Bakıda ərini öldürməkdə təqsirli bilinən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 22-nə təyin olunub. İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb. İstintaqa ifadəsində Vəfa Orucova törətdiyi cinayəti etiraf edib, bildirib ki, içki…
Read More