İSLAM 

Bazarda bir malı başqa satıcılara nisbətən ucuz satmaq onların haqqına girmək sayılır?

Bazarda bir malı başqa satıcılara nisbətən ucuz satmaq onların haqqına girmək sayılır? Satdığı hər mala qiymət qoymaq satıcının öz ixtiyarındadır. Başqası bunu ona qadağan edə bilməz. Lakin əlbəttə ki, insaf və ədalətə riayət etmək də satıcının vicdan borcu və Allah qarşısında məsuliyyətidir. Əgər bir şəxs öz malını bazarda başqa satıcıların qiymətindən daha ucuz satmaq istəsə, bunun günahı yoxdur. Həmçinin, başqalarının qoyduğu qiymətdən baha satmaq istəsə də, günah qazanmır. Amma bəzi hallar istisnadır. Məsələn, başqalarına ziyan vermək məqsədi ilə malı öz dəyərindən qat-qat ucuz satmaq olmaz. Yəni digər satıcılara zərər vurmaq…

Read More
İSLAM 

Yanvarın 17-nə keçən gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

Yanvarın 16-dan 17-nə keçən gecə, cəmadiyül-sani ayının 3-ü, Həzrət Mühəmməd Peyğəmbərin (s) qızı Xanım Fatimeyi Zəhranın şəhadət günüdür. Anası ümmül-möminin Xədicədir. Həzrət Mühəmmədin (s) peyğəmbərliyinin 5-ci ilində, cəmadiyüs-sani ayının 20-də (m. 614-cü il) Məkkədə doğulmuşdur. Bəzi mənbələrdə peyğəmbərlikdən 5 il əvvəl (m. 605-ci) doğulduğu bildirilir. Bəzi tədqiqatçılar isə Həzrət Mühəmməd Peyğəmbərin (s) qızlarından yalnız Fatiməni (ə) o həzrətin doğma övladı bilir, qalan üç qızın isə Xədicənin keçmiş ərlərindən olduqlarını və Peyğəmbərin onları qızlığa götürdüyünü yazırlar. “Fatimə” sözünün mənşəyi barədə məlumatlar da maraqlıdır. Ərəblər köşəyini süddən ayırmış dişi dəvəyə “fatimə” deyirlər.…

Read More
İSLAM 

Qadın üç dəfə ərdə olubsa, hər dəfə əri rəhmətə gedib və ya onu boşayıbsa, yenidən ərə gedə bilərmi?

Qadın üç dəfə ərdə olubsa, hər dəfə əri rəhmətə gedib və ya onu boşayıbsa, yenidən ərə gedə bilərmi? İslam dininə görə, qadın öz ərindən talaq aldıqdan sonra və ya əri dünyasını dəyişdikdən sonra iddə müddətini qoruyub saxlamaq şərti ilə istədiyi zaman yenidən ailə qura bilər. Bunun heç bir günahı yoxdur. Yetər ki, talağı şəriətdə buyurulan tərzdə düzgün verilsin və iddə müddətini tam qorusun. Xüsusilə, keçmiş zamanlarda, qadının təkbaşına dolana bilməsi çətin olduğu vaxtlarda ərini itirmiş və boşanmış qadının tez ərə getməsi nəinki məzəmmət olunmurdu, hətta tamamilə xoş qarşılanırdı. Çünki bu…

Read More
İSLAM 

Ölmədən cənnətə göndərilən peyğəmbər – Göyün yeddinci qatına səyahət

Dini mənbələrə görə, İdris Adəmdən sonra yeddinci nəsildəndir. Şet peyğəmbərin nəvələrindən olan Yeretin oğlu İdris Quran və Tövratdan başqa digər dini kitablarda da bəhs edilən peyğəmbərlərdəndir. Bəzi mənbələrə görə, peyğəmbər deyil, müqəddəsdir. Qədim Babilistan və ya Misirdə anadan olduğu deyilir. Ona otuz səhifəlik bir kitab endirilib. Müxtəlif hədislərə görə, ölümündən əvvəl Allahın qatına çıxan dörd, bəzilərinə görə doqquz insandan biridir. Yetmiş iki dildə danışaraq, hər qövmə öz dilində səslənib və onları dinə dəvət edib. Yazılı İslam mənbələrində İdris peyğəmbərin adı Ahnut-Uhnut və ya Unnuh, Qərb dillərində əslən ibrani olan Xanokdur.…

Read More
İSLAM 

Evdə tək olan adam namaz qılarkən qapı döyülsə, namazı kəsib qapını açmaq olarmı?

