İSLAM 

Ramazan ayının orucunun qəzasını tutan şəxs gün ərzində orucunu pozsa, nə etməlidir?

 Ramazan ayının orucunun qəzasını tutan şəxs gün ərzində orucunu pozsa, nə etməlidir? Ramazan orucunun ədasını (özünü) və qəzasını tutmağın hökmlərində fərqlər vardır. Belə ki, Ramazan ayının orucunu qəsdən pozan adam günah qazanır, həmin günün orucunu Ramazan bitdikdən sonra qəza etməlidir, əksər hallarda həm də kəffarə (cərimə) ona vacib olur. İstər orucunu günortadan əvvəl, istərsə də sonra, hətta məğrib azanına bir dəqiqə qalmış pozsun. Lakin Ramazan orucunun qəzasını tutan adamın orucu pozmasının hökmü fərqlidir. Belə ki, Ramazan ayının orucunu tutan şəxs zöhrdən əvvəl orucu poza bilər. Bunu istər aclıq, susuzluq, qonaq…

Read More
İSLAM 

Azərbaycanın rayonlarında namaz və oruc vaxtları arasında fərq nə qədərdir?

Azərbaycanın rayonlarında namaz və oruc vaxtları arasında fərq nə qədərdir? Məlum olduğu kimi, namaz vaxtları, eləcə də səhur (obaşdan) və iftar Günəşin hərəkətindən asılıdır. Günəş şərqdə doğur və qərbdə batır. Yəni Günəşin hərəkətini əvvəlcə şərq tərəfdə olanlar, daha sonra qərb tərəfdə olanlar görürlər. Baqşa sözlə desək, namazın vaxtları bir məntəqədə daxil olursa, ondan qərbdə yerləşən məntəqələrdə daha gec daxil olur. Azərbaycanın ərazisi dünyaya nisbətdə kiçik olduğu üçün, rayonlarda namaz vaxtları arasındakı fərq o qədər də çox olmur. Ölkəmizin bütün rayonları Bakıdan qərbdə yerləşir. Ona görə də, namaz, səhur və iftar…

Read More
İSLAM 

Əvvəllər zina etmiş qadınla evlənmək olarmı? Əvvəllər zina etmiş kişiyə ərə getmək olarmı?

Əvvəllər zina etmiş qadınla evlənmək olarmı? Əvvəllər zina etmiş kişiyə ərə getmək olarmı? Qurani-Kərimdə Allah-Taala belə buyurur: “Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir” (Nur, 3). “Xəbis qadınlar xəbis kişilərə, xəbis kişilər isə xəbis qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər” (Nur, 26). Ayədən aydın görünür ki, əxlaqlı şəxslərin əxlaqsız və zinakar adamlarla ailə qurması qadağandır. Ayələrdən başqa, məsumların hədisləri, sağlam məntiq…

Read More
İSLAM 

Suda partlayış etməklə balıq tutmaq olarmı?

 Suda partlayış etməklə balıq tutmaq olarmı? Şəriətə görə, bütün ov növləri kimi balıq ovunun da bəzi şərtləri vardır. Bu şərtlərə əməl edilən zaman tutulan balıq halal sayılır. Bu şərtlərə uyğun olmayan şəkildə əldə edilən balığı isə yemək haramdır. Balıq ovunun ən əsas şərti budur ki, balıq sudan diri halda çıxarılmalı və quruda can verib ölməlidir. Balıq, onu tutan adamın əlində və ya quruda ölməlidir ki, əti halal olsun. (İstisna budur ki, əgər balıq tora düşsə və torda ikən ölsə, halal sayılır). Bu şərt daxilində balığın əl ilə ya torla tutulmasının…

Read More
İSLAM 

Uşağa öz anası deyil, başqa qadın süd verərsə, hansı məsələlərə diqqətli yanaşmaq lazımdır?

Uşağa öz anası deyil, başqa qadın süd verərsə, hansı məsələlərə diqqətli yanaşmaq lazımdır? Ananın öz övladına süd verməsi həm dini cəhətdən savabdır, həm də ananın və uşağın sağlamlığı baxımından faydalıdır. Lakin hər hansı səbəb üzündən ananın uşağa süd verməməsi və uşağı əmizdirmək üçün başqa qadını muzdla tutması icazəlidir. Uşaq üçün süd anasını seçərkən bəzi məsələlərə diqqət yetirmək tövsiyə olunur. Əvvəla, süd anası əxlaqlı, iffətli qadın olmalıdır. Çünki süd vasitəsilə onun bəzi xasiyyətlərinin də uşağa keçməsi mümkündür. Süd anasının dindar, halal-harama riayət edən, haram tikə yeməyən olmasına da diqqət yetirmək məsləhətdir.…

