Cümə axşamı, 02 İyl, 2026

Cənabətli şəxsin və ya heyzli qadının qəbir ziyarətinə getməsi günahdırmı?

Cənabətli şəxsin və ya heyzli qadının qəbir ziyarətinə getməsi günahdırmı? Cənabətli şəxsə və heyzli qadına bəzi əməlləri etmək günah sayılır, bəzi əməllər isə məkruhdur (bəyənilmir). Məsələn, məscidə və müqəddəs ziyarətgahlara daxil olmaq, bədən üzvünü (həmçinin, əlini, dodağını) Quran yazısına və müqəddəs şəxslərin adı yazılmış yerlərə toxundurmaq, namaz qılmaq, oruc tutmaq, Quranın vacib səcdə ayələrini oxumaq. […]

Bəziləri iddia edir ki, həcc ziyarətində olmuş şəxslərə “hacı” söyləmək bidətdir. Bu fikir doğrudurmu?

 Bəziləri iddia edir ki, həcc ziyarətində olmuş şəxslərə “hacı” söyləmək bidətdir. Bu fikir doğrudurmu? Həcc ziyarətində olmamış insanlara hörmət əlaməti olaraq “hacı” deyə müraciət etmək olarmı? Allahın evini ziyarət edib həcci yerinə yetirən şəxsləri Allah-Taala Qurani-Kərimdə “hacı” adlandırır. Quranın “Tövbə” surəsinin 9-cu ayəsində buyurulur: “Məgər siz hacılara su verməyi və Məscidül-həramı təmir etməyi Allaha və […]

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə “əqiqə” deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı olar ki, sümükləri birləşdiyi yerdən kəsib paylara ayırsınlar. Əqiqə ətini həm çiy şəkildə paylamaq, həm də bişirib ən […]

Şeytanın bizdən uzaq olması üçün nə etməyimiz faydalıdır?

Şeytanın bizdən uzaq olması üçün nə etməyimiz faydalıdır? Əgər insan daim öz əməlləri və düşüncəsi ilə Allahı xatırlayırsa (zikr halında olursa), şeytan ona bata bilməz. Allahdan qafil olan şəxs isə asanlıqla şeytana yem olar. Şeytanı uzaqda saxlamaq üçün əvvəla, Allahın halal-haramına ciddi riayət etməliyik. Vacib olan ibadətləri diqqətlə və vaxtında yerinə yetirməli, yeməyimizin halal olmasına […]

Bəzi müstəhəb ibadətlərin savabı haqqında yazılıb ki, bir neçə ilin kəffarə orucuna bərabərdir. Qəza oruclarının əvəzinə həmin müstəhəb ibadəti yerinə yetirmək olarmı?

Bəzi müstəhəb ibadətlərin savabı haqqında yazılıb ki, bir neçə ilin kəffarə orucuna bərabərdir. Bu sözü əsas tutaraq, qəza oruclarının əvəzinə həmin müstəhəb ibadəti yerinə yetirmək olarmı? İslam dininə aid mənbələrdə bəzi əməllərin savabı barədə məlumatlar vardır. Həmin məlumatlarda deyilir ki, filan əməlin savabı məsələn, 40 illik kəffarə orucunun savabına bərabərdir. Bu cür hədis və rəvayətlərin […]

Əri dünyasını dəyişmiş qadına hansı əməllər günah sayılır?

Əri dünyasını dəyişmiş qadına hansı əməllər günah sayılır? Əri vəfat etmiş qadının davranışı şəriət və əxlaq normaları ilə tənzimlənir. Hər şeydən öncə, əri vəfat etmiş qadın iddə müddətinə riayət etməlidir. Yəni əri dünyasını dəyişdikdən sonra qadın 4 ay 10 gün gözləməlidir. Əgər hamilədirsə və hamiləliyi 4 ay 10 gündən artıq çəkərsə, iddəsi doğuşa kimidir, əgər […]

Bir şəxs xəstəlik və ya başqa səbəb üzündən qusub əlini və ya ayağını bulayarsa, həmin yerlər murdar sayılır?

Bir şəxs xəstəlik və ya başqa səbəb üzündən qusub əlini və ya ayağını bulayarsa, həmin yerlər murdar sayılır? Dini baxımdan murdar (nəcis) və çirkin anlayışları fərqlidir. Bir əşyanın çirkin sayılması onun şəriət baxımından murdar olmasına dəlalət etməz və pak olunması da vacib deyil. Eləcə də, bir əşya şəriət baxımından murdar (nəcis) sayılsa da, ola bilər […]

İslam əxlaqı mövzusunda yazılmış hansı kitabları oxumaq daha çox faydalıdır?

 İslam əxlaqı mövzusunda yazılmış hansı kitabları oxumaq daha çox faydalıdır? Müsəlman alimlər tərəfindən İslam əxlaqı mövzusunda yüzlərlə kitab qələmə alnmışdır. Bunlardan bəziləri xüsusilə məşhurdur, hətta dini təhsil ocaqlarında əxlaq dərliyi kimi tədris edilir. Ən məşhur kitablardan biri “Cameüs-səadat” adlanır. XVIII əsrdə yaşamış Molla Mehdi Nəraqi adlı alim bu kitabı ərəb dilində qələmə almışdır. “Cameüs-səadat” geniş […]

Özünü müsəlman sayan, amma namazın hər kəsə vacib olduğunu qəbul etməyən adamın hökmü nədir?

Bir nəfər özünü müsəlman sayırsa, amma namazın hər kəsə vacib olduğunu qəbul etmirsə, onun hökmü nədir? Müsəlmanlığın şərtlərindən biri də dinin zəruri əmrlərini qəbul etmək və danmamaqdır. Əgər bir şəxs namaz, oruc kimi zəruri ibadətlərin vacib olduğunu inkar etsə, müsəlman sayılmaz. Diqqət yetirmək lazımdır ki, əvvəla, burada müstəhəb deyil, vacib hökmlərdən söhbət gedir. İkincisi, bir […]

Bəzi müstəhəb ibadət növlərində səcdə zamanı xüsusi dualar oxunmalıdır. Bu duaları əzbərləyə bilməyən şəxs nə etməlidir?

 Bəzi müstəhəb ibadət növlərində səcdə zamanı xüsusi dualar oxunmalıdır. Bu duaları əzbərləyə bilməyən şəxs nə etməlidir? Bəzi vacib olmayan, müstəhəb sayılan, mənəvi və maddi ehtiyacların həyata keçməsi üçün nəzərdə tutulan ibadətlərdə (namazlarda) səcdə zamanı xüsusi duaları oxumaq tələb olunur. Bu duaların mətni bəzən uzun olur və onları əzbərləmək çətinlik törədir. Həmçinin, hafizəsi zəif olan şəxslər […]