Kriminal 

Ağcabədidə vəzifəli şəxsin polis oğlu bıçaqlandı

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  Report-a istinadən xəbər verir ki, rayon sakini Nadim Nadir oğlu Qürbətov həmrəylisi 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb. Məlumata görə, N.Qürbətov Agcabədi Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır. Qeyd edək ki, N.Qürbətovun atası Nadir Qürbətov 82 saylı Ağcabədi dairə seçki komissiyasının (DSK) sədridir.

Read More
Kriminal 

Gəncədə 32 yaşlı kişi bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Rübail Nəbiyev döş qəfəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onu bıçaqlayan şəxsin kimliyi məlum olmasa da, hadisənin mübahisə zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda sürücü 16 bıçaq zərbəsi ilə öldürüldü

Bakıda qətl törədilib. ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxt ərazisində yerləşən daş karxanalarından birində qeydə alınıb. Özünə məxsus yük maşını ilə rayonlara daş daşıyan, Ağdaş rayon Aşağı Nemətabad kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Əziz Qurban oğlu 16 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisənin kim və ya kimlər tərəfindən hansı məqsədlə törədildiyi hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.APA

Read More
Kriminal 

Xızıda yeniyetmə amansızlıqla qətlə yetirildi

Xızı rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində törədilmiş qətlin üstü açılıb. Belə ki, cari ilin mart ayının 15-də 2003-cu il təvəllüdlü Xızı rayonu Şorabad qəsəbə sakini A.Əliyevin bıçaqla yetirilmiş xəsarət nəticəsində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq…

Read More
Kriminal 

Bakıda hamilə arvadını bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılır

Bakıda hamilə arvadına 19 bıçaq zərbəsi vurmaqda təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, təqsirləndirilən şəxs barəsində cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Qeyd edək ki, hadisə ötən il paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü qəsəbə sakini Günay Məmmədovaya ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyal Məmmədov tərəfindən 19 bıçaq zərbəsi endirilib. Qadın xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub. Bildirilib ki, G.Məmmədovanın həyat yoldaşı onun…

Read More
Kriminal 

Şirvanda kütləvi dava: Üç nəfər ölümcül bıçaqlandı

Şirvan şəhərində kütləvi dava olub. ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib. Dava zamanı şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Şəhriyar Əlifağa oğlu, 1997-ci il təvəllüdlü Qəribov Ədalət Novruz oğlu və onun qardaşı, 2001-ci il təvəllüdlü Qəribov Feyruz Novruz oğlu bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Trend

Read More
Kriminal 

Daş karxanasında sürücü qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib. ARANTV.AZ  report-a istiadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Korgöz qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Əziz Qurbanovu qətlə yetirib. Onun meyiti idarə etdiyi “KamAZ” markalı yük maşınının yanında tapılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Qobuda qadın əri tərəfindən bıçaqlandı

Abşeron rayonunda qadın bıçaqlanıb. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Günel Məmmmədovanı bıçaqlayıb. Qadın xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Read More
Kriminal 

Ağdaşda gənc bıçaqlandı

Ağdaş rayonunda 24 yaşlı kişi bıçaqlanıb. ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun K.Kərimov küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1996-cı il təvəllüdlü Həsənxan Əhmədxanlı ilə həmyerlisi, 1998-ci il təvəllüdlü Vüsal Xəlilov arasında mübahisə yaşanıb. Yaranan mübahisə zəminində V.Xəlilov bıçaqla H.Əhmədxanlıya xəsarət yetirib. Dörd bıçaq zərbəsi alan H.Əhmədxanlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Oxu.Az

Read More
Kriminal 

Balakəndə 25 yaşlı gənci 6 manata görə öldürdülər — MƏHKƏMƏ

Şəki Ağır Cinayətlər Məhkəməsində həmyerlisini qətlə yetirməkdə təqsirli bilinən Layicov Zaur Şamil oğlunun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. ARANTV.AZ  xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası martın 29-na təyin olunub. Qeyd edək ki, hadisə Balakən rayonunda baş verib. Rayonun Hənifə kənd sakini, 1979-cu il təvəllüdlü Layicov Zaur Şamil oğlu rayonun Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Elvin Eynulla oğlu ilə mübahisə edib. Z.Layıcov E.Balayevdən 6 manat borcunu istəməsinə görə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Z.Layıcov özü ilə gətirdiyi bıçaqla E.Balayevi bıçaqlayıb. Yaralı…

Read More