Kriminal 

Ağcabədidə oğlunu öldürən ata həbs edildi

Ağcabədi rayonunda qətl törədən şəxs həbs edilib. Bu barədə Oxu.Az-a Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, fevralın 11-də rayonun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. V.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq, barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək…

Read More
Kriminal 

Bakıda kafedə qan töküldü

Bakıda kafelərin birində bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə ötən gün saat 06:20 radələrində Nəsimi rayonunda yerləşən kafelərin birində qeydə alınıb. Mübahisə zəminində naməlum şəxs 1989-cu il təvəllüdlü G.İbrahimovu döş qəfəsindən bıçaqlayıb və hadisə yerindən qaçıb. Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılıb və Quba rayon sakini, 1984-cü il təvəllüdlü N.Əkbərov müəyyən olaraq saxlanılıb. Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.Oxu.Az

Read More
Kriminal 

Sumqayıt sakini söyüş üstündə tanışını bıçaqladı — MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Xansuvar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. ARANTV.AZ xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə baxış iclası aprelin 15-nə təyin olunub. Qeyd edək ki, Xansuvar Abbasov tanışı, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Firodvsi Gülmalıyevi bıçaqlayıb. Hadisənin şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində baş verdiyi, mübahisəyə isə söyüşün səbəb olduğu bildirilir. Xansuvar Abbasova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. Ölkə.Az

Read More
Kriminal 

“Gecə mənə elə təklif etdi ki…” – Yataqda ərini öldürən qadının şok etirafları

Göygöl rayonunda ərini öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Aynurə Qəhrəmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ-ın xəbərinə görə, Göygöl rayon sakini İlham Qəhrəmanov arvadı Aynurəni uzun müddət qısqanıb və onu başqa kişilərlə intim münasibət saxlamaqda günahlandırıb. O, mütəmadi olaraq arvadını döyüb, təhqir edib. Bu səbəbdən onların aralarında münasibətlər pozulub. Aynurə Qəhrəmanova 23 noyabr 2012-ci il tarixdə aralarında olan rəsmi nikah qeydiyyatının pozulması barədə Göygöl rayon Məhkəməsində əri İlham Qəhrəmanova qarşı iddia qaldırıb. Sərxoş kişinin dəhşətli qətli 12 yanvar 2013-cü il tarixdə saat 23-24 radələrində sərxoş vəziyyətdə olan…

Read More
Kriminal 

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: bıçağı qohumunun boğazına sancdı – Cinayət işi

Daşkəsən rayonunda qohumunu öldürməkdə təqsirli bilinən Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Fikrət İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ-ın xəbərinə görə, 18 sentyabr 2018-ci il tarixdə saat 17 radələrində Nafiq Quliyev Fikrət İsmayılovun Daşkəsən rayonunun Əhmədli kəndindəki evinə qonaq gəlib. Fikrət İsmayılov həmkəndlisi və qohumu Nafiq Quliyev ilə yemək yeyib, spirtli içki qəbul ediblər. “Xalan mənə yaxşı baxmır, bəlkə başqa kişi tapıb” Sərxoş olan Fikrət İsmayılov arvadı, Nafiq Quliyevin qohumu olan Dürdanə İsmayılova haqqında nalayiq ifadələr işlədib. O, Nafiq Quliyevə deyib ki, xalan mənə yaxşı baxmır, bəlkə…

Read More
Kriminal 

Boşandığı qadının sevgilisini bıçaqladı – MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Teymur Ağayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. ARANTV.AZ  xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib. Təqsirləndirilən Teymur Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə ötən il mayın 13-də baş verib. Belə ki, Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Teymur Bəyağa oğlu Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi, 1 ünvanının…

Read More
Kriminal 

Bakıda 27 yaşlı gənc bıçaqlandı

Bakıda 27 yaşlı gənc bıçaqlanıb. ARANTV.AZ  xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. Paytaxt sakini, 1993-cü il təvəllüdlü İlkin Hüseynov küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. İlkin məlumatlara görə, vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.Oxu.Az

Read More
Kriminal 

Azərbaycanda intihar edən dörduşaqlı qadının əri tutuldu – Arvadı ilə amansız rəftar edib…

Martın 10-da Ağcabədi rayonu Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Şəmilovanın yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı alnında iki ədəd sıyrıq, döş qəfəsi və boynunun ön səthində qançırlar, sağ qolunda cızıq və hər iki baldırın ön səthində ləkələr aşkar…

Read More
Kriminal 

Bakıda bank müdirini qətlə yetirən şəxslərlə bağlı QƏRAR VERİLDİ

Ali Məhkəmədə “Avropa” hotelində qətl törətməkdə təqsirləndirilən Sənan Quliyev və onun dostu Mövlud Səfərovun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, həmin şəxslərin kassasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, 2015-ci ilin aprel ayının 21-də “Avropa” hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri – “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və hotelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol…

Read More
Kriminal 

Nabrandakı dəhşətli qətlin təfərrüatı: Qonşusunu mişar daşı ilə öldürdü – VİDEO

Xaçmaz rayonun Nabran qəsəbəsində öldürən şəxsin qətlinin təfərrüatları məlum olub. ARANTV.AZ xəbər verir ki, rayon sakini 26 yaşlı Taleh Mursalov münaqişə zamanı Bakı şəhər sakini Tərlan İbrahimova mişar daşı ilə zərbələr vuraraq qətlə yetirib. Yaxınlıqdakı marketin ön tərəfində Tərlan İbrahimovun meyiti, baş nahiyyəsinin ətrafında yerdə qan izləri, mərhuma məxsus mobil telefon aşkarlanıb. Marketdən sağ tərəfdə yerləşən su kanalında isə üzərində qana bənzər ləkələr olan mişar daşı aşkar edilib. Həmin gecə Taleh Mursalov şübhəli şəxs qismində saxlanılıb. İstintaqla müəyyən edilib ki, avqustun 15-i saat 22 radələrində Taleh Mursalov yaşadığı Dalğalı kəndinin…

Read More