Cümə axşamı, 02 İyl, 2026

Bir insan özü üçün sağlığında kəfən alıb qoyursa, bunun günahı varmı?

Bir insan özü üçün sağlığında kəfən alıb qoyursa, hətta özü üçün qəbir qazdırırsa, bunun günahı varmı? Dinimizdə çox təkid edilən əməllərdən biri də ölümü tez-tez yad etməkdir. Buna görə dəfn mərasimlərinə qatılmaq, məzarları tez-tez ziyarət etmək müstəhəb sayılır. Ölümü xatırlamaq insanın məsuliyyətini artırır, onu günahdan uzaqlaşdırır. İnsanın sağlığında özü üçün kəfən alıb hazır qoyması nəinki […]

Hər dəfə çimən zaman qüsl almaq olarmı və bu qüsl dəstəmazı əvəz edirmi?

Hər dəfə çimən zaman qüsl almaq olarmı və bu qüsl dəstəmazı əvəz edirmi? Boynunda cənabət, heyz, ölüyə toxunmaq və s. səbəblərdən qüsl olan şəxsin namaz qılması və oruc tutması üçün qüsl almağı vacibdir. Cənabət qüslündən sonra namaz qılmaq üçün dəstəmaz almaq olmaz. Digər əksər vacib qüsllərdən sonra da dəstəmaz almadan birbaşa namaz qılmaq olar. Şəriətdə […]

İnsan Allahdan qorxmalıdırmı?

İnsan Allahdan qorxmalıdırmı? Bəndənin Allah-Taalaya münasibəti bəzi qaydalar əsasında tənzim olunmalıdır. Hədislərdən məlum olur ki, bəndənin Allahdan qorxması normal, hətta bəyənilən haldır. Bu qorxu insanın öz günahlarından xəbərdarlığına əsaslanır. Məsuliyyətli insan öz günühlarını böyük qəbul edər və bunlara görə cəzalanmaqdan qorxar. Amma Allahdan qorxu Onun mərhəmətinə ümidlə bərabər olmalıdır. Hədislərdə buyurulur ki, əsil möminin qəlbindəki […]

Bir insanın əməlləri onun ömrünün uzunluğuna təsir edə bilərmi?

Bir insanın əməlləri onun ömrünün uzunluğuna təsir edə bilərmi? Bəzi insanların əcəl barədə təsəvvürü yanlışdır. Mütləq alın yazısına inananlar unudurlar ki, Allahın gələcək üçün təyin etdiyi müqəddərat (qəzavü-qədər) dəyişən və dəyişməz olaraq iki hissəyə bölünür. İnsan öz əməlləri, fəaliyyəti ilə öz gələcək taleyinə müəyyən qədər təsir göstərə bilər. Bu, dəyişən qəzavü-qədər çərçivəsində mümkündür. Məsələn, savab […]

Namaz zamanı qadının kişidən daha arxada durması yalnız camaat namazına şamildir, yoxsa bütün namazlarda bu şərt qorunmalıdır?

Namaz zamanı qadının kişidən daha arxada durması yalnız camaat namazına şamildir, yoxsa bütün namazlarda bu şərt qorunmalıdır? İslam şəriətinə görə, namaz zamanı qadın kişidən arxada dayanmalıdır. Ən azından qadın öz alnını kişinin səcdə zamanı dizlərini qoyduğu xətt müstəvisindən arxaya qoymalıdır. Bu şərt üçün qadınla kişinin məhrəm ya naməhrəm olmaları fərq etməz, hətta ər-arvad da bu […]

Əmmə cüz nə deməkdir?

Əmmə cüz nə deməkdir? Qurani-Kərimin mətnini rahat oxumaq üçün “hissə” mənasını verən “cüz”lərə böüblər. Quran 30 cüzə bölünür. Cüz bölgüsü ona görə edilib ki, Quranı bir neçə dəfəyə oxumaq rahat olsun. Məsələn, hər dəfə bir cüz və ya 3 cüz oxumaq daha asan və yaddaqalandır. Həmçinin, bu yolla Quranı bir neçə nəfər şərikli surətdə də […]

Kövsər surəsində adı çəkilən “kövsər” sözünün mənası nədir?

 Kövsər surəsində adı çəkilən “kövsər” sözünün mənası nədir? “Kövsər” sözü ərəb dilindən tərcümədə “çoxluq, bolluq” mənasını verir. Qurani-Kərimin 108-ci surəsi də “Kövsər” adlanır. Surənin birinci ayəsində Allah-Taala Həzrət Mühəmməd Peyğəmbərə (s) müraciət edərək buyurur: “Həqiqətən, Biz sənə kövsər əta etdik”. Buradakı “kövsər” sözünün izahı barədə müxtəlif rəylər mövcuddur. Bəzi kitablarda yazıldığına görə, burada xeyir-bərəkət, nemətlər […]

Mehdəviyyət nə deməkdir?

Mehdəviyyət nə deməkdir? Mehdəviyyət – dünyanın sonuna yaxın, zülm çoxaldığı zaman Allah tərəfinfən bir xilaskarın bəşəriyyətə göndəriləcəyini və həmin xilaskarın zülmü yox edərək, dünyada qlobal ədalət hakimiyyətini quracağını ifadə edən inancdır Bütün səmavi dinlərdə, hətta bəzi qeyri-səmavi dinlərdə də bu inanc mövcuddur. Dünyanın sonunda gələcək şəxs hər dində fərqli adlarla, İslam dinində “Mehdi” ləqəbi ilə […]

Nəcasətə bulaşmış paltarı yumadan günün qabağında saxlayıb qurutmaqla pak olarmı?

Nəcasətə bulaşmış paltarı yumadan günün qabağında saxlayıb qurutmaqla pak olarmı? Nəcasəti pak edən vasitələrdən biri həqiqətən Günəşdir. Amma bu, bəzi şərtlər daxilində baş verməlidir. Günəş şüası hər şeyi pak etməz. Risalələrdə bunun şərtləri ətraflı izah edilib. Qısaca bunu qeyd edək ki, divar, yer səthi kimi iri və hərəkətsiz obyektlər Günəş şüası ilə nəcasətdən pak ola […]