Kriminal 

Neftçalada qan töküldü

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə Bankə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Piriyev Rövşən Əlisahib oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Gecə evə pəncərədən girdi, keçmiş arvadını, qızını və … – BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Bakıda bir nəfəri qətlə yetirib, üç nəfəri yaralamaqda təqsirli bilinən Zaur Rzayevin cinayət işi. ARANTV.AZ  xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Saat 03.10-da Binə qəsəbəsində 45 yaşlı Astara rayon sakini Zaur Rzayev keçmiş həyat yoldaşı, 42 yaşlı Maral Rzayev, 20 yaşlı qızı Samirə, 35 yaşlı Zirə qəsəbə sakini Vasif Əliyev və 59 yaşlı Qəmər Nəbiyevə bıçaqla hücum edib. Nəticədə Vasif Əliyev hadisə yerində ölüb, digər şəxslər xəstəxanaya çatdırılıb. Yaralılara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub. Cinayəti törədən Zaur Rzayev daha sonra polisə könüllü…

Read More
Kriminal 

Bakıda oğlu və gəlinini baltalayan şəxs tutuldu

Dekabrın 5-də Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sabunçu Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub. Daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi…

Read More
Kriminal 

Bakıda kişi dəhşət saçdı: Əvvəl oğlu və gəlinini, sonra özünü baltaladı

Bakıda kişi oğluna və gəlininə balta ilə xəsarət yetirib. ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, ailə münaqişəsi zəminində Mehdi İsmayılov oğlu, 1987-ci il təvəllüdlü Rəşad İsmayılova baş nahiyəsindən, gəlini, 1985-ci il təvəllüdlü Cəmilə Babayevaya isə bədən nahiyəsindən balta ilə xəsarət yetirib. Bundan sonra qayınata özünə də balta ilə xəsarət yetirib. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Baş nahiyəsindən ağır xəsarət alan Rəşad İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.APA

Read More
Kriminal 

Gəncədə 24 yaşlı gənc bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Qasımov Sərxan Aqil oğlu qarının kəsilmiş-deşilmış bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.APA

Read More
Kriminal 

“Zeynəb xəyanət etdiyimi düşünürdü, buna görə də…” – Abşeronda cinayət

Abşeron rayonunda xəsarət yetirməkdə ittiham olunan Kürdəmir sakini, 1985-ci il təvəllüdlü Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ  teleqraf.com-a istinadən xəbər verir ki, Ramil Məmmədov kirayə yaşadığı mənzilin qonaq otağında arvadı Zeynəb Məmmədovanın onu xəyanət etməkdə günahlandırması səbəbindən aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı onun baş və bədən nahiyələrinə ardıcıl bir neçə yumruq zərbələri vurub, ona xəsarət yetirib. İstintaq orqanı tərəfindən Ramil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil…

Read More
Kriminal 

Qardaş 24 yaşlı bacısını odun parçası ilə öldürüb – Daşkəsəndə DƏHŞƏTLİ QƏTL

Daşkəsən rayonunda bacısını qətlə yetirməkdə təqsirli bilinən Elvin Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun icratına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 10-na təyin olunub. Xatırladaq ki, bu il iyunun 4-də Daşkəsən rayonunun Əhmədli kənd sakini 1996-cı il təvəllüdlü Elgün Abbasova qətlə yetirilib. Qətldən sonra qızın atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına zəng vuraraq qızını qətlə yetirdiyini bildirsə də, daha sonra qızın qardaşı Elvin Abbasov hüquq-mühafizə orqanlarına bacısını qısqanclığa görə…

Read More
Kriminal 

Bakıda bir nəfərin ölümündə şübhəli bilinən şəxs həbs edildi

Noyabrın 26-da Yasamal rayonu ərazisində Əli Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yasamal rayon prokurorluğundan verilən məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 28.11.2020-ci il tarixdə cinayəti törətməkdə şübhəli bilinən şəxs Abdullayev Həsənağa Fazil oğlu tutulub, 30.11.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Read More
Kriminal 

Bakıda 36 yaşlı kişi özünü bıçaqladı

Paytaxt sakini intihar məqsədilə özünə xəsarət yetirib. ARANTV.AZ-ın məlumatına görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1984-ci il təvəllüdlü Səmədov Elman Əliağa oğlu intihar etmək məqsədilə özünə qarın nayihəsindən bıçaqla bir neçə yerdən xəsarətlər yetirib. O, ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılaraq reanimasiyaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.APA

Read More