Evdə tək olan adam namaz qılarkən qapı döyülsə, namazı kəsib qapını açmaq olarmı?   Namazı qeyri-ciddi və qeyri-zəruri səbəblər üzündən kəsmək günahdır. Namaz bəndənin Allahla söhbətidir, Allahın hüzurunda durduğu məqamdır. Bu məqamdan üzürsüz ayrılmaq ədəbsizlik sayılar. Yalnız zəruri hallarda namazı yarımçıq kəsməyə icazə verilir. Həyat üçün təhlükəli hal yaransa (güclü zəlzələ baş versə, evdə yanğın başlasa, körpə uşaq oda, bıçağa, elektrik cərəyanına sarı əl uzatsa və s.) namazı kəsmək və təhlükəni aradan qaldırandan sonra yenidən qılmaq olar. Qapının döyülməsi namazı kəsməyə səbəb yaratmaz. Bu halla üzləşən adam namazını sürətlə qılıb…

Read More
İSLAM 

Bir insandan başqasına bədən üzvünün köçürülməsi icazəlidirmi?

Bir insandan başqasına bədən üzvünün köçürülməsi icazəlidirmi? Dinimiz baxımından insanın bədən üzvləri də ehtirama layiqdir. Bir kəsin sağlamlığı xatirinə başqasını şikəst etmək icazəli deyil. İnsanın həyati əhəmiyyətli bədən üzvünü (məsələn, göz, əl, ayaq və s.) başqasına köçürmək qadağandır. İstər bu iş donorun (bədən üzvü köçürülən şəxsin) icazəsi ilə olsun, istərsə də razılığı olmadan edilsin. Bunun müqabilində pul almaq da düzgün deyil. Amma bir şəxsin həyati əhəmiyyət daşımayan bədən üzvünü başqasına köçürməklə ikinci şəxsin həyatı xilas olacaqsa, bu cür əməliyyatlara iacazə verilir. Məsələn, bir şəxsin hər iki böyrəyi normal fəaliyyət göstərir…

Read More
İSLAM 

Qüsl aldığı zaman insandan yel xaric olsa, qüslü yenidən başlamalıdır?

Qüsl aldığı zaman insandan yel xaric olsa, qüslü yenidən başlamalıdır? Qüsl alınan zaman insanın paklıq halını pozan vəziyyətlər yaransa, məsələn, bədəndən yel xaric olsa, yaxud insandan bilməyərəkdən və ya qəsdən sidik xaric olsa, qüslü yenidən başlamasına ehtiyac yoxdur. Həmin şəxs qüslü ardıcıllıqla davam etdirə bilər. Amma qüslü bitirdikdən sonra pak olması tələb edilən işlər üçün dəstəmaz almaq da lazımdır. Məsələn, cənabət və ya heyz qüslü almış şəxsin həmin qüsllə namaz qılması icazəlidir, dəstəmaz alması lazım deyil. Amma əgər qüsl zamanı yuxarıda deyilən hallar yaransa, artıq bu qüsllə namaz qılmaq olmaz,…

Read More
İSLAM 

Quranda deyilir ki, bətnlərdə olanı yalnız Allah bilir. Bəs həkimlərin USM müayinəsinin proqnozu niyə düzgün çıxır?

 Quranda deyilir ki, bətnlərdə olanı yalnız Allah bilir. Bəs həkimlərin USM müayinəsinin proqnozu niyə düzgün çıxır? Qurani-Kərimin Loğman surəsinin sonuncu ayəsində Allah-Taala buyurur: “…Bətnlərdə olanı O bilir…” (Loğman, 34). Göründüyü kimi, ayədə yalnız bətnlərdəki körpələrin cinsi nəzərdə tutulmayıb, ümumi halda “bətnlərdə olanı O bilir” buyurulur. Elə isə, burada daha geniş mənaların yatdığını düşünməyə əsas var. Körpənin istər ana bətnində, istərsə də doğulduqdan sonra sağlam ya xəstə olacağını, nə qədər yaşayacağını, yaxşı əməl ya günah sahibi olacağını Allahdan başqa kim bilər? Hətta burada rüşeymin cinsinin nəzərdə tutulduğunu qəbul etsək belə, unutmamalıyıq…

Read More
İSLAM 

Imam Əli (ə): “Sizi onlardan heç nə gizlədə bilməz”

İmam Əli (ə): “Bilin, ey Allahın bəndələri! Əməllərinizi və nəfəslərinizi qeyd etmək üçün sizin üzərinizdə vucudlarınızdan nəzarətçilər, bədən əzalarınızdan casuslar və sadiq gözətçilər təyin olunmuşlar. Nə zülmət gecənin qaranlığı sizin əməllərinizi onların nəzərindən itirər, nə də möhnət və bağlı darvazalar sizi onlardan gizlədər”. (“Nəhcül-Bəlağə”, xütbə 157)

Read More