvan növləri insanların onlara çevrilməsi nəticəsində yaranıb. Qurani-Kərimdə həqiqətən, günahkar dəstələrin Allah-Taala tərəfindən heyvana çevrilməsi (məsx olması) barədə ayələr vardır. Lakin həmin ayələri bu şəkildə izah etmək düzgün deyil. Hər bir canlı növü Allah tərəfindən olduğu şəkildə yaradılıb. Heç bir heyvan növü insanın çevrilməsi nəticəsində ortaya çıxmayıb. Quranda məsx ayələrində söhbət gedən meymun, donuz kimi heyvan növləri əvvəldən bu şəkildə yaradılıblar. Onların cildinə düşənlər isə insanların içində günahkar və azğın olan məhdud sayda…

Read More