Read More
İSLAM 

Ruzini artırmağa yardım edən amillər

Müqəddəs Quran tövsiyə edir ki, əgər yoxsul olsanız, Allahın sizə verdiyindən infaq edin. İnfaq sizin yoxsulluğunuzu aradan apara bilər. Quran bizlərə öyrədir ki, hansı əlinlə verirsənsə, o əlinlə də alırsan. Bu günlər ruzi qazanmaq hamı üçün çətin olmuşdur. Hər kəs də çalışır ki, ailəsi üçün rifahı təmin edə bilsin. Uca Allah halal ruzi ardınca getməyi ibadət hesab etmişdir. Dinimizin nəzərinə görə, maddiyyat – mənəviyyata çatmağın müqəddiməsidir. “Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət…

Read More
İSLAM 

İnsan Allah yolunda dost və düşmənçiliyini necə bilsin?

İmam Həsən Əsgəri (ə) cəddi barəsində nəql edərək buyurur: “Bir gün Peyğəmbər (s) səhabələrindən birinə buyurur: “Ey Allah bəndəsi! Allah yolunda sev və nifrətə malik ol, Allah üçün məhəbbət və düşmənçilik et. Allah Təalanın vilayətinə çatmazsan, məgər onunla”. (Həvzəh) Həmin şəxs Həzrətə (s) deyir: “Allah yolunda dostluq və düşmənçiliyimi necə bilim? Allahın vəlisi kimdir ki, (onu) sevim. Allahın düşməni kimdir ki, düşmən biləm?” Peyğəmbər (s) İmam Əliyə (ə) işarə edərək buyurur: “Onu görürsən?”. Həmin şəxs deyir: “Bəli”. Həzrət (s) buyurur: “Bu, Allahın vəlisidir, ona görə də onu sev. Düşməni –…

Read More
İSLAM 

Üzrü qəbul etməmək günah sayılır

İslamın nəzərinə görə, üzr vacib və zəruri bir əməl olduğu kimi, onu qəbul etmək də məharət istəyir. Əgər insan qarşı tərəfin üzrünü rədd edərsə, gərək bilsin ki, səhv iş görmüşdür. ARANTV.AZ  Milli.Az-a istinadən xəbər verir ki, üzrü qəbul etməməyin bəzi təsirləri vardır ki, onlarla tanış olaq: 1. Şantaj edənin günahı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimdən din qardaşı üzr istəyər və o, üzrünü qəbul etməzsə – onun günahı şantaj edənin günahı kimi olar”. 2. Kövsər hovuzuna daxil olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin din qardaşı üzr istəmək üçün yanına…

Read More
İSLAM 

İnsan təkamülünün hədəfi nədir?

Hər kim təkamül etmək istəyirsə, gərək hədəfi məad olsun. Bu doğrudur ki, səy etmək və çalışmaq insan hərəkətinin həqiqətini təşkil edir, lakin hər hərəkətin əsil amili – hədəfdir. Hədəfə malik olan insan hərəkət edər və səy göstərər. İnsan yarandığı ilk gündən bəri, ancaq göstərdiyi səy nəticəsində kamala çata bilmişdir. Bir kiçik hüceyrə neçə mərhələlərdən keçərək, rüşeymdən insan meydana gətirmişdir. Bu insan isə böyüyür və daha böyük hədəflər üçün səy göstərir. Lakin, eyni zamanda həyatında qərarsızlıq və hüzursuzluq mövcuddur. Həyatı bir haldan başqa hala düşür. Lakin elə ki, hədəfə malik olur…

Read More
İSLAM 

Müsəlmanın müsəlman üzərində olan 30 haqqı

Müsəlmanların bir-birinin üzərində haqları vardır. Həzrət Peyğəmbər (s) bizləri bu haqların 30-u ilə tanış etmişdir ki, onlara nəzər salaq: 1. Onun xatalarını bağışlamaq. 2. Giriftar olan zaman onunla mehriban olmaq. 3. Şəxsi sirrini saxlamaq. 4. Eyiblərini aradan qaldırmaq. 5. Üzrünü qəbul etmək. 6. Pisliklərini inkar etmək və onun qeybətini edənlər qarşısında onu müdafiə etmək. 7. Dostluğunu qorumaq. 8. Davamlı olaraq ona nəsihət vermək və onun xeyirxahı olmaq. 9. Əhdini sındırmamaq və əhdinə vəfa etmək. 10. Xəstə olan zaman onu ziyarət etmək. 11. Cənazə mərasiminə getmək. 12. Dəvətini qəbul etmək. 13.…

Read More